Страницы

26.10.2012

Belarusiyanın prezidenti ingilislərə "siz qorxaqsınız" dedi


"Siz hansı yerə gedirsiz, oranı viran qoyursunuz! Budurmu demokratiya?"

Belarusiyanın prezidenti Aleksandr Lukaşenko heç bir ağır suallardan qaçmayaraq daima jurnalistlərin çətin suallarına cavab verib. Bu dəfə Lukaşenko Britaniyanın nüfuzlu jurnalistləri ilə görüş keçirib. Onların çətin sualları qarşısında maraqlı cavabları və onlara ünvanlanan maraqlı sualları ilə yadda qalıb.
Jurnalistin demokratiya sözü anlamına prezident "mən demokratiya deyəndə düzlük və ədalətin bərqərar olmasını anlayıram. Yəqin siz demokratiya deyəndə bunu nəzərdə tutursunuz. İndi mən sizə sual verirəm. Niyə siz  demokratiyanın beşiyi adlandırıldığınız halda İraqı bombardman etdiniz? Niyə? Siz orada minlərlə günahsız insanın qanın axıtdınız. Körpələri qırdınız. Onların günahı nə idi? İraqın sizin yanınızda nə günahı var idi? Siz hansı demokratiyanı oraya gətirdiniz?

Səddamı ələ keçirmək üçün milyonlarla günahsız insanı qurban verdiniz! Əgər demokratiya adlanan Britaniya belə bir səhvlərlə dolu yırtıq buraxırsa, bu hansı demokratiyadır? Siz necə imperialistsinizsə, elə elə də qalmısınız. Sizə əvvəllər varvar deyirdilər, elə indi də eləsiniz. Siz həm də qorxaqsınız! Çünki bilirdiniz ki, Qəddafi və Səddamın sizlərə əli çatmayacaq və sizlər qədər silaha malik deyil. Buna görə də havadan enərək insanları qırıb-biçirdiniz! Siz nə qoydunuz Liviyada? Baxın sizdən sonra nələr baş verir! Liviya, Əfqanıstan, İraq hansını deyim? Siz hansı yerə gedirsiz, oranı viran qoyursunuz! Budurmu demokratiya?”

Комментариев нет:

Отправить комментарий