Страницы

27.10.2012

Ağlasığmaz sirlər

РигведаFirudin Gilar Bəg

Son araşdırmalardan çıxan nəticəyə görə, bütün qədim ədəbiyyatın zahiri mənalarından başqa batini mənaları da vardır. Zahiri məna adi insanlar üçün, batini məna isə sufilər (sofi), yəni qədim sirləri bilən müdriklər üçün nəzərdə tutulmuşdur. İslamın zahiri mənası - müsəlmanların naməlum Allaha və onun elçisinə, göndərdiyi kitaba və s. inancıdırsa, batini mənada İslam – Əman (Amon) adlanan türk xanının (pir) insanı və göydə ruhlar dünyasını yaratması, insanlara ölümsüzlük verməsi üçün onlarla bağladığı müqavilədir.
Bu haqda mən “Batini-Quran” kitabında və məqalələrimdə faktlarla geniş məlumat vermişəm.
Batini məna - sufilərin “Hu” adlandırdığı ilkin materiyanın qanunları əsasında yaradılmış elmdir və mənbələrdə bu elm Sufizm, Təvil, Ledun, Ezoterizm, Germetizm və s. də adlandırılır. Batin elminə görə, bəşəriyyətə həyat vermiş ilkin materiya - əvvəli və sonu olmayan yeganə yaradıcı qüvvədir və bütün varlıqlar bu enerjinin təzahürləridir. Sufilər bütün mövcudata - bu enerjinin materiallaşması kimi baxırlar və ona görə də yaranmışdan yox, yaradıcı olan bu enerjidən danışırlar. Bu məntiqlə bütün yazıların da batini mənası, tək olan yaradıcı Allahın bu dünyada yaratdıqlarına həsr olunmalıdır.
İlkin materiyanı ilk dəfə türk xanı özünə tabe edərək, onunla vəhdət təşkil etmiş və onun adından çıxış etməyə başlamışdır. Sufizmdə “Vəhdət əl Vücud” adlanan bu birləşmə, qədim Misir yazılarında – pir Əmanın (firon Amon) göydə yaratdığı Ra günəş diski ilə vəhdəti kimi, yəni Ra-Əman, Ra-Amon (Amon-Ra) kimi qeyd olunur. İslamda Ra-Əman adı Rəhman kimi məlumdur. Deməli, sufilərə görə bütün mənbələrdə yazılanlar yalnız bir hadisəyə - ilkin materiyanı özünə tabe edib Ra-Əman, yəni Rəhman Allaha çevrilmiş pir Əmanın yaratdıqlarına həsr olunmalıdır.
Əflatun (Platon) da özünün «Politik» əsərində yazır ki, bütün yazılı və şifahi ədəbiyyat yalnız bir hadisə ilə bağlıdır. Lakin zaman keçdikcə bu hadisə yaddaşlardan silinmişdir və bu haqda müxtəlif mənbələr ayrı-ayrılıqda, müxtəlif variantlarda yazırlar (1). Digər mənbələrin də araşdırması o nəticəyə gəlməyə əsas verir ki, bütün qədim ədəbiyyatda söhbət yalnız bir hadisədən gedir və tarix də bu hadisənin müxtəlif mənbələrindəki şərhidir.
İngilis dilində tarix mənasını verən «history» sözü - «his story» kimi açıqlanır və bu da “O Kişinin tarixi”mənasında “Allahın tarixi” fikrini ifadə edir. Dilimizdəki “tarix” [TRX] sözü isə, hər samitin bir rəmz olduğu Batin elmində tərikə [TRK] və türk [TRK] sözü ilə eyni məna verir. Sufi məntiqinə görə bu tarix – tərikə yolunu keçib ilkin materiya ilə vəhdət təşkil edən türklərin tarixidir. Bu o deməkdir ki, bütün qədim yazılı ədəbiyyat yalnız bir xalqa - sufizmin tərikə yolu vasitəsi ilə göydə Allah yaratmış türk pirinin xalqına aiddir.
