Страницы

26.10.2012

İsrailin maraqlarına uyğun, Azərbaycana kürd köçü!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanın müxtəlif bölgələrinə kütləvi şəkildə kürd ailələrinin köçürülməsi prosesi davam edir.
“Hüriyyət” qəzetinin son sayında yayılmış məlumatında bidirilir ki, kürd ailələri Bakının Buzovna qəsəbəsinə köçürülür.
Məlumatda deyilir: Onlar qəsəbənin ən baxımlı ərazilərində yerləşdiriliri və təsərrüfatla təmin edilirlər. Məskunlaşdığı ərazilərdə yerli əhali ilə təmaslardan qaçan, həddindən artıq davakar olan yeni ailələr əvvəllər Iraqda yaşayıblar. Köçürülən kürd ailələri yerli əhali ilə yalnız dava və intiriqalar zamanı üz-üzə gəlirlər. Vətəndaşların sözlərinə görə, qaraqabaq, sərt, kobudluq və ləhcələri ilə seçilən bu adamların heç bir qayda və qanuna məhəl qoymaması yerli əhalinin narazılığına səbəb olur.

Azadlıq.az saytının yazdığına görə isə daha 120 kürd ailəsi Lerik rayonuna, 70 kürd ailəsi ilə Qubanın Alpan kəndinə köçürülüb. Bu ailələrin haradan gəldiyi bəlli deyil. Onların PKK ilə ilişgilərinin olub-olmadığı da bilinmir. Bəlli olan odur ki, Lerikə və Qubaya köçürülən kürd ailələri ən yüksək səviyyədə himayə olunurlar. Onlara da Buzovnaya köçürülən kürd ailələri kimi ən yaxşı ərazilər ayrılır və bu ailələr təsərrüfatla təmin olunurlar.
Qeyd edək ki, işğalçı israil rejiminin keçmiş baş naziri İsaq Rabinin xarici siyasət üzrə müşavirlərindən biri, istefada olan kəşfiyyat zabiti Jak Neria tərəfindən qələmə alınmış “Jerusalem Center for Public Affairs” tərəfindən hazırlanan hesabatda qeyd olunur: “Yaxın Şərqə səpələnmiş kürdlərin ən az bir dövlət qurmağa haqqları vardır və qurulacaq dövlət İsrailin maraqlarına cavab verir”.
Nerian hesabatında deyir: “Yaxın Şərqdə baş verən olaylar kürdlərin İraqdan sonra indi də Suriyada dövlət qurma cəhdlərini sürətləndirir”.
İstefada olan keçmiş kəşfiyyat zabiti Yaxın Şərqdəki 35 milyon kürdün ən az bir dövlət qurmaq haqqının tanınmalı olduğunu bildirib.
Xəbərlə əlaqədar bu linki oxuyun: ABŞ Ermənistan və Azərbaycanın bir hissəsin Böyük Kürdüstana verəcək

Комментариев нет:

Отправить комментарий