Страницы

29.09.2012

Nətərisən?

Mənsur Həsənzadə

Gör haçandi görüşmürük
Ay həsrətim, nətərisən?
Barişmiriq, küsüşmürük..
Söz-söhbətim, nətərisən?

Ürək sənsiz daşa dönüb,
Hicran gözdə yaşa dönüb,
Canim buzdu, qişa dönüb,
Hərarətim, neterisen?

Dərdim artib, kalan olub,
Xoş gunlərim talan olub,
Ömür-günüm yalan olub,
Həqiqətim, neterisen?


Fələk qurub qurgu mənə,
Taniş deyil yuxu mənə,
Yoldaş olub qorxu mənə,
Cəsarətim, neterisen?

Heyat deyir, oxu məni,
Ilmə-ilmə toxu məni,
Tərk elədi çoxu məni,
Sədaqətim, neterisen?

Isitmədi qucaq, düşdüm,
Körpə düşdüm, uşaq düşdüm,
Ag gunlərdən uzaq düşdüm,
Səadətim, neterisen?

Mənsur deyər, yaşayiriq,
Yaylayiriq, qişlayiriq,
Biz ki, təzə başlayiriq...
Məhəbbətim, nətərisən?

Комментариев нет:

Отправить комментарий