Страницы

25.10.2012

Bankların sələm genosidi davam edir!

İbrahim Sel

 Əsrlər boyu insanlara elə təbliğ olunub ki, guya banklar az qala iqtisadiyyatın məhək daşıdır. Əslində bu iddia mifdən başqa bir şey deyildir. Bəlkə də banklar qədər iqtisadiyyata ziyan vuran ikinci bir struktur tapmaq mümkün deyil. Çünki banklar zahirən özlərini nə qədər yaxşı tərəfdən qələmə verməyə nail olsalar da, əslində insanların cibinə girirlər və onlar adamların acınacaqlı maddi durumda qalmasında maraqlıdırlar.
 Lakin banklar aptek də deyildir ki, ona təbii zərurət olsun. Valyuta mübadiləsini, pul köçürmələrini, əmanət şəklində faizsiz pul qoyuluşlarını və bu kimi normal xidmətləri nəzərə almasaq, bank sisteminin failiyyətinin iqtisadiyyata heç bir dəxli yoxdur. Bankların mahiyyətində sadəcə mədəni, sivil quldurluq, pislik durur.

 Pulun pula satılması absurd bir şeydir. Normalda ancaq mal, xidmət pula satıla bilər. Hal-hazırda maliyyə böhranı bürüyən dünyanın təcrübəsi də onu göstərir ki, banklar kütləvi surətdə insanların, ələlxsus kasıb təbəqənin evini yıxır, dolayısı ilə milyonlarla ailəni müflis, bədbəxt edir. Bu baxımdan dində faizə pul almağın, verməyin günah sayılması heç də təsadüfdən deyil.
 Əlbəttə, böyük bir qism adam nəfsə uyaraq yanlış olaraq hesab edir ki, pul olmayanda və borc verən də az olanda ən yaxşı və düzgün yol elə heç kimin minnətini götürməyərək bankdan pul götürməkdir. Bu səhv fikrin formalaşmasında bankların həvəsləndirici və şirnikləndirici təkliflərinin, təbliğlərinin böyük rolu var. Necə deyərlər, çətini quyuya, tələyə salıncadır. Sonra onlar sənə yox, sən onlara yalvaracaqsan.
 Pul götürəndən sonra ilk vaxtlar bir çoxlarına bu proses əldəntutma kimi görsənsə də, çox zaman bu sevincin, şərti xöşbəxtliyin ömrü çox çəkmir. Bir müddətdən sonra, artıq aybaay konkret məbləğlər ödəmək vaxtı çatanda kreditin fəsadları öz sözünü deyir; adətən həmin adamın maddi və psixoloji durumu pul götürməzdən qabaqkı dövrə baxanda daha pis olur.
 Sosial psixoloqların tədqiqatların nəticələri göstərir ki, bankdan pul götürənlərin əksəriyyətinin fikir çəkməkdən, həyəcan keçirməkdən, stress keçirməkdən yuxu sistemi pozulur- bu da həzm sisteminə, ümumiyyətlə orqanizmə mənfi təsir göstərir. Sağlamlığı isə bildiyimiz kimi miqdarından asılı olmayaraq pul ilə əvəzləmək və ya bərpa etmək olmaz, çünki o qiymətsizdir.
 Bir çox hallarda bankların cəmiyyətdə müsbət imici böyük pullar hesabına başa gələn davamlı, beyinləri yeyən, insanları yoldan çıxaran reklam hesabına əldə edilir. Normalda hansısa əşyanı əldə etmək üçün və ya yaranan hansısa problemi həll etmək üçün vacib deyil ki, o dəqiqə banka və ya sələmçiyə müraciət edəsən. Birdəfəlik başa düşmək lazımdır ki, bank batana əl uzadıb əl tutan deyil, onu bataqlıqdan çıxaran deyil, bank xeyriyyə təşkilatı da deyil. Əksinə bank boğulanın xirtdəyəcən borc içində üzməsindən öz xeyri üçün istifadə edib daha da çox gəlir əldə etmək istəyir. Bu ona oxşayır ki, siz çətin vəziyyətdə amansız caniyə kömək üçün müraciət edirsiz.
