“Yazı” ədəbiyyat dərgisinin növbəti sayı işıq üzü görüb. Dərgi baş redaktorun qeydləri ilə açılır. Anım başlığıyla istiqlal şairi Əhməd Cavadın 120 illiyi münasibətiylə “Çırpınırdı qaradəniz” şeiri verilib. Nəsr bölməsində Rəhim Əliyevin “Qoşulub qaçmayan qız” romanının sonu, Aslan Quliyevin “Qızılquş və mən”, Eyvaz Zeynalovun “Bələdçi” romanlarının əvvəli, Alpay Azər və Sahilə İbrahimovanın hekayələri çap olunub. Poeziya başlığında oxucular Bəxtiyar Hidayət, Zamin Hacı, Esmira Məhiqızı, Qədiməli Əhməd, Afaq Şıxlı və Bərxudar Səlimoğlunun şeirlərini oxuya biləcəklər. Bu sayda “Yazı”nın yaradıcı qrupunun üzvü olan iki yazıçının yubileyləri geniş qeyd olunub – Aydın Tağıyevin 60, Aslan Quliyevin 55 yaşı. Bu münasibətlə yazıçılar haqda geniş materialları bu nömrədə oxumaq olar. “Sözümüzün yiyələri” adı altında ustad yazıçı Əkrəm Əylislinin “Tarçı” hekayəsi oxuculara təqdim olunur. Güneyli yazar Ruqəyya Kəbirinin şeirləri və “Adres” hekayəsi “Güney sovqatı” başlığıyla verilib. “Yeni səslər”də Feyziyyə, Sərdar Tağıyev, Dilqəm Əhməd, Babək Ağayev, Şəhriyar Del-gerani, Nicat Yusifov, Əyyub, Türkan Zamanova, Xatirə Nurgül, Həmid Piriyevin şeirləri ilə tanış olmaq olar.
Dərginin tənqid və araşdırma bölümündə Tehran Əlişanoğlunun “Sos: ədəbiyyatımız sinfi parçalanma ərəfəsində”, Rəhim Əliyevin “Seymur Baycanın “Quqark” romanı haqqında məqalələri, habelə “Semiotika laboratoriyası”nda Niyazi Mehdinin “Estetik esselər silsiləsindən” yazısı dərc edilib. Nəriman Əbdürrəhmanlının Yasunari Kavabetadan, Araz Gündüzün Boris Akunindən etdikləri çevirmələrin də oxucularımızın marağına səbəb olacağını düşünürük. Ənənəvi “Qara sevda” rubrikası həyatdan vaxtsız köçmüş istedadlı qələm sahibləri Hüseyn Əfəndiyə və bu yaxınlarda dünyasını dəyişən gənc ədib Zərdüşt Şəfizadəyə həsr edilib. Bu rubrikada oxucular hər gün Bakı küçələrində rastlaşdıqları bir səfil qələm əhli ilə də rastlaşacaqlar. “Ustad sözü”ndə Rövşən Qənbərovun Con Steynbek haqqında yazısı, tanınmış fars şairi Söhrab Sipehrinin şeirləri (Güntay Gəncalpın çevirməsində) yer alıb. “Palirta” bölümü modernist rus rəssamı Viktor Breqedanın yaradıcılığına həsr olunub. Dərginin yeni sayında ədəbiyyat xəbərləri və digər yazılarla da tanış olmaq olar.
“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.

Комментариев нет:
Отправить комментарий