Страницы

30.09.2012

“Akula Tolik”in sərgüzəştləri

Faiq Balabəyli. Türmə dəftərindən

Mənim “Akula” ilə dostluğum ikimizin arasında baş verən mübahisədən başlamışdı. Doğrusu, həbsxana həyatında tanış olduğum və bu gündə əlaqə saxladığım insanların bəziləri ilə ilkin olaraq mübahisələrim düşüb. Necə deyərlər, əvvəlcə çəkişib, sonra bərkimişdik. “Akula” Toliklə də  aramızda yaşanan mübahisəmizin sonu sözün həqiqi mənasında çoxlarının qibtə edəcəyi səmimi münasibətə çevrildi. Etiraf edim ki, bu mübahisədə  günahkar mən idim. Hadisə belə olmuşdu.
Bir dəfə “Akula” mənə , “Dur əlini yu, bayaqdan sənə fikir verirəm, əlini hara gəldi sürtüsən”, deyə hökm etdi. 25- ci xataya “düşdüyüm” günün səhəri bu bədheybətin mənə belə münasibəti, əlbəttə ki, ürəyimcə olmadı.
Həm də ilk gündən necə qarşılanmağın və özünü necə göstərməyin sonrakı həyatını necə yaşamağın, demək idi. İlk dəfə tutulsam da, mənim həm də dənizçi olmağım, gəmidə uzun müddət torpaqdan və insanlardan təcrid olunmuş halda yaşamağım bir növ həbsxana həyatına alışmış olduğum kimi görünürdü.
Mən Akulaya :
 -Əvvəlcə sən əllərini yu, səhərdən daz başına sürtürsən,- deyə cavab qaytardım.
Görünür o, belə cavabı gözləmirdi, “ Ey, tı, ne...  sebya, sən mənim başımı nə ilə sravnit edirsən?”- yarı rus, yarı Azərbaycanca deyərək yerindən qalxdı.  Əlbətdə Tolik pərt idi və mənim dikbaşlığımın dava dalaşla bitəcəyini xatadakılara səbirsizlilə gözləyirdilər. Amma belə olmadı. Tolik nə fikirləşdisə,  “yaxşı, jurnalist,səninlə hələ sonra danışarıq. Görək, özünü necə göstərəcəksən” deməsi komeradakı “mutilşiklərin” kefinə soğan doğradı. “Akula” ilə münasibətimiz isə mənim bir İran İslam Respublikasından olan dustağı müdafiə etməyimdən sonra başladı. Əslən Ərdəbildən olan və narkotika ilə həbs olunan Baba adlı birisini kamerada davamlı olaraq təmizlik işlərinə və çay dəmləməyə vadar etmələrini düzgün hal hesab etmədim:
-Bəs deyirdiniz, bura qardaşlıq xatasıdır, indi nə oldu, qərib adamı, kimsəsizi belə “qanyat edirsiniz?- deməyimə Tolik haqq qazandırdı.
Baba mənə yazıq-yazıq baxdı və gözləri yaşardı. Yaşı 50 ni keçmiş birisinə olunanlar haqsızlıq idi. Həm də dustaqlar, əslində bununla türmənin yazılmamış qanunlarını pozudrdular ki, həmin qanunları əslində mən onlardan öyrənirdim. Masallıdan olan Xanlar kişi, lənkəranlı Füzuli, Sumqayıtdan olan güləşçi Əsgər və digərləri isə mənimlə bir məsələdə razılaşmadılar: “Şair, sən düzgün etmədin, bu adam özü xidmət etməyə meyillidir”- dedilər. Hər halda, mən müdafiəmi axıra qədər etdim və xatanın “smatriyaşisi” Mir Aqilin :
-Şair düz deyir, “Akula”da belə düşünür, mən də bu qənaətdəyəm, haqsızlıq olmaz” deməsi məsələnin “sülh” yolu ilə həll olunmasına səbəb oldu. Amma, cənublu qardaşımız yenədə heç kəsə aman vermədən əvvəlki işlərini görürdü. Xatanı silib-süpürən, tez-tez çatı təmizləyən Baba “Kutoka”- ərzaq rəfinə baxan Ağamirzənin köməkçisi kimi küncdə oturdu.

Sən məndən mütləq yaz!

