Страницы

05.09.2012

Tia.az-ın yeni rəhbəri danışdı

Əlişir Əhəd: “Oxucular saytın fəaliyyətində köklü dəyişikliklərin şahidi olacaq”

“Tribuna” informasiya agentliyində rəhbər dəyişikliyi baş verib. Portalın təsisçisi və baş redaktoru Fikrət Fərəməzoğlu yerini Əlişir Əhədə verərək saytın rəhbərliyindən gedib. Bundan sonra tia.az saytı ilə heç bir bağlılığının olmadığını deyən sabiq baş redaktor istefasının səbəbini yeni media qurumu təsis etməsi ilə əlaqələndirib.
Xatırladaq ki, tia.az saytının yaradıcısı Əlişir Əhəd olub və ilk dövrlərdə saytın fəaliyyətinə məhz o, rəhbərlik edib.
Tia.az-ın gələcək fəaliyyət istiqamətləri ilə bağlı Qaynar.info-ya danışan Əlişir Əhəd bildirib ki, oxucular saytın fəaliyyətində köklü dəyişikliklərin şahidi olacaq: “İlk öncə onu vurğulayım ki tia.az-ın dizaynında müəyyən dəyişikliklər olacaq. Bundan əlavə gənc kadrların sayta cəlb olunması ilə bağlı planlarımız var.
Daha çox operativ olmağa çalışacağıq, ölkənin gündəmində olan məsələlərə yeni və fərqli baxış ortalığa qoymaq niyyətindəyik. Bir sözlə nəzərdə tutduğumuz planlarla rəhbərlik etdiyim sayta daha çox oxucu kontingenti cəlb etmək fikrindəyik”
Saytda baş verən rəhbər dəyişikliyini dəyərləndirən yeni baş redaktor bunu müxtəlif səbəblərlə izah edir: “Yeni Yol” qəzetindən sonrakı fəaliyyətim məhz tia.az saytı ilə bağlıdır. Bu səbəbdən tia.az mənim üçün doğmadır. Saytın rəsmi rəhbərliyindən getsəm də, tia.az-la əlaqələrim heç zaman kəsilməyib və saytın inkişafına öz dəstəyimi əsirgəməmişəm. Şəxsi işlərimlə bağlı saytın rəhbərliyini bir müddətlik və razılaşmış formada Fikrət Fəraməzoğluna verdim. Hiss etdim ki, artıq sayta rəhbərlik edə bilərəm və bundan sonra yenidən saytın başına döndüm”.

Azər Niftiyev, QayNar

Комментариев нет:

Отправить комментарий