Страницы

27.10.2012

Ermənistan Müdafiə Nazirliyi "İstiqlal"a ilişdi

İşğalçı Ermənistan dövləti Azərbaycanla bağlı növbəti qarayaxma kampaniyasına başlayıb. Ermənistanın Müdafiə Nazirliyi ölkəmizin istehsal etdiyi "İstiqlal" snayperinin Cənubi Afrika Respublikasının (CAR) istehsalı olduğunu iddia edərək bu məzmundə video-rolik hazırlayacağını açıqlayıb. Bu barədə ictimaiyyətə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanissyan məlumat verib. Onun sözlərinə görə, guya Azərbaycanın ordu rəsmiləri "İstiqlal" snayperinin istehsalını CAR-dan oğurlayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanissyan Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayperi barəsində danışarkən həmçinin bildirib ki, bu silahlar lisenziyası olmayan snayperlər hesab olunur. Bu səbəbdən rəsmi Bakı rahat şəkildə CAR-dan sanyperin istehsal mexanizmini götürüb.

Məlumat üçün bildirək ki, "İstiqlal" (İST-14,5 Anti-Material Rifle) - Azərbaycan istehsalı olub, əllə doldurulan və uzununa çəkilən çaxmaqlı sxeməsasında hazırlanmış irikalibrli snayper tüfəngdir. Uzaq məsafədən hədəfi dəqiqliklə vurma qabiliyyətinə malikdir. Bu silahın əsas təyinatı rəqibi texniki və material vasitələrinin orta və uzaq məsafədən vurulmasıdır. 2008-ci ilin noyabr ayında Pakistanın Karaçi şəhərində keçirilən "İDEAS-2008" hərbi sərgisində nümayiş etdirilən "İstiqlal" sərgiyə qatılan bəzi dövlətlərin, o cümlədən Pakistan Silahlı Qüvvələrinin nümayəndələrinin marağına səbəb olub. Snayper Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) İstanbulda keçirilən IX Beynəlxalq Müdafiə Sərgisində (İDEF) nümayiş etdirilib. Məlumatlara görə, Azərbaycanın stendində diqqəti daha çox İST-14,5 Anti-Material Rifle (İstiqlal) adlı snayper tüfəngi çəkib.

Комментариев нет:

Отправить комментарий