Страницы

25.09.2012

Xiromantiya: Planetlər ovcumuzun içində

 Gülnarə Rəfiq

Ovucun içindəki təpəciklər haqqında


Bir-birini təkrarlayan iki əl yoxdu

Tarixin bütün dövrlərində ələ güc və qüdrət simvolu kimi baxıblar. Xiromantiya sözünün kökündəki «xeyr»(latınca əl deməkdir), «xeyrov» sözündən əmələ gəlib. «Xeyrov» tərcümədə əmr etmək, işğal eimək mənasını verir. Qədim insanlar əli insanla göy arasında, insanla cəhənnəm arasında vasitəçi sayırdılar və onun sayəsində ruhları köməyə çağırırdılar.
Ruhları köməyə çağılmağa «xeyrotoviya» deyilir. Qədim təsəvvürlərə görə magik möhür olan əli oxumaqla o biri dünyadan yardım almaq mümkündü.
İnsan kainatın təkrarıdır, özü kiçik bir dünyadır. Əlsə insanın təkrarıdır, onun fəaliyyət mikrokosmudur. Xiromantların fikrincə , əl həm də kainatın sirrlərini oxumaqçün bir vasitədir.
Ən vacib planetlər
Xirpomantiya elmi astrologiya ilə sıx bağlıdır. Xiromantiyada Merkuri, Venera, Mars, Yupiter və Saturn ən vacib planetlər sayılır. Uran isə Günəşdən çox uzaq olduğuna görə insan üzərində hakimiyyətini itirmiş sayılır. Başqa planetlərin, sonradan kəşf edilmiş yeni planetlərin də Yerə təsiri cüzi olduğundan xiromantiyada nəzərə alınmır. Ay öz kiçikliyinə baxmayaraq bizə möhkəm təsir göstərir, çünki Yerə yaxındır. Günəşə gəldikdə isə heç kim onun qüdrətini dana bilməz.

Hər əlin öz redyefi var.

Əlin hər bir barmağı üç dünyaya – mənəvi, əqli və maddi dünyalara bölünür. Bircə baş barmaq ayrıca təhlil edilir. Çünki baş barmaq iradə, məntiq və sevgini özündə birləşdirən həyat mənbəyi sayılır. Qədim xiromantlar baş barmağın Mars və Veneranın tabeliyində olduğuna inanırdılar.
Gəlin ovcumuzun içinə nəzər yetirək. O, hamar deyil, çökəyi, təpəciyi, qabarı var. Yəni özünəməxsus relyefə malikdir. Hər bir insanın ovcundakı həmin relyef əlin içindəki xətlər kimi təkrarolunmazdı. Hazırda Qərbdə nüfuzlu ofislərin girəcəyində qapıçı əvəzinə işçiləri ovuc relyefinə uyğun olaraq «yad»lardan ayıra bilən xüsusi aparatlar qoyulur.
Bir təpəcik bir planetdir.

Şəkil 2

1. Yupiter təpəsi

2. Saturn təpəsi
3. Apollon və ya Günəş təpəsi
4. Merkuri təpəsi
5. Venera təpəsi
6. Ay təpəsi
7. Mars təpəsi

Hər barmağın kökündə (qabar yerində) təpəcik yerləşir. Hər təpəcik müəyyən planetlə münasibətdədir, həmin planetin xeyirli, yaxud mənfi təsirinə məruz qalır. Planetlərin təsiri təpəciyin nə dərəcədə inkişaf etməsindən asılıdır. Yupiter - alicənab məğrurluq və ya lovğalıq, Saturn - yaxşı və ya pis tale, incəsənətə, var-dövlətə həvəs, Merkuri – iradə və ya qəddarlıq, Ay – təxəyyül, yaxud dəlilik, Venera - sevgi və ya ehtiras əlamətidir. Əgər bu tərəciklər yerindədirsə, aydın mənzərə nəzərə çarpırsa, deməli öz planetinin keyfiyyətlərini dolğun ifadə edir. Əgər təpəciklər balacadırsa arıtq bu, həmin keyfiyyətlərin ya zəifliyindən, ya da ümumiyyətlə yoxluğundan xəbər verir. Təpəciklərin yeri batıqdırsa, artıq bu, tamam zidd keyfiyyətlərin varlığından danışır. Təpəciklər öz yerində deyilsə meyl elədiyi təpəciyin xasiyyətini də özündə cəmləyir. Həddən artıq qabarıq təpəcik öz planetinini spesifik xüsusiyyətinin bu əlin sahibində ifrat dərəcədə inkişaf eləməsindən xəbər verir və mənfi hal kimi yozulur. Qeyd edək ki, əlin içindəki xətləri məhz təpəciklərə münasibətdə təhlil edirlər.

