Страницы

28.09.2012

LÜSİFERİN KAHİNLƏRİ -2

Sima Ənnağı

II hissə: Azad bənnalar mason ideyalarına mane olan vətənpərvərlik və milliliyi məhv edərək, beynəlmiləl ideyaları yayırlar

Zorakılıq, qəddarlıq, pozğunluq, sadizm, cinsi pozuntular, ucuz araq, qanuniləşdirilmiş narkotiklər, insan psixikasını məhv edən və sinirlərini pozan dəli musiqi, mənasız seriallar- bütün bunlar get-gedə həyat normasına çevrilir

 Yüksək zirvəyə çatmış masonlar xristianlıqda ağır günah sayılan homoseksualizmi alqışlayır, onu müdriklik aktı adlandırırlar. Masonlar iddia edir ki, hər şeydə xeyir və şər var, ona görə insan gərək yaxşını da görsün, pisi də; çirkaba da batsın, zirvələrə də ucalsın.
Odur ki bir çox bolşeviklərin homoseksual əlaqələrdə olması sirr deyil. Kommunist partiyası sıralarında yüksək vəzifəli masonlar vardı. Maraqlıdır ki, 1917-ci ildə Sovet hökumətinin imzaladığı qanunlardan biri homoseksualizmə görə cəza verilməsinin yasaqlanması idi. 1991-ci ildə rus demokratları da belə bir təşəbbüs irəli sürmüşdülər.
 Bolşevizmdən danışarkən qeyd etmək lazımdır ki, o, böyük mason eksperimenti idi, masonlar sürətlə sırf mason dövlətini yaratmaq istəyirdilər- qırmızı beşguşəli mason ulduzlu, mason ideologiyalı idarə sistemi olan bir dövlət.
 12-13-cü mason rütbələrində masonlar başqa xalqlar arasında öz dini fikirlərini yaymaqla məşğul olurlar, vicdan, söz, fikir azadlığını təbliğ edirlər. Bu sahədə uğurlar qazanan azad bənnalar 16-cı pilləyə qalxır, mason ideyalarına mane olan vətənpərvərlik və milliliyi məhv edərək, beynəlmiləl ideyaları yayırlar. Hal-hazırda masonlar Rusiyada xalqın milli özünüdərkinə və özünütəşkilinə mane olmaq məqsədilə guya “rus faşizmi” ilə mübarizə aparırlar.
 “Qızılgül və Xaç” rütbəsində masona izah edilir ki, İlahi xeyirdən və şərdən ibarətdir. Kimi sevmək, kimə nifrət etməyi seçmək qalır. 19-cu pillədə (“Qara masonluq”) İblis elminin öyrənilməsi başlanır. Masonlara izah edilir ki, insanların itirdiyi cənnət o zaman qaytarılacaq ki, insan ağlı ilə hərəkət etsin. Dindən-imandan uzaq olan xalq öz ağlına güvənəndə,  gözəl zəmanə bərqərar olacaq. Rusiya bolşeviklərin dövründə masonların vəd etdiyi “gözəllikləri” gördü.
 Sonra masonlara İblisin dan ulduzu adlanan təsvir göstərilir. Buludlarda ulduz var. Ulduz kimi olun, insanlara İblis adıyla nur gətirin, inanc və nadanlığı kökündən qoparın!
 21-ci pillədə təriqət maskasını atır. İndi masonlar din xadimlərini və zadəganları təqib edirlər. Masonlara deyirlər ki, əsil inkişaf üçün azad və satınalınmaz məhkəmə olmalıdır. Hakimlər mason ideyalarıyla hökm kəsməlidir və nə hakimiyyətdən, nə də xalqdan asılı olmalıdır. Masonlara görə, bütün nüfuzlu siyasi və dini xadimlər bəşəriyyətin düşmənləridir, çünki onlar xalq kütlələrini istismar edirlər.
 23-27-ci rütbələrdə “Qara masonluğun” ikinci hissəsi başlanır. Burda masonlara deyilir ki, xristian allahı insanı cənnətdən qovub, insanı azad olmağa qoymur. Gələcək, nur mələyi İblisə məxsusdur. Heç kim bimir ki, o nə vaxt bərqərar olacaq, amma İblisə xidmət edənlərin sayı artdıqca, bu zəmanə yaxınlaşır – masonluq bütün dünyaya yayılır və hər sahədə mason qanunları işləyir. İblisə pərəstiş dövrü başlanır.
