Страницы

21.09.2012

Jakoline Kramerin Azərbaycana gəlir

Avropa Yaşıllar Partiyasının baş katibi Bakıya gəlir. Azərbaycan Yaşıllar Partiyasının mətbuat mərkəzindən Teleqraf.com-a daxil olan məlumata görə, 23 Sentyabrda Avropa Yaşıllar Partiyasının Baş katibi xanım Jakoline Kramerin başçılığı ilə Macarıstan və Almaniya Yaşıllar partiyasının nümayəndələri Azərbaycana səfər edəcəklər.
Səfər zamanı Azərbaycanda ictimai-siyasi vəziyyət, ekoloji durum və regional təhlükəsizlik məsələləri müzakirə ediləcək. Qonaqların Azərbaycan Yaşıllar Partiyasında geniş görüşü nəzərdə tutulub. Qonaqların həmçinin hakimiyyətyönlü, eləcə də müxalifət partiyaları ilə görüşü planlaşdırılır. Avropa Yaşıllar Partiyasının nümayəndələri “İnsan naminə” seçki bloku üzvləri və Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə də görüşəcəklər.

Arzu Abdulla

Комментариев нет:

Отправить комментарий