Страницы

29.10.2012

Azərbaycanın mason təşkilatları

Orda müxalifət liderləri təmsil olunurmu?

Azərbaycan masonlarının başında duran məmur və müxalifətə ayrılan 30 milyon dollar

Dünyanı idarə edən gizli qüvvələrin olması və onların mason lojalarında birləşməsi ilə bağlı məlumatlar yeni deyil. Amma Azərbaycanda masonların fəaliyyəti, müxtəlif ölkələri, prosesləri, bütövlükdə dünyanı necə yönləndirməsi ilə bağlı məlumatlar ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, əsasən də son illərdə yayılmağa başlayıb.
Zaman-zaman müəyyən dairələrdə Azərbaycanda çox tanınmış və nüfuzlu bəzi şəxslərin mason lojalarının üzvü olması barədə müzakirələr gedib. Ancaq bununla bağlı söhbətlər digər ölkələrdəki masson lojalarının fəaliyyətləri qədər təffərrüatlı olmayıb.

Məlumatlara görə, dünyada mason siyasətini həyata keçirən cəmiyyətlərdən biri olan “Bohemian Qrove” klubu Azərbaycanda da fəaliyyət göstərir.
Dünyanın ən qaranlıq və gizli şəbəkələrindən olan “Bohemian Qrove” 1880-ci ildə ABŞ-da yaradılıb. Simvolu  bayquş olan bu kluba yəhudi lobbisinin önəmli simaları rəhbərlik edib və indi də onlar edirlər.
Bunların arasında D.Rokfeller, Rotşild, H.Kissincer, C.Soros, Z. Bjezinski və digərilərini göstərmək olar.
“Bohemian Qrove” klubu da “Lions”, “Rotari”, “Bilderberq” klubları kimi dünyanın gizli hakimiyyətlərinə xidmət edib, mason siyasəti həyata keçirir. Bu klubu Azərbaycanda əsasən biznes və iqtisadi məsələlər maraqlandırır.
Azərbaycan SSR Ali Sovetinin və Milli Məclisin sabiq üzvü, Astara Rayon Partiya Komitəsinin birinci katibi işləmiş Sultan Məmmədovun ­­”Masonluq: Dünyanın hörümçək toru” kitabında yazıb ki, Azərbaycanın 20-yə qədər yüksək vəzifəli məmurları, siyasətçiləri, hüquqşünas və müxalifət liderləri “Bohemian Qrove” klubunun üzvüdür.
Müəllif kitabında “Yeni çağ” qəzetinin də bir neçə il əvvəlki saylarından bəzi məlumatlara istinad edərək yazıb ki, 2008-ci il dekabrın 27-də Azərbaycanda bir mason məmur “Bohemian Qrove” ən yüksək dərəcəsinə seçilib:
“Həmin məmurun xaricdə və ölkə daxilində güclü biznesi var. Tədbirlərə gedərkən qoluna bağladığı saatda mason simvolu üçbucaq görmək olar”.
Sözügedən kitabda Azərbaycan müxalifətinin masonlarla əlaqələrinə də geniş yer verilir. Müəllif yazır ki, Soros fondu və digər mason yönümlü klublar Azərbaycanın siyasi partiyaları ilə fəal iş apararaq 2005-ci ilin parlament seçkilərində narıncı inqilaba cəhd ediblər.
Məlumatda qeyd olunur ki, Azərbaycan müxalifətinin liderlərinin Corc Sorosla şəxsi əlaqələri var. Daha sonra müxalifət liderlərinin 2005-ci ildə Türkiyədə Sorosla görüşdüyü qeyd olunur və həmin görüş belə təsvir edilir:
“AXCP sədri 2005-ci ilin iyul ayında Türkiyədə səfərdə olarkən bir sıra siyasi, ictimai və iqtisadi fəaliyyətlə məşğul olan təşkilatların rəhbərləri ilə görüşüb.  Bunların arasında “Rotari” klubu da olub.  “Rotari” klubu mason siyasətini həyata keçirən təşkilatdı. Dünyanın 156 ölkəsində 1,2 milyon üzvü var.  Onların şüarı dünya birliyinə xidmət etməkdi. Mərkəzi qərargahı İllinoys ştatı, Evenston şəhərində yerləşir”.
Bunun ardınca müəllif müxalifət liderlərinin Türkiyədəki görüşü barədə bunları yazır:
“2005-ci il iyul ayının 13-də, səhər saat 06:40-da İstanbula gələn müxalifət liderləri İstanbulun Nəqqaştəpə səmtində yerləşən və milliyətcə kürd olan, Türkiyə mediasında adı narkobaron olaraq hallanan Hüseyn Bəybaşıya məxsus villada C.Sorosla görüşüb. Bu görüşdə Türkiyənin Mustafa Koç, Aydın Doğan, Tuncay Öz İlhan kimi bir neçə məşhur simaları da iştirak ediblər”.
Məlumatda o da qeyd olunur ki, C.Soros həmin vaxt Azərbaycandakı parlament seçkilərində müxalifətin fəaliyyətini maliyyələşdirmək üçün 30 milyon dollar ayırıb.
Kitabda masonluğun Azərbaycandakı tarixindən və simvollarından da bəhs olunur, eyni zamanda bildirilir ki, 3 iyul 2003-cü ildə Moskvanın Şərq rayonlarının birində azərbayanlılar üçün xüsusi olaraq “Dostluq24”mason lojası yaradılıb.
Bu lojada ancaq Moskva və onun ətrafında yaşayan azərbaycanlılar masonluqla məşğul olublar.
Azərbaycanda isə 8 dekabr 2008-ci ildə “Böyük Milli Loja” fəaliyyətə başlayıb və “Dostluq24”lojası “Azərbaycan Milli Lojası”nın tərkibinə daxil edilib.
Onu da qeyd edək ki, dünyanın ən məşhur mason lojasında 33 dərəcəi ustad mason azərbaycanlıdı.

günxeber.com

Комментариев нет:

Отправить комментарий