Страницы

23.09.2012

Mən səni tanımadım

Oktay Hacımusalı

mən səni tanımırdım axı
qaranlıq idi bu şəhər bu göyüzü bu gördüyün küçələr
qatı qaranlıqlara təslim olmuşdu hər yer
qətllərdən və intiharlardan danışırdı
səhər tezdən televiziyalar
zorakılıq və ensest cinayətlər
manşetində idi xəbər saytlarının

mən səni tanımırdım axı
gözəlliklərə bağlanmışdı gözlərim
səsləri eşitmirdi qulaqlarım
adından başqa hər nə varsa
pıçıldayırdı qulaqlarım
tanıdığım bütün hamı canlanırdı gözümün qabağında
mən səni tanımırdım axı


mən səni tanımırdım axı
ən gözəl hissləri sən tanıtdın mənə
sevmədiklərimi sən sevdirdin
mən səni tanıdım
səni tanıdım

Комментариев нет:

Отправить комментарий