“Əhdi-Ətiq”də deyilir ki, ilk əvvəl şərqdən gəlmiş bir xalq mövcud idi və onlar bir dildə danışırdılar. Bu xalq, “başı göylərə çatan” Babil qülləsini tikdikdən sonra, Allah onların dillərini dəyişdirərək yer üzünə səpələdi (2). Bu o deməkdir ki, bütün qədim yazılarda söhbət yalnız Babil qülləsinin tikilməsindən gedir və dillərin dəyişdirilməsi də, Allahın bu hadisə haqqında həqiqətləri gizli saxlamaq istəyi ilə bağlıdır.
Tarixçi İ. Dyakonov, Midiyada babillilərin “başı göylərə çatan” qalasının olmasından yazır və bildirir ki, bu qala mənbələrdə “Göy və Yerin təməl Evi” adlanırdı (3). Qədim Misir yazılarında Abtu/Beyt adlanan bu ev, Şumer mifologiyasında Allahlar vilayəti adlandırılır və qeyd olunur ki, Marduk Allahı Tiamata (ilkin materiya) qalib gəldikdən sonra Göy okeanında bu vilayəti yaratmışdır (4). Deməli, bütün qədim mənbələrdə söhbət türk xanın göydə Allahlar vilayəti, yəni cənnət yaratmasından gedir.
Qədim Misir mənbələrində qeyd olunur ki, pir Əman (firon Amon) göydə - bütün yer kürəsini əhatə edən Atum Allahını yaradır və alimlərə görə, Atum elə Adəm deməkdir (5). Məşhur sufi Mühiddin ibn Ərəbi də Adəmi Allah adlandırır (6). Əflatun da ilk yaradılmış Adəmi və onun obrazı ilə xüsusi yaradılmış varlıqları - ölməz Allahlar adlandırır və bildirir ki, adi ölümlü insanları məhz bu Allahlar nəsli yaratmışdır (7). Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Qəzali - göy insanı obrazında olan Adəmi - Məhəmməd peyğəmbər kimi təqdim edir. O, peyğəmbərimizi Kosmik qüvvə hesab edir və nəzərə çatdırır ki, kainatda qayda-qanunun təmin edilməsi ondan asılıdır. Qəzaliyə görə, peyğəmbərin müqəddəslər nəsli də bu Kamil İnsanın kütləvi tipidir (8). Bu o deməkdir ki, bu gün pir, seyid, bəg, şıx adlandırılan müsəlman müqəddəsləri Allahın obrazı ilə xüsusi yaradılmışlar.
Ledun elmində adi insanlar, bütün varlıqlar kimi ilkin materiyanın təzahürləri hesab olunur və yarandığı kimi məhvə məhkumdur. Yalnız ilkin materiya ilə bağlı olan, yəni Allahla vəhdət təşkil edən (“Vəhdət əl Vücud”) müqəddəslər nəsli ölümsüzdür. Buna görə də, qədim filosoflar insanları iki növə - kamil və cahil insanlara bölürdülər. Ölümsüz olan kamil insan nəsli Allahın obrazı ilə yaradıldığı üçün, bütün tarix yalnız Allaha və onun müqəddəslər nəslinə aiddir. Adi insanların həyat tərzi heyvanın həyat tərzindən fərqlənmədiyinə görə, onlar mənbələrdə qeyd olunmağa layiq deyillər. Bu o deməkdir ki, bütün qədim mənbələrdə yazılanlar yalnız bir nəslə, ən qədim mənbələrdə Allahlar, pirlər (firon), seyidlər, bəglər və s. adlandırılan müqəddəslər nəslinə aiddir. Əflatun bu nəsli - filosoflar nəsli, Aristotel isə bu filosofları yəhudi adlandırır.
