Страницы

21.10.2012

ÜÇ RƏNGƏ BÜRÜNMƏK

Vasif Əlihüseyn

Bayraqlar
ən yaxın şahiddi
Şəhid anasının
göz yaşlarına.

Elə öpülən də onlardı,
Elə islanan da
göz yaşlarından.

Dilim lal olub,
   bir kəlmə söz yox,
   təsəlli verməyə
şəhid
anasının hönkürtülərinə.
Mən, şəhid olmaq istəyirəm,

Bayrağını ver,
üç rəngə bürünüm
məmləkətim!

Gəl

Sənsiz,
doğum günümü
qeyd edirəm.
Ömrün bərəkəti
qaçıb qaragözlüm!
dəyəri yoxdu günlərin.


Məni ayrılıqlara
özün satdın.
Yoxsa, mən
belə qolu bağlı
qalmamışdım.

Gəl, ayrılığın
əlinə bir şey ver
başını qatsın.
mən atamdan
siqaret çəkməyi
öyrənə bilmədim
heç vaxt.

ŞƏHƏR
 
Şəhər çox dəyişib,
səndən sonra.
Uca binalar ucalıb
tıxaclı yollar çoxalıb.
“Ağ şəhər” layihəsi yaradıblar,
Şəhərin üzünü ağ edəcəklər.

Mən də dəyişmişəm,
əvəllkindən də arığam.
Ürəyim qocalıb,
gicgahıma dən düşüb
Heyf! məni də evləndirəcəklər.

Bu gün yenə də,
canımı qoymağa yer tapmıram.
S. Vurğun bağına getdim,
bir az heykəlinə tamaşa etdim.
Sonra, oturub bir az düşünmək istədim,
mümkün olmadı.
Fahişə qadınlar dümsüklədi böyürümü,
Qaçdım....

Комментариев нет:

Отправить комментарий