Страницы

30.10.2012

Babək Göyüş: "Dünya dağılacaqmı?"

Maya təqviminə görə bəli, NASA isə bunu tamamilə inkar edir.

Dindarlar  düşünür ki, Allah özü dünyaya son qoyacaq.

Doğrudan da dünya dağılacaqmı?

İndi bu sualın cavabı hər kəsi düşündürür. Özü də 2009-cu ilin noyabrınadək bu sual heç kəsin ağlına gəlmirdi. Daha doğrusu, gəlirdi, ancaq geniş anlamda müzakirə olunmurdu. Onun müzakirəsinə isə əsas təkanverən qüvvə yenə də sinema oldu. Rejissor Roland Emmeriçin katastrofa janrında çəkdiyi film doğrudan da itmiş streotiplərin qaysağını qazıyıb insan beyninə yeni mövzu verdi. Yaşayıb yaratdığımız, ailə qurduğumuz, övlad böyütdüyümüz, əcdadlarımızın uyduğu bu yer kürəsi dağılacaq.
Dağılmaq isə əsil dağılmaq anlamında baş verməyəcək. Əslində yer kürəsi forma kimi qalacaq, ancaq onun üstü tamamilə su ilə örtüləcək, bu isə bütün canlıların məhvi deməkdir. Elə 2012 sinemasında da belə süjet xətti əsas götürülüb. Ondan çıxış yolu kimi isə Tibetdə yaradılan gəmilər köməyə gəlir. Bəli, bütün bu dediklərimiz yalnız ssenaristlərin uydurmasıdır. Əslində isə elə o sinemadan, son günlər Yaponiyadakı 9 ballı zəlzələdən və dağıdıcı sunamidən sonra bir daha düşünürsən ki, dünya bizi hara aparır? Məhvəmi, yoxsa yeni formalı dünyayamı? Təbii ki, dünya deyəndə insanlar həmişə qalaktikanı nəzərdə tutur. Qalaktika isə N sayda qalaktikalardan ibarət olduğuna görə onun dağılma ehtimalı sıfırdan aşağıdır. Deməli, dünya deyəndə yalnız biz insanların nəfəs alıb yaşadığı yer kürəsi göz önünə gəlməlidir, çünki o biri planet və ulduzların “dərdi” orda məskunlaşan məxluqları maraqlandırmalıdır. Bizi isə öz Yerimiz maraqlandırır.
Büdcəsi 200 milyon dollarlıq bu filmi çəkmək üçün  deyilənə görə, rejissor Roland Emmeriç mayaların təqvimini bir daha gözdən keçirib və əmin olub ki, elə o təqvim də və yaşadığımız dünya da məhz 21 dekabr 2012-də sona çatır. Müasir teleskopların gəldiyi qənaətə görə bu hipoteza həqiqətə bənzəyir. Əslində bu hipotezaya və astronomik hesablamalara görə doğrudan da 2012-ci ilin həmin günündə bütün planetlər eyni xəttə üzrə düzüləcək.  Bu sıralanma isə dünyanın çəkiliş qüvvətini tərsinə çevirəcək, sivilizasiya yox olacaq, o fəlakətdən isə az sayda insan  qurtulacaq. Bütün bu fəlakətlərin “baiskarı” isə  Marduk planetinin səbəb olacağı rəvayət edilir.

Maraqlı bir detal

Filmdə xristianların bütün dini simvolları yerlə yeksan edilərkən bir tək Kəbə ayaqda qaldı. Bunu isə sinema prodüserlərinin islam dünyasından qorxduğunu önə çəkirlər. 53 yaşlı Emmeriç isə Kəbənin yıxılmaması mövzusunda, “əslində bunu etmək istəyirdim,  amma köməkçi yazarım Harald, tək bir film üzündən başım üçün fətva elan edilməyəcəyini söylədi. Haqlı idi” deyib.

Mayaların tarixinə ötəri baxış

Təxminən bizim eradan 1000 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada olmeklərdən sonra meydana gələn yeni sivilizasiyanın nümayəndələri mayalar hesab olunur.  Onların nəsli hipotezaya görə Qvatamelanın şimal hissəsində bilinməyən istiqamətindən gəlib. Həmin gündən etibarən mayaların çox hissəsi Qvatamelada və Meksikanın səlahiyyətində olan Çiapasda yaşayırlar.
E.ə. 250-ci illərdə maya mədəniyyətinin  inkişafı özünün klassik fazasına daxil olub. Onlar piramidalar, qalalar inşa etməklə yeni nəhəng şəhərlər yaradıblar.

Bu memarlıq üslubları Yunanıstan və İtaliyanın ilkin intibah dövrünə bənzəyir.

Bizim eranın IX əsrdən sonra mayaların klassik mədəniyyəti məhv olmağa başlayıb və onların yerinə tolteklər gəlib. Lakin həmin bu mədəniyyət XII əsrdə daxili çəkişmələr və mübahisəli danışıqlar nəticəsində məhv edilib.