Məşhur ingilis alimi Artur Kestlerə görə yəhudilər, indiki İordan ərazisindən yox, arilərin vətəni olan Qafqazdan çıxmışlar. Əsl yəhudilər də türk xaqanı və türk bəgləridir (9). “Kitabi - Dədə Qorqud”da bu bəg-ərənlər - “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” (əvrəni) adlandırılır ki, onlar “Dünya mənim” deyərək, dünyanın sahibləri olmaları ilə öyünmüşlər (10).
Tövratda yəhudilər - izmaililər (ismaililər) adlandırılır və Qalaad elinin əhalisi kimi göstərilir. Bu kitabda, izmailli deyəndə madiamlılar, yəni midiyalılar nəzərdə tutulur ki, Midiya da indiki Azərbaycan ərazisində mövcud olmuşdur. Qədim Midiyada maqların altı tayfasından biri “budin” [BDN] tayfası adlandırılır və bizlərə bu rəmz “batin” [BTN] kimi məlumdur (11). Tövratda Allahın şəxsi mülkü hesab olunan Qalaad [QLD] eli - İslamda Gel, Gelat [GLT] kimi qeyd olunur və bu el, batiniliyə həyat vermiş ismaili nizarilərin elidir. Mən “Batini-Quran” kitabında və məqalələrimdə göstərmişəm ki, Nizar (ənsar) [NZR/NSR] rəmzi ən qədim Misir mənbələrində Nu-Oziri (Nu-Osiri) [NZR/NSR], yəhudilərdə - nazorey [NZR], xristianlarda isə nazarlı (nasara) [NZR/NSR] kimi məlumdur. Öz elmlərinə görə seçilmişlər hesab edilən bu nəsil, qədim Misirin Geliopol, yəni Gel şəhərinin kahinlərinin nəslidir və mənbələrə görə bütün Misir ovsunlarını bilavasitə onlar tərtib etmişlər (12).
Ən qədim Misir mətnlərinə görə, Allah göydəki ruhlar dünyasını Gel şəhərində yaratmışdır və axirətdə də burada yeni dünya yaranacaqdır. Hədislərə görə Məhəmməd peyğəmbərin Məkkədəki evi də məhz Aqilə (Akil), yəni Gelə çatmış evdir. İsmaililərin Gel, Gelat (Qulat) evi digər mənbələrdə Xilat, Xüld, Kelt, Kleyto, Kolyada və s. kimi qeyd olunur və dünya ədəbiyyatında bu ərazi haqqında istənilər qədər məlumatlar vardır. Lakin bu məlumatlar rəmzlərlə yazıldığı üçün, onları sufi məntiqi ilə “oxumaq” lazımdır.
Xilat, tarixçi Z. Bünyadova görə, Azərbaycan atabəglər ailəsinin malikanəsidir və buranın sahibi də Ərmənşah Nəsir əd-din Mühəmməd Sökməndir (13). Xristian mənbələrinə görə, türk şahı Nəsir əd-din Mühəmməd Sökmən II - Xelatı (Gelad) aldıqdan sonra özünü Şahi-Ərmən adlandırdı ki, sufizmdə Ərmən (Ər-Əman) [RMN] adı - qədim Misirin Ra-Amon [R-MN] Allahının adı ilə eyni mənalıdır (14). Atabəg rəmzi, “bəglərin atası” deməkdir və qədim Misir yazılarında bu adı - bütün Allahların Atası və Ağası olan Amon (Əman) Allahı daşıyırdı. Bəg rəmzi sufizmdə, tərikə yolunun “bəqa” səviyyəsini bildirir ki, bu səviyyəyə çatmış insan Allahla (ilkin materiya) vəhdət təşkil edir. Deməli, Xilat – qədim Misir Allahlarının atası hesab olunan Ra-Amonun, yəni Ər-Əman - Ərmənin yurdudur və mənbələrdə bu bəglər nəslini “paron” (paronter), yəni “pir” (firon) adlandırırlar.
