Страницы

25.09.2012

BÜTÜN CIĞIRLARDAN EYNİ BİR SƏMTƏ

İmarət Cəlilqızı

Balaca bir məclis...Hamısı böyüklərdir..Yalnız bir uşaq var, iki-üç yaşlarında. Otaqda ora-bura qaçır, dincəlmir, heç kimin çağırışına, nəvazişli sözlərinə məhəl qoymur, hətta anasının da qucağına gəlmək istəmir. Gah ağlayır, gah küsür, oyuncaq verirsən, almır, yemək verirsən, yemir...
Bir azdan daha bir uşaq gəldi məclisə. Onu görən kimi bayaqkı körpənin üzü güldü, sakitləşdi, ona yaxınlaşdı və birlikdə oyuncaqlarla oynamağa başladılar.

Xeyli əvvəl ona böyüklərlə maraqlı deyildi. Elə ki öz həmcinsini - yaş  və oyun yoldaşı mənasında həmcinsini  tapdı, özünə gəldi və aram oldu.
Hər cür insan da eləcə!..Öz həmcinsi ilə qarşılaşıb onunla  ünsiyyət etmədən yaşaması çətin olar.
Hərə öz həmcinsini bir səbəbdən arayır. Biri təmiz, dürüst, digəri xəbis, nadürüst  niyyətlə. Bəzən tapır, bəzən yox. Və xoş niyyətlə axtarıb tapana nə xoş!!!
Axtarmaq da ayağına dəmir çarıq geyib, əlinə dəmir əsa alaraq dolaşmaq deyil, əlbəttə! Könüldəki həsrətin və təmiz arzunun  özü səmtləndirir insanı---Allah göstərir yolu. (Könüllərdəki sirli arzulardan  Allahdan başqa və Ondan yaxşı kimin xəbəri var ki?!) Elə ki aradığını tapdı, bayaqkı körpə kimi ovunur, şadlanır, ruhu, deməli, həm də cismi rahatlığa qovuşur...
Ruhi qovuşmadan yaranan məmnunluq duyğusunu müşayiət edən acılar da olur, təbii. Amma bu acılar onlardan qurtulmaq istədiyin yox, əksinə, qəlbinin qapılarını könüllü olaraq üzünə açdığın acılardır---xoşladığın şirin təamlara qatdığın tünd ədviyyat kimi...
***
İnsan ki var (kifayəıt qədər dərrakəli, həssas, illərcə ömür sürüb həyatın xeyli üzünü görmüş insan), ürəyi ölçüyəgəlməz  qalınlıqda bir kitabdır. Elə kitab ki, çox səhifələrində nə yazıldığı bir Allah bəllidir, bir də bir azca özünə, hələ nə yazılacağı isə yalnız Allaha. Belə insanlar nədən açmaq istəməzlər o kitabın səhifələrini heç kimə, hətta onu anlayacağına çox-çox inandığı kmsələrə belə?!
Ona görə ki, ya özlərinin. ya da dinləyicilərinin ürəklərini çatladacaqlarından qorxarlar. Belələrinin yalnız bir qəm ( həm də təkcə qəm yox) ortağı olar: Allah!..Hər an səni dinləməyə hazır olan, sözünü kəsməyən, heç bir halına təəccüblənməyən, göz yaşlarına darılmayan, bölüşdüyün dərdin ağrısından əyilməyən, yanğsından qovrulmayan, üzəcəyindən, iztiraba salacağından, bezdirəcəyindən qorxmadığın Allah!..
Nədən bəzən heç kimin nəzərini cəlb etməyən, heç bir halı ilə fərqlənməyə, diqqət çəkməyə can atmayan sadəqəlb, sadədil adamlar həmin o həssasqəlbli insanlara qeyri-adi dərəcədə doğma görünürlər? Ona görə ki, onlar həmin adamlarda bir zərrə ilahi nur olduğunu sövq-təbii hiss edirlər  və bu nur onları misilsiz bir qüvvə ilə özünə cəzb edir: ruhən addım-addım  onlara yaxınlaşdıqca  Allaha  yaxınlaşma duyğusunu yaşayırmış kimi sevinc və zövq duyurlar.
Amma qəribədir ki, nədənsə bu sevinc və zövqün özü də iztirabla qarışıq bir duyğu olur...Yəqin, elə belə olmalıdır: iztirab çəkmədən kamilləşmək mümkün deyil.
***
Cürbəcür mətləblərlə bağlı hər kəsin inanıb qəbul etdiyi bir həqiqət var. Zəruri olduqda  onu başqalarına izah edə bilər.Təkidlə qəbul etdirməyə isə haqqı toxdur. Kimsə birisinin həqiqətini könüllü qəbul edərsə, bu, başqa. Amma bəzilərinin fəlsəfəsində nə kimsəyə öz iddialarını qəbul etdirmək, nə də kiminsə  ürəyicə olmayan, doğruluğuna inana bilmədiyi iddialarını qeyd-şərtsiz qəbul etmək var. Belələrinin düşüncəsi ondan ibarətdir: şəxsi təcrübəsində dəfələrlə sınaqdan çıxmış, təsdiq olunmuş həqiqətləri yeri gələndə sadəcə bəyan etmək, vəssalam!
Kim bundan nə götürər, nə götürməz - bu artıq onun öz haqqıdır.

Комментариев нет:

Отправить комментарий