Страницы

23.09.2012

Təzəxan Mirələmlinin atasına 13 il yarım iş verdilər

tezexan m2AXCP Cəlilabad şöbəsinin sədri rəzil repressiya ilə üz-üzə; o, özünü yandırmaq istədi

AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin atası Məhərrəm Mirələmov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Məhərrəm Mirələmovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ancaq məhkəmə 1 il yarım “güzəşt” edib.
Vəkil Mənsum Bayramov açıqlamasında bildirib ki, onların çoxsaylı vəsatətləri və yüngülləşdirici hallar nəzərə alınmadığı üçün hökmdən apelyasiya şikayəti verəcək: “Məhərrəm Mirələmov əvvəllər məhkum edilməyib, özü də, xanımı da yaşlı və xəstədir. Bunlar yüngülləşdirici hal kimi nəzərə alınmalı idi. Amma alınmadı. Şikayət verəcəyik”.

Təzəxan Mirələmli deyir ki, atası narkotik alveri ilə məşğul olmayıb, ona sadəcə böhtan atırlar. Onun dediyinə görə, atası Məhərrəm Mirələmovu Daxili Işlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları həbs edib və bir ildir istintaq gedir. Mirələmli vəkilin indiyədək məhkəmədə qaldırdığı vəsatətlərin heç birinin təmin edilmədiyini də söyləyib.
Təzəxan Mirələmli deyib ki, baş verənlərə görə özünü yandırmaq istəsə də, buna imkan verməyiblər.
AXCP-çinin oğlu Vasif Mirələmli də həbsdədir. O, məktəb yoldaşını bıçaqlayaraq öldürməkdə ittiham olunur və 8 il müddətinə azadlıqdan məhrum edilib. Vasif Mirələmlinin atası Ictimai Palatanın etiraz aksiyalarında iştirak etdiyinə görə məktəb yoldaşları onu təhqir ediblər. Buna görə də həmin addımı atmağa vadar olub.

azadliq.info

Комментариев нет:

Отправить комментарий