Сон Вишну. Рельеф в Махабалипураме. 7 в. Индия.Burada əlavə olaraq qeyd etmək istəyirəm ki, indi özlərini erməni adlandıran insanların, qədim yazılara qəti aidiyyəti yoxdur. Erməni tarixcisi kimi qəbul olunmuş Moisey Xorenatsiyə görə, adi insanlar nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər (15). Bütün erməni tarixi isə - yəhudi adlandırılan seçilmişlərə, yəni türk xaqanı və bəglərinə aiddir.
Sökmən [SKMN] rəmzi digər mənbələrdə Sukman, Sakaman [SKMN], Sakya-Muni [SKMN], Şakya-Muni, Şukamon [ŞKMN] və s. kimi də yazılır. Qədim Misir dilçiliyində, yəni Batin elmində Sökmən rəmzi [SKMN] - Saxu-Amon [SX-MN] kimi izah olunur ki, buradakı “saxu” rəmzi, öləndən sonra bədəndən çıxan insan ruhunun yeni forma almasını bildirir. Misir mətnlərinə görə insan öləndə, bədənindəki ruh saxuya keçir və çürüməyən bu yeni bədən göylərdə quş kimi həyat sürməyə başlayır (16). Deməli, Sökmən (Saxu-Amon) rəmzi - “Amon Allahının ruhu” mənasını verir ki, bu ruh Xelatda, yəni Gel elində əbədi şahlıq edən Ra-Amon Allahına çevrilmişdir.
Sökmən, yəni Əman ruhunun Ərmənə (Ra-Amona) çevrilməsi, qədim rəvayətlərində “Göyə uçmuş Allah” kimi qeyd olunur. Bu rəvayətlərə görə, Əman Allah tabuta uzandıqdan sonra, onun ruhu quştək göyə uçaraq, əvvəlcədən göydə yaratdığı Ra diski ilə birləşir və Ra-Amon Allahına çevrilir (17). Firdovsinin “Şahnamə”sində bu obraz, göydə Kəyan taxtı qurmuş və “günəştək qərar tutmuş” Cəmşidin timsalında verilmişdir (18). Məşhur folklorşünas C. Frezerə görə isə, Silviya şahı ölümündən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhər üzərində qərar tutmuşdur (19). Quranda bu obraz, yeri və göyü yaratdıqdan sonra öz taxtında qərar tutmuş və ərşə hakim olmuş Rəhman Allah kimi qeyd olunur (20). Bu isə o deməkdir ki, ərşə ucalan Rəhman Allah, elə göyə uçmuş qədim Misirin Ra-Amon Allahıdır. Məhəmməd peyğəmbərin də göyə meracını nəzərə alsaq başa düşərik ki, peyğəmbərimiz elə ərşə hakim olan Rəhmanın, yəni qədim Misirin Ra-Amon Allahının obrazıdır. Peyğəmbərimizin mənbələrdə “iki dünyanın ağası” adlandırılması da, onun Ra-Amon Allahının obrazı olması deməkdir.