 Lojanın sədri Böyük Kahin adını daşıyır. O, qədim “nur mələkləri” kimi geyinir. Masonlar magiyanı və cadunu öyrənirlər. Onlar xalqların və hakimiyyətin gizli hakimləri olmağa çalışırlar, xalqların taleyini həll edirlər. Azad bənnalar öz əməllərində tam sərbəstdirlər, heç bir mənəvi və ya əxlaq prinsiplərinə əməl etmirlər, zamanı gələndə, bütün dünyada hakimiyyəti ələ keçirəcəklərinə özlərini hazırlayırlar.
 28-ci rütbədən başlayaraq masonlar qədim yəhudi mistik elmi olan Kabbalanı dərindən öyrənirlər, ölülərin ruhlarını çağırır, cadu ilə məşğul olurlar. Onlar İblisə qurbanlar kəsir, şər qüvvələrini oyadırlar.
 29-cu rütbədə mason and içir ki, son damla qanına kimi ona etibar edilən vəzifədə çalışacaq və verilən əmrləri yerinə yetirəcək. Sonra zala masonların bütü- Bafomet gətirilir. Bafomet- keçi, it, uzunqulaq, öküz - yani müxtəlif heyvan başlı, insan əlli, qadın sinəsi, heyvan pəncəli bütdür. Buynuzlarının arasında yanan məşəl, alnında beşgüşəli qırmızı ulduz var- bu ulduz masonlarən əsas rəmzlərindəndir, belə ulduzlar hələ də Moskva Kreml qalalarını bəzəyir.
 Bafometin zalda peyda olunması ilə masonluq öz sirləri üzərindəki pərdəni atır. Lüsifer kultu özünü tam olaraq Kadoş (yəhudi dilndə, mükəmməl deməkdir) adlanan 30-cu pillədə özünü göstərir. Bu pillə qatillər məktəbidir. 30-cu rütbənin şüarı – “Xristian Allahına ölüm”dür. Bu rütbədə mason allahının rəmzi - zirvəsi aşağı yönəlmiş üçbucaqdır (İblisə işarə). İki uçbucaqlı fiqurun birləşməsi -birinin zirvəsi aşağı,digərinin yuxarı- mason ordeninin işarəsidir, ikiallahlığan rəmzidir.
 Masonluğun son sirlərini öyrənmək üçün namizəd verdiyi anda sadiq olduğunu sözdə deyil, əməldə sübut etməlidir, iradəsini göstərməlidir. Artıq xəncərlə taxta bütü deşmək lazım gəlmir. Gərək “insaniyyət naminə” kölə olduğun inancları, vicdanı, əxlaqı, mənəviyyatı ayaqlar altına atasan, təklif olunn sınaqlardan keçəsən. Masona izah edirlər ki, otaqda xəyanətkar mason var və azad bənna andını içmiş namizəd ədaləti bərpa etmək üçün xaini xəncərlə öldürməlidir. Masonun gözlərini bağlayıb hündür skamyaya gətirirlər; skamyada əl-ayağı bağlı xain inildəyir. Gözübağlı masonun əlini xain masonun isti bədəninə, çırpınan ürəyinə qoyurlar. “Bax, bura vurmalısan... Xainə ölüm!” Sınaqdan keçən mason bilmir ki, skamyadakı insan deyil, yunu qırxılmış qoyundur, inilti səsini isə başqa bir mason yamsılayır. Mason xəncərlə “xaini” vurandan sonra onu başqa otağa aparıb, “qurbanın” qanlı ürəyini ona göstərirlər. Mason həmin ürəyi sədrə təqdim edir. Bax, beləcə tərəqqinin, inkişafın tərəfdarı olan azad bənna soyuqqanlı qatilə çevrilərək, Kadoş, müqəddəs adını alır.
 Masonların ədalət anlayışına görə, masonların rəhbərliyi altında bəşəriyyəti xoşbəxt etmək üçün hər vasitədən istifadə etmək gərəkdir. Kim maneə yaratsa, aradan götürülür. Kadoş ədalətin bərpasında fəal rol oynamalıdır. “Ədalət tərəzisinin gözü müvazinəti itirəndə, Kadoş öz xəncəri ilə mason qanununun günücü göstərməlidir”- mason lojası sədrinin fikri belədir. Kadoş and içir ki, heç bir hakimiyyətə baş əyməyəcək, mason olmayan tiranlara qarşı vuruşacaq, mason rəhbərliyinin istənilən əmrini sözsüz yerinə yetirəcək. “Hazır ol - həmişə hazıram!” mason parolunu kommunistlər uşaqlıqdan xalqın beyninə yeridirdilər. Kadoşlar intiqamçı-casuslardır.
 31-33 rütbələrdən başlayaraq masonların Ali idarə heyəti formalaşır – Ali tribunal, Ali Sovet. Ali tribunal  ali hüquqi orqandır, masonların təşkilatdan xaricedilməsinə dair əmrlər verir.