 Ümumiyyətlə, insan çalışmalıdır ki, ayağını yorğanına görə uzatsın, gəlirinə, xərcinə dəqiq nəzarət etsin, öz vəsaiti imkan verdiyi işə girişsin, nəfsini imkan dərəcəsində cilovlasın. Ən düzgün yol isə qənaət edib özünə kapital yığsın. Əgər insanın hansısa əşyaya həqiqətən ehtiyacı varsa, yaxşı olar ki o əşyanı qənaət hesabına yığdığı pulla alsın. Ən ideal variantı isə odur ki, ona dövlət yardımçı olsun.
 Normal vətəndaşın bankdan pul götürməkdən və ya cinayətə əl atmaqdan başqa yolunun olmaması dərəcəsinə çatdırılması birbaşa elə bankların məxsus olduğu beynəlxalq kapitalist şəbəkəsinin günahıdır. Dövlət normal vətəndaşın çətin duruma düşməsinə imkan verməməlidir, onun qanuni yolla və ləyaqətinin alçalmaması şərtilə pul qazana bilməsi üçün hər bir şərait yaratmalıdır. Çünki qanunla bu onun borcudur. Sovet vaxtı belə idi. İqtisadiyyat nə qədər kapital qoyuluşu tələb etsə də, bunu təbii yolla etmək lazımdır. Banklardan pul götürüb ondan investisiya kimi istifadə etmək narkotikdən istifadəyə oxşayır. Çünki o pis asılılıq yaradaır. Bundan başqa, bankdan pul götürüb bir müddət rahat nəfəs alan istər-istəməz rahatlaşır, işə bir qədər laqeyd yanaşır, ziyanlı olaraq arxayınlaşır (bu tədqiqatların nəticəsidir).
 Təsadüfi deyil ki, hal-hazırda Azərbaycanda az qala hər bir ailə, hətta onun hər bir üzvü hansısa banka, bir çox hallarda isə eyni zamanda bir neçə banka borcludur (ya kreditə götürülmüş hansısa məişət əşyasına, elektrik avadanlığına, avtomobilə, mənzilə və ya pula görə). Bir çoxları isə bir bankdan qurtulmaq üçün başqa bir banka üz tutur, ondan pul götürüb əvvəlkini, ona dirənəni ödəyir. Belə davam etdikcə ümumi borc da öz növbəsində tez bir zamanda şişir və axırda bədbəxt müştəri əmlakını, maşınını, qızılını, var-yoxunu satır, intihar edir, infarkt keçirir, ”çarpalıyıq“ olur.
 Məlumdur ki, əhali borcun-xərcin içindədir, kredit ödəmək iqtidarında deyil. Bu cür sələmçi təşkilatları respublika ərazisinə buraxmağın nə mənası var? Bilirsinizmi sələmçi Amerikan bank təşkilatları ölkəmizə niyə doluşublar? Çünki Amerikada bircə anda bankrota düşüb müflis olmaq olar, bircə anda acından ölən milyonlarla amerikalıdan biri olarsan, Azərbaycanda isə sistem elə qurulub ki, Azərbaycan xalqı acından qırılar, amma amerikalı bircə qəpiyini də itirməz, əksinə, günü-gündən çiçəklənər. Azərbaycan amerikalılar üçün cənnətə çevrilib. Məhz bu səbəbə ABŞ rəsmi sənədlərində Azərbaycan “müştəri ölkə” adlandırılır. Bu faciənin sonu da görünmür, get-gedə əhalinin maddi vəziyyəti daha da pisləşir. Əhalinin güzaranının yaxşılaşması üçün sələmçilərə qarşı tədbirlər görülməlidir. Maraqlıdır ki, bu təşkilatlar pulu bizdə başqa ölkələrə nisbətən həddən artıq yüksək faizlə verirlər, bəzilərinin faizi isə 35-40 faizə gedib çıxır. Bir özünüz deyin, belə soyğunçuluq olarmı? Yəqin elə fikirləşirlər ki, xalq heroin alveri ilə məşğuldur, yüzə yüz qazanıb yarısını da bunlara verəcək. İştahaları pis deyil, götürdüyünüz 3 min manatın müqabilində bu yoldaşlara 4 min manat pul ödəməlisiniz! Dünyanın heç bir ölkəsində bu qədər yüksək bank faizi yoxdur.
 Bu böyük bir plandır, sələm genosidi əsrlərlə davam edir. İmkansız ailələr bu pulu götürüb süni surətdə yaradılmış saysız-hesabsız qayğılarının həllinə yönəldirlər. Bununla da müvəkkil banklardan borclu olurlar. Bir il müddətində o krediti qaytarmaq üçün nələrə düçar olmurlar? Nəinki mal-qara alıb artıra bilmirlər, üstəlik öz təsərrüfatlarında olanları da satıb pulu və faizləri zorla bağlayırlar. Vətəndaşları infarkt həddinə çatdıran bu kreditlərdən necə yararlanmaq olar?