Bunu “Akula” deyirdi. Mən çox böyük əməlliyyatlarda iştirak etmişəm. “Bizim qrupirovkanın hakimiyyətlə sıx əlaqəsi vardı. Təsəvvür elə, Sobçak özü bizə dəfələrlə sifarişlər vermişdi və qardaşların xətasız qalmasına da yardımçı olmuşdu. Mənə isə diqqət daha çox idi. Çətin əməliyyatlara mən göndərilirdim”. Tolikə inanmamaq olmurdu. O, bir dəfə italiyadan olan iş adamlarını necə fin körfəzi tərəfə apardıqlarını, öldürüb dənizə atdıqlarını danışdı. Piterə (Sankt-Peterburq) 4 vaqon çaxır gətirmişdilər. Pulunu guya biz verəcəkdik. Görüşdük. 3 nəfər idilər. Onları maşına otuzdurub guya şəhər kənarına istirahətə aparırdıq. Dənizin qırağında var gəl etmək adı ilə maşından düşdük. Elə mehriban idilər ki... amma öldürməli idik”. Tolik hadisələri bütün təfsilatı ilə nəql edirdi. Bir dəfə gənc bir qadının onunla dostluq etmək istədiyini və bu dostluğun çox uzağa getdiyini nəql etdi: “Qadın mənə vurulmuşdu. Bu qədər istəyin qarşısında dözə bilmirdim. Xaraktercə kobud admamam. Amma çox gözəl idi, elə qadının kişiyə olan hərisliyi də bunda tamami ilə fərqli idi. Pişik kimi idi sığalı sevirdi, həm də pələng kimi yataqda adamı az qalırdı yeyə. Qərara almışdım ki münasibətə son qoyam. Çox şeyə burnunu soxur, dostlarımla da maraqlanırdı. Nə isə, ona dedim ki, bizim ki, bura qədərdi, Mən Bakıya - atamın yaşadığı şəhərə gedirəm. Aralandım ondan. Amma məni tapdı. Sevirdi məni, dedi mənimlə qal sənə bir məsələni etiraf edim. Nəyi etiraf edəcəyi ilə maraqlandım. Mənə milis işçisi olduğunu, xüsusi tapşırıqla mənimlə tanış olduğunu, lakin məni sevməyə başladıqdan sonra mən və dostlarımda bilmədən bizləri mühafizə etdiyini, lazım olan informasiyaları milis şöbəsinə çatdırmadığını dedi. Mən onun könlünü qırmadım, bir neçə gün onun qonağı oldum. Amma bir şərtlə; səninlə cinsi yaxınlıq edəndə milis formanı əyninə gey, dedim. Razılaşdı. Mən onun əynində polis forması olarkən yaxınlıq edəndə gözlərimi yumur və tanıdığım polisləri, polis rəislərini xəyalımda canlandırırdım. Bəzən bu məqamlarda bu akt çox uzun çəkirdi. Qadına həm xoş olurdu, həm də soruşurdu, niyə belə uzun vaxt? Deyirdim ki, sən tək deyilsən, sənin simanda bütün sizin kollektivi “oformit edirəm”.
“Akula” Bakıda qeyri-qanuni fəaliyyət göstərən bir dini sektanın ofisinə hücumla bağlı uğursuz əməliyyatdan sonra həbs olunmuşdu. Daha doğrusu, əməlliyyat uğurla başa çatsa da sonradan xəfiyyələrimizin səyyi nəticəsində aşkarlanmışdır. Belə ki, əvvəlcə sektanın gecə gözətçisi ilə bir neçə dəfə “təsadüfən” rastlaşıb, münasibət quran “qonaqlar” bu təsadüfü qarşılaşmanı yeyib- içmək məclislərinə, ordan da dostluq səviyyəsinə qədər uzada biliblər. iş oyerə çatıb ki, gecə keşikçisi olan “dost” onları sektanın içərisinə də buraxırmış. Hazırlıqlı olan dostlar yeyib-içirmişlər. Tolik yığılan ianələrin yerini və məbləğini dəqiq öyrənmə üçün sektaya üzv yazılır, ayinlərdə iştira edir və ianə verir. Bir müddətdən sonra “kahinlərin” sevimlisi olan Tolik pulların hansı otaqda, hansı seyfdə və təxmini miqdarını hesablaya bilir. Gecənin birində yenə də yeyib- içmək məclisi qurulur. Tolik deyir ki, “gözətçinin öldürülməsinə imkan vermədim. Ona hədə qorxu gəldik, əl-qolunu bağladıq, gözünün altını qaraltdıq ki, desin basqın olub. Hələ pul da boyun olduq. Amma o, əclaf bizi ələ verdi. Düzdür, ifadəsində mənim ona yazığım gəldiyini, öldürməyə qoymadığımı deyib”.
“Akula”  indi 2 saylı Cəzaçəkmə müəsisəsindədir. 9 illə getdi ora. Indi azadlığa qovuşmağına cəmi 3 il qalır...

(Ardı olacaq)                          avropa.info

Комментариев нет:

Отправить комментарий