Yupiterin məcrasını aşması təhlükəlidir

Əldə Yupiter təpəsi şəhadət barmağının kökündə yerləşir. Yupiter bütpərəstlərdə allahların şahı sayılır. Ona görə də istiqamət göstərəndə, yaxud kimisə hədələyəndə şəhadət barmağını işə salırlar. Yupiter təpəciyi dindarlıq, məğrurluq, şan-şöhrət, şənlik, təbiətə vurğunluq, xoşbəxt ailə, uğurlu sevgi münasibətlərini bildirir. Həddindən artıq iri Yupiter təpəciyi mövhümatldan, məcrasını aşan məğrurluqdan, nəyin bahasına olursa olsun hökmranlıq etmək, seçilmək, hamıdan fərqlənmək meylindən xəbər verir. Yupiter təpəciyi görünmürsə, onda belə adamın tənbəl, inamsız, yetərincə alicənab olmadığını guman etmək mümkündü.

Qəmgin Saturnun yoxluğu bədbəxtlikdi

Saturn təpəciyi orta barmağın kökündədi. Saturn çox qəmgin pllanetdi, obrazlı desək, taxtdan salınmış, qovulmuş allahdı. Əldəki Saturn təpəciyi insanın müstəqillik göstəricisidir. O, uğur, müdriklik, hikmət bəxş eləyə bilər. Normal «Saturnu» olan adamlar bir qədər qəmgin gəzib dolansalar da, fəlsəfəni sevir, musiqi və incəsənətlə maraqlanırlar. Həddən artıq inkişaf etmiş Saturn təpəciyi qəm-qüssə, təkliyə canatım, dindarlıq, gələcək sarıdan qorxu hissi, kin, vicdan əzabları, bəzən özünəqəsd meyli deməkdir. Bu təpəciyin heç olmaması bədbəxt və solğun həyatdan danışır.

Apollonun yeri incəsənətdir

Apollon və ya Günəş təpəciyi adsız barmağın kökündədir. Apollon gözəl və alicənabdır, O, incəsənət allahıdır. Ona görə bu barmağa nişan üzüyü taxırlar. Apollon incəsənətə meyl, uğur, dahilik, ümid, ruhi sakitlik və zənginlik gətirə bilər. Həddən artıq qabarıq Apollon təpəsi qanunpərəstliyə, təmtərağa, zənginliyə və məşhurluğa meyldən, bəzən (xətlərin quruluşundan asılı olaraq) kasıblıq, həyasızlıq, itancaqlıq, oxu daşa dəyəndə tərslik, səfehlik, boşboğazlıq, paxıllıq və yalançılıq kimi müxtəlif və ziddiyyətli keyfiyyətlərdən xəbər verir. Təpəciyin olmaması maddi həyatla qənaətlənmək, incəsənətə etinasızlıq, yeknəsəq, tutqun həyat əlamətidir.

