Страницы

19.09.2012

ÖMƏR SÜLEYMAN VƏ VƏLİƏHD NAYİF BİN ƏBDÜLƏZİZİ CİA ÖLDÜRÜB


Onların Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən öldürülməsi barədə ŞOK açıqlama

FaktXeber.com-un ərəbdilli “əl-Həqiqə” telekanalına istinadən verdiyi məlumata görə, bir neçə ay öncə ABŞ-da ölmüş Misirin keçmiş kəşfiyyat rəhbəri Ömər Süleymanı və həmçinin Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Nayif bin Əbdüləzizi MKİ öldürüb. Bu haqda sözügedən telekanala açıqlama verən Ömər Süleymanın yaxın dostlarından olan Məhəmməd Fərid Zəkəriyya açıqlama verib.

Onun sözlərinə görə, Ömər Süleyman ABŞ-da ölməmişdən öncə onunla telefon əlaqəsi yaradaraq bildirib ki, MKİ onu lazer şüası vasitsi ilə hədəfə alıb və mən bir neçə dəqiqə sonra dünyamı dəyişəcəyəm. Ömər Süleyman telefon bağlantısının sonunda daha bir qətlin, yəni Ərəbistan vəliəhdinin öldürülməsi faktının üstünü açaraq deyib: "Şahzadə Nayif bin Əbdüləziz də məni hədəfə alan lazerlə vurularaq terror edilib. Çünki o ABŞ-ın bir çox siyasətləri ilə müxalif idi”.

Комментариев нет:

Отправить комментарий