Страницы

31.10.2012

Məşq edək

Türkan Zamanova

Bütün həyatlarını sevdim
pisini də, yaxşısını da.
Hər həyatından da
boylandın, baxdın
istədiyim kimi.
Hər baxşında da özümü gördüm
gözlərini sevdim…
Səbirsiz, tələskən
qısametrajlı filmə
bənzətdin ömrümüzü.
Tez başladı, tez də bitdi
əsəbiliyini sevdim…
Bir ömür məşq etdik
gözləməyi.
Kimi, nəyi fərqinə varmadan.

Sən məni, mən də səni gözlədim
gözləməyi sevdim…
Bilirəm demə, lazım deyil,
qocalmışıq artıq
Amma…
Ölmə.
İndi yazdır,
çiçəkləri əzərik.
Nolar gözlə….
Gəl ölməyi məşq edək.
Payızda ölərik
yarpaqlarla birgə
 xəzəlləşərik...

Комментариев нет:

Отправить комментарий