Страницы

01.10.2012

SSRİ zamanı gənclər üçün müxtəlif dərnəklər var idi

Tural Balabəyli

Satanizm – şeytana ibadət Avropa ölkələrində geniş yayılmış inanclardan biridir. Doğrudur, Avropada satanizmlə məşğul olanların əməlində cinayət tərkibi yoxdursa, cinayət məsuliyyəti də daşımırlar. Onlar hər hansı qara libaslı varlığa, bəlkə də şeytana xidmət edirlər. Pişiyə nifrət edir, insanlarla az əlaqə qurur, vaxtının çox hissəsini qaranlıqda keçirirlər. Əslində pisliyin və ya yaxşılığın tərəfdarı deyillər. Eqoist olur, həyatdan hər şey almağa cəhd edir, özlərini hər şeyin yaradıcısı hesab edirlər. İnam onlar üçün ikinci plandadır. Satanistlər yalnız bir şey haqqında fikirləşirlər-ölümdən sonra həyat var və bu həyat yalnız onlara mənsubdur. Bu inancı qəbul edənlərin arasında yeniyetmə qızlar üstünlük təşkil edir.

Kapitalizm dövründə artıq qonşu ölkələrdə və Azərbaycanda da satanistlərin təbliğatına qoşulanların sayı artır.
Azərbaycanda satanizmin yayılması səbəbləri və yayılma genişliyi haqqında ekspertlər öz rəylərini bildirmişlər. Psixiatr Elmir Əkbər: “Bilirsinizmi,əvvəllər-keçmiş SSRİ zamanı gənclər, yeniyetmələr üçün müxtəlif dərnəklər və s. var idi. Hal-hazırda bu sahədə müəyyən boşluğun olması , bəzi qara niyyətli qüvvələrin işini asanlaşdırır. Xaricdən maliyyələşən belə qüvvələr , müxtəlif bəzəkli adlar altında, əslində mahiyyətcə çox təhlükəli cəmiyyətlər yaradır və NLP, Erikson gipnozu və s. psixoloji təsir üsullarıyla gəncləri buraya cəlb edib, tələyə salırlar. Bütün bu hallar olmasın deyə biz gərək yeniyetmələrlə həmişə maraqlanaq, onların bu və ya başqa hərəkəti nə səbəbdən etdiklərini öyrənməliyik. Onların qəlblərinin qapısını döyməyi bacarmalıyıq. Xülasə, onlara biganə olmamalıyıq, əksinə dost münasibətləri qurmalıyıq.
Bu arada mahiyyətcə elə də təhlükəli olmayan EMO qurumlarını, çox dəhşətli təhlükə gizlədən satanist sektalarından fərqləndirməliyik. Satanizm, özündə bütün mümkün neqativ təzahürləri cəmləyən, ancaq dağıdıcılığa xidmət edən sektaların cəmidir. Satanizm bəzən ateizm donuna bürünsə də , əslində satanistlər iblisə xidmət etmək üçün, öz aləmlərində ALLAH-ın əleyhinə getmək məqsədiylə onun ali varlığını inkar etməyə və insanları bu fikirlərə inandırmağa çalışırlar. Bəzənsə zahirən gəncləri təəccübləndirəcək, maraqlı sektalar (əslində özlərini heç vaxt sekta adlandırmırlar) təşkil edirlər. Burada qəribə geyimlər geyinirlər, nizamı olmayan musiqilərə qulaq asırlar. Yeri gəlmışkən, elə bu musiqilərin özündə, insan psixikası üçün çox təhlükəli olan Psixotron silahlar gizlədilib. İnsan ruhunu normal halından çıxaran xüsusi infrasəslər bu musiqilərlə eyni zamanda verilir. Belə musiqini dinləyən şəxs, infrasəsləri eşitmir, amma bu Psixotron silah öz işini görür və gənc tədricən inkarçı-nihilist, dağıdıcı bir Zombiyə çevrilir. Belə infrasəsləri klassik musiqilərə tədbiq etmək olmur. Çünki klassik musiqidə bir musiqi harmoniyası var ki, bu harmoniya notların arasında infrasəs yerləşdirməyə imkan vermir (ən azından bu halda onu heç kim dinləmək istəməz). Bununçün də qarışıq, xaotik, kakafonik musiqilər bu işə yarayır. Satanist meyilli sektalar cəmiyyəti azdırmaq məqsədiylə narkotiklər və spirtli içkilər bərabər müxtəlif əxlaqsız əməlləri təbliğ edirlər. Bu tipli fəaliyyətlə məşğul olan satanizm meyilli sektalar, bəzi qeyri-qanuni, xarici cəmiyyətlər tərəfindən maliyyələşərək, həm xalq,həm milliyyətçilik, həm dövlətçilik, eyni zamanda da ümumiyyətlə bəşəriyyət üçün təhlükə törədirlər”.
Dini ekespert Mail Yaqub: “Satanistlər səmavi dinləri –İslam (Quran), Xristian (İncil), İudaizmi (Tövrat) hər zaman lənətləyir. Satanistlər ən çox varlı ölkələrdə və Avropa ölkələrində geniş yayılıb. Sinqapurda satanist sektorları geniş yayılıb. Onlar məqsədi şəkildə insanları yoldan çıxardaraq özlərinə tabe edirlər. Azərbaycanda satanist sektorları var, amma elədə Avropa ölkələrindəki kimi geniş deyil”.

Комментариев нет:

Отправить комментарий