Sökmən, yəni Sak-Əman (şah Əman) rəmzi, mənbələrdə Sakamano və ya Şakyamuni adı ilə tanınan Budda Allahının adı ilə eyni mənalıdır. Kanişka sikkələrində Buddanın şəkli ilə bərabər “Boddo”, “Sakamano Budda” və “Baqo Boddo” sözləri yazılır (21). Boddo rəmzi sufizmdəki “bodi” rəmzi ilə eynidir və tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində “görən” deməkdir. Bodi rəmzi Ledun elmində ən sirli rəmzlərdən biri hesab olunur və mən “Batini-Quran” kitabında bu haqda geniş məlumat vermişəm (22). “Batin” rəmzi də “bodi” rəmzdən yaranmışdır və yazdığımız kimi, qədim Midiyada maqların altı tayfasından biri “budin”, yəni batin tayfası olmuşdur. Mənbələrdə Budda da – Amitabxa adlandırılır ki, bu da sufizmdə Amida-Bxa, yəni Midiya bəgi mənasındadır. Yazılanlara görə, Amitabxa - Budda vəziyyətinə çatandan sonra çöl sahələrində, yəni ilkin materiyada – Sukxavati (Saxu-Beyt deməkdir) cənnətini yaratmış və onu idarə etməyə başlamışdır. Budda nəsli öləndən sonra bu cənnətdə ikinci dəfə doğulduğu üçün, mənbələrdə bu nəsil «iki dəfə doğulmuşlar» adlanır (23). “Baqo Budda” rəmzi də, sufizmin bəqa (bəg) səviyyəsinə yüksəlmiş və “Allahla vəhdət təşkil edən Budda” mənasındadır. Qədim Misirin “Ölülər kitabı”nın 1-ci və 117-ci bölümündə rəmzlərlə bildirilir ki, Allah qurban ruhlarından göydə Beyt yaratmış və özü də burada peyğəmbərə, yəni ölməz ruha çevrilmişdir. Deməli, Budda - Bodi, yəni ekstaz vəziyyətində, göydə Beyt (Ev) yaratmış türk şahı Sökmənin obrazıdır.
Bütün bunlar onu göstərir ki, Ərmənşah Nəsir əd-din Mühəmməd Sökmənin obrazı - Gel evinin sahibi olam Məhəmməd peyğəmbərin obrazıdır. Sökmənin özünü Ərmən, yəni Ra-Amon adlandırması da, Gel elinin - bütün dinlərinin müqəddəs yeri olması deməkdir. Çünki Allah birdir və bir yerdən ərşə yüksələrək ora sahib olmuşdur.
Nəsir [NSR] rəmzi xristianlarda İsa peyğəmbərin elinin adıdır və mənbələrdə o Nasırlı [NSR], Nazarlı [NZR] adlandırılır. Yəhudilərdə Nəsir [NSR] rəmzi, həyatını Allaha həsr etmiş nazoreylər [NZR] kimi məlumdur. İslam ezoterizmində bu xüsusiyyəti nizarilərin [NZR] şiə icması daşıyır və yazılanlara görə, onları Allah özü idarə edir. Mənbələrdə bu Deyləm nizarilərini həmçinin batinilər, yəni Quranın gizli mənasını bilən müdriklər də adlandırırdılar. Mən “Bütün dinlər birdir” adlı məqaləmdə göstərmişəm ki, Allahın batini sirlərini bilən Şiə-nizariləri, yəhudi və xristianlıq dönəmində Yeşua-nazoreyləri (İsa-nasarlıları) adlandırılırdı. Qədim Misir mənbələrində isə bu rəmz - Şu Allahının Nu şəhərində yaşayan Osiris/Oziri xalqı (NuOziri-Nizar) mənasında Gel zümrəsinə aid edilirdi. Şiəlik də öz adını - qədim Misirdə “Allah ruhu” mənasında olan “Şu” rəmzindən götürür. Qurana görə ilk şiələr Nuh və yəhudilərin patriarxı olan İbrahim peyğəmbər olmuşlar (24). Qədim Misir mənbələrinə görə, Gel zümrəsinin bu eli, Allahın dünyanı yaratmağa başladığı yerdir və buradan çıxan Pta (Yafət) Allahı indi də yaşayır. Oziri/Usiri, yəni Osiris Allahının bədəni də burada uyuyur (25).
Maraqlı faktdır ki, ismaili-nizarilərdə irqin fəxri sayılan Nizar da deyilənə görə sağdır, lakin onu heç kim görə bilməz. O əbədi yaşayır və şahlıq edir (26). Bu isə o deməkdir ki, ismaililərin müqəddəs Nizarı [NZR] - əbədiyaşar Nu-Oziri (Osiris) [NZR/NSR] Allahının obrazıdır. Belə çıxır ki, batinilərin Gel eli, yəni Gelat/Xilat – qədim Misir Allahının uyuduğu yerdir.