 Masonlar rütbələrlə qalxdıqca onlarda rəhbərliyin hərəkətlərinə qarşı etirazlar yaranır. Bu andan etibarən həmin masonlar düşmən adlandırılır və Ali tribunal hökm çıxarır. Hökm iki hissədən ibarətdir: üsyankar masonun şərəfini ləkələmək və mason sıralarından qovmaq. Ticarətlə məşğul olanı müflis edirlər, ictimai xadimə qarşı böhtan yayırlar, adını mətbuatda kirlədirlər. Hər vasitəyə əl atırlar ki, insanı mənəvi məhv etsinlər. Mübarizədən usanmış mason təriqəti tərk edir və açıq düşmən elan olunur. Sonra həmin adama qaşı təqiblər başlanır. Onu ya xəncər yarası, ya da Kadoş zəhəri gözləyir. Aleksandr Puşkini xatırlayaq. O, uzun müddət mason oyunlarında idi, sonra mason dostları, yəni dekabristlər edam ediləndən sonra masonluqla əlaqəni kəsdi. Və dueldə öldürüldü.
 Dekabristlər haqqında. Çox az adam bilir ki, onların məqsədi Rusiyanı 15 ölkəyə bölərək, imperiyanı zəiflətmək, mason hakimiyyətini qurmaq idi. Onların cəhdi baş tutmadı, masonların planı sonradan kommunistlər tərəfindən həyata keçirildi.
 Masonların ali orqanı olan Ali Sovet “Allah (yəni Lüsifer) – mənim haqqımdır” şüarı altında xristian dünyasının mənəvi ideyalarını məhv etməklə məşğuldur. Onun “Xaosdan – nizama” (dünyanın yeni nizamına) digər şüarı iblisə sitayiş deməkdir.
 31-ci pillədən başlayaraq, mason üçün pul əhəmiyyət kəsb etmir. Pul iqtisadi asılılığa, rüşvətə, yeni təriqətlərin təşkilinə, ədəbiyyatın nəşrinə, lazımi ictimai rəyin formalaşmasına xərclənir. Bu pilləyə çatmış masonlar yalnız ideologiyanın xidmətçiləridir, onlar maddiyyatdan imtina edərək, öz həyatlarını İblisə xidmətə həsr edirlər.
 Mason təşkilatının daxili məğzi qısaca belədir. Bu gün iblisin nökərləri öz məqsədlərinə çatmaq üzrədirlər. 1917-ci ildə Rusiyada kommunistlər- Bafometin qırmızı ulduzlu sadiq nökərləri hakimiyyəti ələ keçirdilər, milyonlarla insanı qurban verdilər, mason proqramının birinci hissəsini həyata keçirərək, ictimaiyyatı, şəxsi mülkiyyəti, dini parçaladılar, zadəganları və ruhaniləri məhv etdilər. Xalqı imansız və mənəviyyatsız tərbiyə etməyə başladılar.
 Yeni mərhələ üçün zəmin yaradan kommunistlər “demokratiyaya” keçdilər. Köhnə nüfuzlar məhv edildi. İnsanların dinsiz-imansız şüuruna yeni, ağlasığmaz “dəyərlər” yağdırıldı. Zorakılıq, qəddarlıq, pozğunluq, sadizm, cinsi pozuntular, ucuz araq, Duma tərəfindən qanuniləşdirilmiş narkotiklər, insan psixikasını məhv edən və sinirlərini pozan dəli musiqi, mənasız seriallar- bütün bunlar həyat normasına çevrilir. İblisə xidmət edən yüzlərlə təriqətlər açıq fəaliyyət göstərir. “Yeni təfəkkürün” təsəbbüşkarlarından birinin dediyi kimi, “proses gedir”. Xalqı yeni dinin qəbuluna hazırlayırlar.
 Lakin İblisi alqışlayan Zülmət qüvvələri sevinməsin. Əsas mübarizə hələ qabaqdadır. Artıq İşıqla Zülmətin böyük davasının ilk səsi eşidilməkdədir. Mübarizələrdə güclənmiş və bərkimiş  yeni gənc elita artıq İblis nökərlərinə qarşı fəaliyyətdədir.

 Məqalədə istifadə edilən materiallar Rusiya İmperiyasının Jandarm korpusu Departamentinin podpolkovniki Q.Q.Mes tərəfindən hazırlanmış “Ümumdünya Masonlar cəmiyyətinin məqsədi” məruzəsindəndir. Bu materiallar O.A.Platonovun “Rusiyanın tikanlı çələngi” kitabında işıq üzü görüb.

Комментариев нет:

Отправить комментарий