Страницы

22.09.2012

Mənə bir küçə bağışla

Məlihə Əzizpur

Mənə bir küçə bağışla! 
Tam dənizə açılsın gözü
Martılar keçsin xəyalından 
Səhər - axşam . . . 
Və uzaqdan gələn gəmilərin səsi ilə 
Döyünsün ürəyi. 
Mənə bir küçə bağışla!
Yolçuların, ayaq səsi ilə oyansın
Mahnı səsi ilə oynasın
Və bir sevda xəyalı ilə uyusun . . . 
Mənə bir küçə bağışla! 
Gözlərindən, ürəyinə
Köçə biləcəyim bir küçə . . .


☼ 
Pəncərədən boylanırdı iki kölgə! 
Şəhər, mehlənirdi lampaların közərtisində. 
Hər kəs öz bucağına çəkilmişdi 
Və köpəklər 
Bir birlərinin südüklərini qoxlayırdı 
Aysız gecədə!
Pənəcərədən iki kölgə boylanırdı . . .

Комментариев нет:

Отправить комментарий