Maya təqvimi

Yuxarıda xatırlatdığımız kimi onların yaratdığı təqvim 2012-ci ilin 21 dekabrında  bitir. Maraqlı burasıdır ki, maya tayfaları ayın ölçülərini heç bir cihaz olmadan çox az fərqlə qeyd ediblər.

Niyə  2012?

Maya təqvimi niyə 2012-ci ildə bitir? Bunun cavabını təbii ki, maya təqvimini yaradanlardan başqa heç kəs bilmir. Yenə də hipotezaya görə məhz həmin gün planetlərin bir sırada düzlənməsinə görə təqvimin bitdiyi söylənilir. Bunun əlavəsi kimi isə heç bir versiya mövcud deyil.

Bəlkə həmin gün günəşdə fırtına olacaq?

Alimlər indi bunu da istisna etmirlər. 2012-dəki günəş fırtınaları dünyanın maqnit sahəsini dəyişdirəcəkmi? Elmi araşdırmalara görə Günəş fırtınaları hər 11 ildən sonra baş verir. Bu fırtınalar zamanı isə indiyədək dünyada bir canlıya belə zərər dəyməyib.

NASA isə “haradan çıxdı, bu söz-söhbət” deyib 

Hər 3 min 600 ildə bir günəşin orbitinə girərək Günəş sisteminin yaxınından keçən Marduk (Nibiru) adlı planetin dünyanı dağıdacağı  söz-söhbətlərə NASA “2012-ci ildə qiyamətin olacağı haradan çıxdı?” sualı ilə cavab verib. Marduk versiyasının mənşəyi isə şümerlərə gedib çıxır. Onlar bu planetdən gələn yad planetlilərin dünyanı ziyarət etdiyinə həmişə inanırlarmış. Şümerlər astronomiyada çox böyük uğurlara nail olublar, belə ki, onlar Uran, Neptun və Plutonu kəşf ediblər, ancaq  dünyanın günəşin ətrafında fırlandığını anlaya bilməyiblər.

Onda “Planet X” nədir? 

Marduk  planeti 1983-cü ildə İRAS peyki tərəfindən "Planet X" olaraq kəşf edilib. Bu isə tamamilə başqa bir qalaktika olduğu iddiasına gəlir. Dünya mediası isə bunun Günəş sisteminin yeni planeti kimi elan edib. Hazırda internetdə Mardukun bir çox fotoşəkilləri yer alıb. Mütəxəssislərin fikrincə isə bu, yalnız fotoşopun məhsulu ola bilər.  Əslində isə Marduk adlı planet tapılmayıb. Onun  koordinatlarını Google Sky və Microsoft Telescopenin qabartdığı iddia edilir. Və  Google və Microsoft məlumatların əksikliyi ucbatından o bölgələri bilərəkdən “rəngləyib”. Elə yalançı Marduk da belə meydana gəlib. Bunun indi həqiqət, yoxsa yalan olduğunu yalnız Ağ Evdən başqa heç kəs bilmir. Sual oluna bilər, bu həqiqətdirsə, ABŞ niyə bunu cəmiyyətdən gizlədir?

Şamanlar mayaların xofunun mif olduğunu iddia edir

Latın Amerikası şamanları isə yaxın zamanlarda Çilidə yığıncaq keçirərək qədim maya tayfalarının 2012-ci ilin dekabrında dünyanın sonu haqda dediklərini təkzib etmək niyyətindədirlər. Şamanlar bunu təsdiq etmək üçün sülh naminə dualar edəcəklər. Qeyd edək ki, Kaliforniya universitetinin professoru Jerardo Aldan yeni “Təqvimlər və illər: Qədim və orta əsrlər dünyasında astronomiya və zaman” adlı kitabında da 2012-ci ildə dünyanın sonu olmayacağını deyib. Onun qənaətinə görə, maya tayfalarının təqvimini müasir təqvimə keçirdikdə 50-100 il fərq yaranır. Və deməli, 2012-ci ildə dünyanın sonu olmayacaq, bu, ən azı 2 ay sonra baş verə bilər. Beləliklə, mayaların təqvimi əslində 2013-cü il fevralın 18-də başa çatır. Bundan əlavə, təqvimin bitməsilə dünyanın sonunun gəlməsi fərziyyəsi də şübhə altına alınır. Alimlər deyirlər ki, mayaların heç bir yazılarında dünyanın sonu olacağı qeyd olunmayıb.

Digər versiyalar

Son vaxtlar dünyanın sonunun yaxınlaşmasından tez-tez danışılır. Hələ 10 il  öncə aparılan bir araşdırma nəticəsində dünyanın sona yaxınlaşdığı bildirilmişdi. İnsanları həyəcanlandıran bu söz-söhbətlərə bir çox mütəxəssislər, alimlər, astroloqlar münasibət bildirirlər. Bəzi mülahizələrə görə, dünyanın sonunun çatmasına insanların təbiəti amansız istismarı səbəb olacaq, başqaları isə deyir ki, bu təbii fonemon nəticəsində baş verəcək.