Nizarilərin - Ələmut (El-Muta), yəni Midiya qalasında cənnət yaratmaları mənbələrdən məlumdir. Sasanilərin əl-Mədain adlandırdıqları Midiya rəmzi, mənbələrdəki Mədinə, Mədinət əs-Salam rəmzləri ilə eyni mənalıdır. Buradakı Salam [SLM] rəmzi isə onu göstərir ki, mənbələrdə Səlim [SLM] kimi qeyd olunan Yerusəlim şəhəri də bura ilə əlaqədardır. Tarixçisi M. Xorenatsiyə görə Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başlayır (27). Yerusəlim [R-SLM] rəmzinin Səlim [SLM] kimi yazılışı, bu rəmzin İslam [SLM] rəmzi ilə eyni məna verməsi deməkdir. Belə çıxır ki, mənbələrdə Göy Yerusəlimi, Darüs-Səlam, İslam aləmi və s. adlandırılan Ev elə göydə yaradılmış cənnət mənasındadır və bu cənnət nizarilərin Gel (Gilan), yəni Xilat elində yaradılmışdır. Quranda, Xilat [XLT] elində yaradılmış bu cənnət – vəd olunmuş Xüld [XLD] cənnəti adlandırılır (28).
Mənbələrə görə, Yerusəlim şəhərini Şelomo, yəni Süleyman peyğəmbər tikmişdir. Batin elmində “Şu-Aləmi” mənasını verən Şelomo [ŞLM] rəmzi, Səlim, İslam [SLM] (İsa-Aləmi) rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, göydəki ruhlar dünyası - qədim Misirdə “Allah ruhu” mənasını verən Şu (İsa) Allahının ruhunda yaradılmışdır və bu haqda mən “Batini-Quran” kitabında və məqalələrimdə izah vermişəm. Bütün bunlar isə onu göstərir ki, müsəlman və yəhudilərin cənnəti - elə nizarilərin Ələmut qalasındakı cənnətdir və bu cənnətin sahibi qədim Misirin Ra-Amon Allahıdır.
Xilat [XLT] rəmzi Əflatunun “Kritiy” əsərində Kleyto [KLT] kimi qeyd olunur. Əflatun bildirir ki, Allahlar dünyanı öz aralarında püşk ilə böldükdə, Atlantida adası -dəniz Allahı olan Poseydona düşür. Bu adada Poseydon, ölümlü qadın Kleytodan olan öz şahlar nəslini yerləşdirir (29 ). Mən, “Atlantida Azərbaycanda mövcud olmuşdur” adlı məqaləmdə faktlarla göstərmişəm ki, bütün rəmzlərin açması, Kleytonun Azərbaycanla bağlılığına gətirib çıxarır. Atlantida da, Xüld cənnəti kimi Xilat göylərində yaradılmış ruhlar dünyasının rəmzidir. Digər tərəfdən, Poseydon Allahının şahlar nəslinin Kleyto ilə əlaqələrdirilməsi o deməkdir ki, qədim dünyanın bütün əsilzadə şahları bilavasitə Xilat, yəni Gel elindən olmuşdur. Mənbələrdə bu - şahlar, yəni saklar (skif) nəslinin ilahi kökdən - Heraklın Gel elində yarıilan Yexidna ilə “izdivacı”ndan doğulmaları ilə əlaqələndirlir.
Nəsir əd-din Mühəmməd Sökmənin Xilat elində şahi-Ərmənə çevrilməsi rəmzinin qısa batini mənası isə belədir: Qədim Midiyanın ilk türk bəgi - sufizmin tərikə yolu ilə ilkin materiyanı dərk etmiş və ekstaz vəziyyətində, qurban ruhlarından göydə Ra günəş diski və ruhlar dünyası yaratmışdır. Özü fiziki öldükdən sonra, onun ruhu göyə qalxaraq, əvvəlcədə göydə yaratdığı Ra diski ilə birləşmiş və Ra-Amon Allahına, yəni Rəhman Allaha çevrilərək, göydəki ruhlar dünyasında ölümsüzlük qazanmışdır.
