Страницы

02.10.2012

Sevdiyim qıza bənzəyir şeirlərim

Xosrov Barışan

Röya kimi.
Bir şəhərdir şeirlərim;
Təbrizim kimi.
Bir qatardır şeirlərim;
Dəmir yolu
Şəhərin
Qapısına dək.
Bağırırlar
Öpüşərkən sözcüklər
Misra evli yığvalarda.
Çağırırlar...
Bağırırlar...
Bir yasaq
Qarğaşa doğulur
Sözcüklərdə
Yaşama.

Bir odlu sevda
Boy atır sözcüklərdə;
Yaş, ama!
Bir mahnı yol yaşayır
Sözcüklərdə:
Aşama.

Mən isə;
Bir sadə adam.
Bir sadə məcnun.
Bir sadə yolçu.

Комментариев нет:

Отправить комментарий