Dini mülahizələr

Xristianların dini kitabı “İncil”də Armagedon günü qeyd olunub. Dini ehkamlara görə, həmin gün xeyir və şər qüvvələr arasında son döyüş olacaq və bu tarixin də 2012-ci ilə təsadüf etdiyi deyilir. Həmçinin, müsəlmanların dini kitabı olan “Quran”da da qiyamətin əlamətlərindən bəhs olunub. Buddizm rahibi Birinci Çinqin fikirlərində də, bir çox hindu kitablarında da 2012-ci ildə dünyanın sonu ola biləcəyinə dair işarələr var.

Super vulkan

ABŞ-dakı Yeloston Milli Parkı termik suları və qeyzerləri ilə məşhurdur. Geoloqlar bu vulkanın dünyanın ən böyük vulkanik bazanın üstündə yerləşdiyini dəfələrlə qeyd ediblər. Yeloston vulkanı hər 650 min ildən bir partlayır və bu partlayışın o qədər külü olur ki, günəşin qabağını kəsərək temperaturun insanın dözməyəcəyi qədər düşməsinə şərait yaradır. Bu partlayış da 2012-ci ilə proqnozlaşdırılıb.

Fizika elminin araşdırması

ABŞ-ın Berkli Universitetinin alimlərinin hesablamalarında göstərilir ki, 2012-ci ildə Yer kürəsinin yaranmasına gətirib çıxaran proseslər yenidən baş verərək, dünyanın dağılmasına səbəb ola bilər.  

Yerin maqnetik dəyişməsi

Məlumdur ki, Yer kürəsinin iki xəyali oxu var. Bu xəyali oxların öz yerlərini dəyişmə tempi hər 750 min il hesab olunur, amma bu dəyişmə təbiətə vurulan zərər nəticəsində 30 min ilə enib. Və növbəti dəyişmənin 2012-ci ilə təsadüf etməsini alimlər dönə-dönə vurğulayıblar. Bu da Yerdə böyük fəlakətə səbəb olacağından xəbər verir. Bütün bu iddialarla razılaşmayanlar, söylənilənlərin cəfəngiyyat olduğunu deyən alimlər də var.

Dünyanın sonu barədə proqnozlar

1998 - Yer kürəsinin nəhəng kometa ilə toqquşması nəticəsində şimal və cənub yarımkürələrinin dəyişməsi gözlənilirdi.
1999, 11 avqust - Nostradamusa görə sonuncu Günəş tutulması olmalı idi.
1999, 23 sentyabr - Atlantikaya kometa düşməsi gözlənilirdi və bununla da qlobal kataklizmlər başlamalı idi.
1999, 31 dekabr - Bibliyanın Amerika tədqiqatçıları Mark Farin, Sara Boyet, Diana Sanaya görə qiyamətin sorgu-sualı başlamalı idi.
2000, 5 may - Mayalıların öncəgörmələrinə əsasən planetlərin paradı başlamalı idi: Saturn, Yupiter, Mars, Yer bir istiqamətdə düzüləcək və bu, bəşəriyyətin sonu demək idi.
2001, 11 avqust - Gözlənilən qara dəlik Yer kürəsini və Günəş sistemini udmalı idi.
2002, 11 avqust - Astroloqların hesablamalarına görə cənub və şimal yarımkürələrinin birləşməsi nəticəsində dəhşətli zəlzələ baş verməli idi.
2006 - Astroloqların öncəgörmələrinə əsasən Yerə İkar adlı böyük asteroid düşəcək.
2008 - Böyük gizlincə Poqonovka kəndində zirzəmidə dünyanın sonunu gözləyən şəxs barədə səs-küyə səbəb olmuş əhvalat.
2009 - Piter Lorrinin Nostradamusu əsas gətirdiyi Armagedon olmalıydı.
2011 - Asteroid 2005-in Yu55-lə toqquşması.
2012 - Maya təqviminin sonu.
2013 - Nostradamusa görə Raqonrok - Axirətin sorgu-sual günü başlayır.
2014 - Günəş sisteminin qarşısına çıxan hər şeyi məhv edən kosmik toz topası dəyəcək.
2016 - Ceyms Hansenə görə buzlaqlar əriyib Yer kürəsinin əsas hissəsini su basacaq.
2018 - Nostradamusa görə nüvə müharibəsi olacaq.
2019 - Asteroid 2002-nin  Nt7 ilə toqquşması.
2020 - İsaak Nyuton İoan Boqoslovun öncəgörmələrinə əsaslanaraq, hesablayıb ki, dünyanın sonu məhz bu il olacaq...

P.S. Dünyanın sonuna yalnız dünyanı yaradan qərar verəcək.

Комментариев нет:

Отправить комментарий