Tarixçi M. Xorenatsi “Ermənistan tarixi” kitabında Gel elini Gelarküni kimi qeyd edir və bildirir ki, burada yaşayan Sisaka nəsli böyük və adlı-sanlı tayfadır və Alban ölkəsi onlardan kiməsə vərəsəliklə, əbədi verilmişdir (30). Gelarküni adındakı “Kün” rəmzi, Qurana görə Allahın Adəmi və İsa peyğəmbəri yaratdığı “Ol!” əmridir (31). Mənbələrdə isə Kün rəmzi, insanların dillərini dəyişərək, onları səpələyən Saturnla əlaqələndirilir. Sisaka, yəni sak rəmzi, yazdığımız kimi “saxu” mənasında - öləndən sonra bədəndən çıxan insan ruhunun yeni forma almasını bildirir. Deməli, pir Əmanın ruhu məhz burada ölümsüzlük qazanmış və Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Axirətdə Allah məhz burada Adəm, yəni Atum Allahı kimi İsa peyğəmbəri də “Ol!” əmri ilə yaradacaqdır.
Bütün bunlar haqqında daha geniş məlumat, müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir. Bu kitab qədim sirləri izah edən yeganə kitabdır. Əgər Quran kitabı İslam dininin məbədgahıdırsa, “Batini-Quran” – bu məbədgahın giriş qapısıdır. Yalnız bu qapıdan keçəndən sonra “İslam aləmi”ni və bütün qədim sirləri dərk etmək mümkündür.

Ədəbiyyat

1. Platon, «Politik», 269s
2. Библия, Быт.11:1-9
3. И. Дьяконов, «История Мидии», М-Л., 1956, səh. 276-278, 372
4. Б. А. Тураев, «История древнего востока», II cild, səh. 91
5. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, M., 2002,səh. 441
6. İbn Ərəbi, “Füsus ül Hikəm”, böl.1
7. Əflatun, “Timey”, 41B,D,S
8. Абу Хамид Ал-Газали, «Воскрешение наук о вере», М., 1980, səh. 284,276
9. Артур Кестлер, «Тринадцатое колено», sayt: http://www.lib.ru/INPROZ/KESTLER/hazary.txt
10. «Kitabi - Dədə Qorqud», B.,1988, səh. 49, 80, 122
11. Herodot, I/101
12. Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб, Ексмо, 2005, səh. 310
13. Историческая география Азербайджана. Б.1987, səh.95
14. К. Гандзакеци История Армении. М. 1976, səh. 282
15. М.Хоренаци, kit.I, böl. 5
16. У. Бадж, «Египетская религия. Египетская магия», M., 2000, səh.143
17. “Сказки и повести древнего Египта», Л.1979, səh.9
18. Firdovsi, «Şahnamə», B.1987, səh.33
19. Дж. Фрезер, «Золотая ветвь», M.1986, səh.147
20. Quran, 13:2, 20:5
21. Г. М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh. 404
22. “Batini-Quran”, səh.140, sayt: http://hosting.bakinter.net/torah/batini-quran.pdf
23. Г. М. Бонгард-Левин, Г. Ф. Ильин, «Индия в древности», М., 1985, səh. 357
24. Quran, 37:83
25. Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб, Ексмо, 2005, səh. 214
2 26. Л. В. Строева, «Государства исмаилитов в Иране в XI – XIII вв.», М., 1987, səh. 165, 166, 59
27. М.Хоренаци, I/60
28. Quran, 25:15
29. Платон, «Критий», sayt: http://www.dp5.ru/index.php/-2/71538-platon-kritij-s-doc.html
30. М. Хоренаци, I/12, II/8
31. Quran, 3:59

gilar@mail.ru

Комментариев нет:

Отправить комментарий