 Respublika ziyalılarının əksər hissəsini məhkəmələrə çəkiblər, məhkəmələr onlara qarşı sərt qərarlar qəbul edib. Bir çox rayonlarımızda müəllimlərin 70 faizinin işi məhkəmədir və büdcədən maaş alanlarının 90 faizi 2-3 banka sələm ödəyir. Gəlin görək bu pulu götürənlər quldur və yaxud oğrudurlarmı? Xeyr, əsl cinayətkarlar məhz həmin bankirlərin özləridir. Bilə-bilə ki ölkədə pul yoxdur və bütün sənaye, məişət sahələri məhv edilib, əhaliyə pul paylayırlar, evindən qiymətli əşyalarını satdırıb, əmlakını ələ keçirirlər. Bu oyunlar 80 ilə yaxındır Türkiyə xalqının başına gətirilib, Sovet dağılandan, rusların təhlükəsizlik çətiri başımız üzərindən götürüləndən sonra indi də bizi öz cənglərinə keçiriblər. Sələmçi təşkilatlar xalqı müstəqil olmağına peşman ediblər. Azərbaycan xalqı bankirlərə qarşı tədbir görülməsini, maddi və mənəvi genosidin dayandırılmasını tələb edir.
 Müstəqillik yaranandan sonra Azərbaycana çoxlu sayda xarici bankirlər soxulublar və əhaliyə yüksək faizli sələm pulu paylayaraq soyğunçuluqla məşğul olurlar. Müxtəlif proqramlar çərçivəsində verilən kredit xəttlərindən istifadə etməklə yerli şəxslərə (məlum olduğu kimi, “Sion müdriklərini protokolları”nda həmin yerli şəxslər “qoy” adlandırılır) sahibkarlıq və istehlak kreditləri təqdim edir. Azərbaycan xalqını açıq-aşkar dilənçi vəziyyətinə salıb qul kimi işlədirlər. Əhalinin büdcədən maaş alan əksər hissəsi sələmçi bankirlər tərəfindən istismar olunur. Bu bankların ucbatından əksər ailələr aclıq və səfalət vəziyyətində yaşayırlar.
 Müstəqil olandan sonra məlum olub ki, bunlar investisiya deyəndə kredit pul paylamağı nəzərdə tuturmuşlar. Azərbaycan xalqı çıxılmaz vəziyyətə düşüb. İndi ingilislər Hindistanı qul vəziyyətinə saldıqları kimi, tədricən bizi də qul vəziyyətinə salıblar. Naməlum coğrafiyalardan ölkəmizə təşrif buyurmuş çağırılmamış qonaqlar banklar yaradır, xalqa sələminə pul paylayaraq qanımızı içməklə məşğul olurlar. Elə bir ailə yoxdur ki, banka sələm ödəməsin. Elə ailə var ki, 5 banka faiz ödəyir. Xarici maliyyəçilər tərəfindən koloniyaya çevrilməyimiz üzə çıxıb.
 Beynəlxalq sərmayə Azərbaycana hakim olur və milləti aldatmaq yolunda ən böyük nailiyyətə çatır. Beynəlxalq sərmayənin təzyiqi milli iqtisadiyyatın yox edilməsinə indekslənmişdir. Rayonlarda gəlin görək kənd təsərrüfatının dirçəldilməsi üçün bu banklar nə iş görüblər? Əksinə təsərrüfat sahələrinin məhv edilməsi üçün hərtərəfli işlər aparılıb. Camaat kartof əkirdi, onu Rusiyaya göndərib bir cür bir təhər dolanırdı. Kartof əkinçiliyini də məhz bu bankların daxil olduğu beynəlxalq şəbəkə məhv etdi. İndi bankdan sələm götürüb kartof əkən yüzlərlə əkinçinin yaxası bank quldurlarının əlində qalacaq, əmlakı, olan-qalanı da əlindən alınıb bankirlərə veriləcək. Bütün Azərbaycan xalqı planlı şəkildə məhv edilir. Elə bir ev yoxdur ki, dükana-bazara borcu olmasın. Ən aşağı borcu olan 500 dollardır. Bu faciənin sonu da görünmür, get-gedə əhalinin maddi vəziyyəti daha da pisləşir.

Комментариев нет:

Отправить комментарий