Bunu eşidən Mett Deymon ortancıl barmağın yol işarəsini istehsalçı şirkətə və Qilroya göstərərək ancaq Pol Qrinqrassın rejissor olduğu təqdirdə filmə çəkiləcəyini bildirir. Çıxarkən də Qilroya səndən rejissor olarsa, mən də həmin gün Mastroyanni olaram deyir.
Pis vəziyyətə düşən şirkət proyekti bağlamaq istəyərkən hər vəziyyətdən çıxış yolu tapan Qilroy burada da öz məharətini göstərir və deyir ki, elə bu gecə ssenarinin yeni versiyasını yazajam – deyir və elə də edir. Yeni ssenarinin adı “Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlu” olur. Necə deyərlər təki filmin adında Bornun adı olsun. Daha sonra başlayırlar Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlunu canlandıracaq aktyoru seçməyə. Djeyk Djillinhol, Tobi Maquayr, Maykl Fasbendr, Teylor Kitç və digər bir vaqon aktyorlar arasında yalnız Djeremi Renner 5 milyonluq qonorarla Bornun Atasının Əmisi Nəvəsinin Xalası oğlu olmağa razılaşır.
Film çəkilir. İçərisində 2 dəfə yarım Bornun şəkili, bir dəfə də adı yazılmış taxta göstərilir.
mirbagir.wordpress.com
Комментариев нет:
Отправить комментарий