Страницы

26.09.2012

İLQAR MİKAYILOĞLU BACISININ MÜDAFİƏSİNƏ QALXDI

ANS kanalının əməkdaşı İlqar Mikayıloğlu bacısı Gülər Əhmədovanın müdafiəsinə qalxıb

"Tüpürüm siyasətə də. Əgər özünüzü belə kişi sayırsızsa, gəlin söhbət eləyək "

Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yayımladığı video sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Facebook istifadəçiləri millət vəkili Gülər Əhmdovanı ölkədə korrupsiyanı yaymaq, vəzifəsindən sui-istifadə edərək universitet rekotoruna təzyiq etmək və ən əsası seçkilərdə qalib gəlməklə bağlı sözlərini tənqid atəşinə tutublar. Məlum hadisədən sonra sosial şəbəkələr və xəbər portallarında bacısı Gülər Əhmədovanın tənqid olunduğunu görən ANS kanalının əməkdaşı İlqar Mikayıloğlu onun müdafiəsinə qalxıb.

Qeyd edək ki, Facebook sosial şəbəkəsində istifadəçilərin birinə cavab verən İlqar Mikayıloğlu bunları yazıb: “Mən Gülərin qardaşıyam. Əgər özünüzü belə kişi sayırsızsa, gəlin söhbət eləyək. "Facebook”da hər kəs yaza bilər. Hər biriniz gəlin söhbət edək. Tüpürüm siyasətə də. Mənə mənim bacım vacibdir. Hər birinizi gözləyirəm..."

Комментариев нет:

Отправить комментарий