Страницы

29.10.2012

SƏNİN ÜÇÜN

Şəbnəm Karslı

Sənin üçün yaşamağa dəyər!
Sabahım açılacaq,
bəzənib düzənəcəm,
özümə sığal verəcəm,
sonra ən gözəl paltarımı geyinəcəm,
saçlarımı çiyinlərimə tökəcəm,
sənin üçün...

Yanımda olduğun an
sənə xoş söhbətlər edəcəm,
sənin sevdiklərinlə mehriban,
sevmədiklərinlə pis rəftar edəcəm,
Sənin üçün...


Bax indi də
bu şeiri sənin üçün yazdım.
Bilirəm oxuyarkən,
bu qız bu şeiri kimə yazdı görən,
deyə soracaqsan özün özündən,
Sənin üçün yazdım,
ay axmaq,
sənin üçün...

Комментариев нет:

Отправить комментарий