Страницы

25.09.2012

Sevr müqaviləsi: Gizli bəndlər və şifrələr

Beynalxalq münasibətlərElmar Həsənov

1918-ci ildə I Dünya müharibəsi bitdi. Həmin ilin 30 oktyabrında Montro müqaviləsi imzalandi. Bu müqavilənin şərtləri Osmanli torpaqlarinin qalib dövlətlər tərəfindən işğal olunması üçün başlanğıc idi. Müqavilə imzalanandan sonra Osmanlını savaşa girməyə məcbur edən ''İttihat və Tərəqqi'' firqəsinin üç önəmli isimi Tələt, Ənvər, və Camal paşalar ölkədən qaçdilar. Mason olan İttihatçıların ölkədən qaçması Qərbin və ABŞ-in Osmanli imperiyasını çökdürmək üçün hazırladıqları gizli planın tərkib hissəsi idi.
Əslində onlar Osmanlı imperiyasını çökdürmək üçün var qüvvələri ilə çalışdılar. Onlarda təsadüf nəticəsində hakimiyyətə gətirilməmişdilər. Qərb dövlətləri və ABŞ, Osmanli dövlətinə qarşı bu gizli planları həyata keçirməklə, vaxtilə Konstantinopolun (indiki İstanbul) türklər tərəfindən alınmasının əvəzini çıxırdılar. Qərbli diplomatlar xəritəyə baxdıqda :
1) Konstantinopolun (İstanbulun)
2) Dardanel və Bosfor boğazlarının
Osmanli dövlətinin ərazisində qalmasını qəbul edə bilmirdilər. 16 mart 1920 -ci ildə İstanbul ingilis və fransız orduları tərəfindən işğal edilincə 10 avqustda Sevr müqaviləsi imzalanır. Bu müqavilə haqqında cox eşitmisiniz bəlkə, amma gizli şərtləri, gizli şifrələri haqqında cox şeyi bilmirsiniz . Baxın, görun bu günkü durumdan çoxmu fərqlənirdi? Osmanlı tarixində belə aşağılayıcı, həqarət verən olay olmamışdı. Bu gun də Osmanlı imperiyasının varisi Türkiyə dövlətinə qarşı bu müqavilənin  bəzi şərtləri həyata keçirilməkdədi. Şərtlərə diqqət yetirək
1) Osmanlı dövləti İsatnbul və çevrəsi ilə Anadoluda kiçik bir torpaq parçasından ibarət olacaq, müqavilənin şərtlərinə əməl olunmazsa, İstanbulda əllərindən alınacaq. Əslində qərb dövlətləri burada oyuncaq İstanbul dövləti qurmaq istəyirdi.
2) Boğazlar savaş zamanında belə bütün dövlətlərin gəmilərinə açıq olacaq və Avropa komissiyası tərəfindən nəzarətə götürüləcək.
3) İngilis, fransız, yaponlardan ibarət bir komissiya təslim şərtləri üçün qoyduğu üsulları Osmanlı qəbul edəcək və bundan bütün müttəfiq dövlətlər yararlanacaq.
4) Etnik azlıqlar hər bir halda öz məktəblərini aça biləcəklər.
5) Kürdlər Doğu Anadoluda müstəqil bir quruluş (yəni dövlət) meydana gətirmək istərlərsə Osmanlılar bunu qəbul edəcəklər . Kürd  dövlətinin qurulacağı ərazilərə daxildi: Harput, Diyarbəkr, Urfa, Mardin və Hakkari.
6) Van, Ərzurum, Bitlis, və Trabzon vilayətlərinin ərazisində Ermənistan dövləti qurulacaq, sərhədləri ABŞ- ın prezidenti müəyyən edəcək.
 Bu gündə bu müqavilənin bəzi şərtlərini ABŞ və Qərb dövlətləri ''Demokratik İslahat ''formasında,Türkiyə dövlətinə sırımaqla, Türkiyə dövlətini çökdürürlər. Mahiyyət eynidir.
ABŞ prezidenti Vilsonun Sevr müqaviləsinə əlavə etdiyi xüsusi xəritənin üzərinədə xüsusi şifrələr vardır. Xəritə üzərində Samsundan aşağıya Hələbə enən bir xətt, şərqə yönələrək Mosul Kərkükü içinə alaraq İranın sərhəddinə yaxınlaşır. Şimalda Gürcüstanın içərilərinə qədər uzanır. Xəttlərin birləşməsi bir kvadrata çevrilir. Burası ABŞ-ın idarə bölgəsi olurdu. Orta Şərqin idarəsi üçün önəmli olan strateji bir sahə. İçində Ermənistan, Kürdüstan, Gürcüstan kimi ölkələrin yer aldığı bir bölgə. Sadəcə Türklərin ''həyat haqqının olmadığı'' bir sahə. Xəritənin altında yumru bir dairə içində ABŞ dövlətinin şifrəli bir möhrü və altında prezident  Woodrow Wilson yazan bir imza vardır. Görünüşdə ABŞ gerbi olan möhürün içində qanadlarını və ayaqlarını açmış bir qartal görüntüsü vardır. Şifrə içindəki qanadlı quş bir qartal deyil ''Anka'' quşu idi. Gözləri açıq və hər yeri müşahidə edir. Soldakı qanadının üzərində ''e pluribus unim'' yazısı görünür. Mənası ''çoxun təki olur'', quyruğundakı tük ayısı isə 9 olaraq çəkilmişdi. Mənası ''Cənnət dövlətinə dönüş'' mənasına gəlir. Gövdəsindəki boşluqda isə ''zirvələrin ən yüksəyinə'' yazıları yer alır. ABŞ prezidentinin bu möhüründəki simvol əslində 'Masonların dünyayı idarə etməyi'' qarşılarına məqsəd qoyan fikirləri əks etdirir. Sevr müqaviləsinin mətninə əlavə edilən ABŞ prezidentinin təsdiq verdiyi xəritə üzərində ''masonların dünya dövləti'' fikirləri əks olunur. Müqaviləni  Osmanlı tərəfdən Damad Fərid paşa(Damad sözü Osmanlıda dövlət üçün, millət üçün xəyanət etmiş mənasında işlənir) imzalamışdir. Bu şəxsin də mason olduğu bilinir. Butun bu araşdırmadan aydın olur ki, bəşər tarixində yeganə müqavilədir ki, Qərb dövlətləri və ABŞ tərəfindən Osmanliya və onun varisi Türkiyə dövlətinə qarşı bu müqavilənin maddələri hələdə qüvvədən düşməyib.

elmar_hesenov86@mail.ru

Комментариев нет:

Отправить комментарий