Merkuri gözəl elçidir

Merkuri təpəciyi çeçələ ğarmağın kökündədir. Merkuri allahların yerə göndərdiyi zərif və gözəl elçidir. Merkuri işarəsindən magiyada çox istifadə edilir. O, göydən yerə enmiş işığın simvoludur. Merkuri planeti çətin elmlərə, əlçatmaz aləmlərə, mürəkkəb əqli işə, natiqliyə, iri ticarətə, sənayedə ixtiraçılığa, bir sözlə adi həyat çərçivələrindən çıxan hər şeyə maraq oyadır. Merkuri həm də oğruların allahıdır. Həddən artıq qabarıq Merkuri təpəsi oğurluq, yalan, ikiüzlülük, ajiotaja meyllilik, müflislik və krediti batırmaqdan ehtiyatlanmamaq əlaməti də ola bilər. Merkuri təpəsinin olmaması elm və ticarətdən baş çıxara bilməməyin göstəricisidir. Merkuri təpəciyinin üstündə xırda şaquli xətlər varsa deməli onun sahibi anadangəlmə həkimdi və tək bədənin yox, qəlblərin də məlhəmini bilir.

Bunu da bilməli

Barmağın kökündə yerləşən təpəciklər çox vaxt öz yerindən bir az o yan- bu yanda olur. İnsanların əksəriyyətində barmaqların kökündə 4 yox 3 təpəcik görünür. Təpəcik meyl elədiyi tərəfdə yerləşən o biri təpəciyin keyfiyyətlərini də özündə cəmləyə bilir.

Mars, Ay və Venera maddi dünyaya cavabdehdi

Barmaqların kökündən başqa ovucun aşağı hissəsində maddi dünyaya cavabdeh olan üç təpəcik də var: Mars, Ay və Venera təpəciyi.
Mars müharibə allahıdır. O, cəsarət, soyuqqanlılıq, sədaqət, müqavimət və lazımi vaxtda məqsədyönlü hərəkət qabliyyəti aşılaya bilir. Bu təpəciyin həddən artıq qabarıqlığı kobudluq, qəzəb, haqsızlıq, qəddarlıq, qana susamaq, mübarizəyə meyllilik, böhtana, duelə həvəsi bildirir. Təpəcəyin heç olmaması impulsivlik əlamətidir. Mars təpəciyi bitən kimi ondan aralanmamış Ay təpəciyi başlayır. Ay təpəciyi baş barmağın əks tərəfində ovucu bitirir. Ay bakirə Diananin, gümüş oxlu Febin simvoludur. Xiromantiyada Ay həmişə dənizi bildirir, həm də inadkarlıq obrazıdır. Ay zəngin təxəyyül, melanxoliya, sentimental hisslər, xəyallar, musiqidə harmoniya axtarmaq, başqa dünyalara, sirlərə doğru can atmaq deməkdir. Həddən artıq qabarıq Ay təpəsi inad, əsəbilik, heç nədən ümidsizliyə qapılma, daimi narahatlıq, nalayiq arzular, fanatizm, miqren ağrıları gətirə bilər. Təpəciyin heç olmaması idealların cılızlığıından, quruluqdan xəbər verir.
Venera təpəciyi Ay təpəsiylə birlikdə ovucun yarısını tutur. Venera böyük barmağın kökündədir. O, iri bir xətlə ovucdan ayrılıb. Buna həyat xətti deyirlər. Çünki həyat sevgi üzərində bərqərardır, Venerasa məhəbbət simvolu, gözəllik allahıdır. Venera incə musiqi duyumu, rəqsdə zəriflik, özünü bəyəndirməyə, sevgiyə ehtiyac, gözəl və kamil formalara vurğunluq, əliaçıqlıq və ləzzətə meyl gətirə bilər. Həddən artıq qabarıq Venera təpəciyi pozğunluq, həyasızlıq, yüngüllük, səbatsızlıq və tənbəllik əlamətidir. Təpəciyin olmaması soyuqluq, eqoistlik göstəricisidir.

Təpəciyin rəngi qaçmamalıdır

Əgər təpələrin biri qalanlarından çox iridisə, bu, bir planetin xüsusiyyətlərinin aparıcı olmasından xəbər verir. Təpələrin üstündəki şaquli xətlər ikidən artıqdısa, eyni zamanda üfüqi xətlərlə kəsişirsə, deməli öz planetini zəif ifadə edir. Təpəcik rəngi qaçmış, ağarmış yox, çəhrayı olmalıdı ki, güclü sayılsın.

Комментариев нет:

Отправить комментарий