Страницы

26.11.2012

Bəşər tarixini Azəri türk bəgləri yazmışlar

220px-Афина_Андокида (220x312, 30Kb)Firudin Gilar Bəg

Bu gün məlum olur ki, bütün Avropa şahları və masonlar öz aralarında sufilərin “Quş dili” adlandırdığı dildə danışırmışlar və “Don, Kixot”, “İlahi komediya” və s. kimi məşhur əsərlər “Quş dili”ndə yazılmışdır. Yalnız seçilmişlərin anladığı bu dil sufi müqəddəslərinin gizli Batin elmidir və bu elmdə bizim qəbul etdiyimiz dilçilik qanunları işləmir. Bu ilkin materiyanın qanunları bazasında yaranmış elmdir və yalnız “xəbərdarlar” bunu bilmişlər. Bu məqalədə biz bu gizli elmin qanunlarının açmasını verəcəyik.

Elmi-texniki tərəqqi və elmi araşdırmalarla məşğul olan tədqiqatçıların çoxalması, indiyə qədər tədqiq olunmamış mənbələrin də araşdırılmasına gətirib çıxarmışdır. Lakin son dövrlərin bu tədqiqatları qəbul edilmiş konsepsiyanın səhv olması nəticəsini də ortaya qoymuşdur. Belə ki, təkcə rus akademiki A. T. Fomekonun gətirdiyi yüzlərlə sitatlara görə qəbul olunmuş tarix başdan ayağa səhvdir.
Akademikin qeyd etdiyi mənbələrdə, misal üçün tarixi şəxsiyyət kimi qəbul edilmiş Batı xanın, knyaz Yaroslav ilə, İvan Kalita ilə eyniliyi, Çingiz xanın yenilməz Georgi ilə, onun isə Xızır peyğəmbərlə oxşarlığı göz qabağındadır. Azərbaycanla bağlı mənbələrə gəldikdə, burada Şah İsmail Xətainin, Babəkin və s. qəhrəmanların axirətdə gəlməli olan Mehdi obrazında göstərilməsi, bu obrazların gələcəklə bağlı olması mənasındadır. Digər tərəfdən, mənbələrdə Moskva şəhərinin Yerusəlimlə, onun isə İstanbulla, Məkkə şəhəri ilə eyniliyi, Xəzər dənizinin okeanın yanında qeyd olunması, midiyalıların, ermənilərin, almanların Afrikada yaşamaları, ağlasığmaz mistik hadisələrin, mifik obrazların şücaətləri və s. bu kimi minlərlə bənzər faktlardan çıxan nəticə odur ki, mənbələrdə yazılanlar həqiqətən də düzgün qəbul edilməmişdir.
Qədim mənbələri araşdıran A. Oppenxeym “Qədim Mesopotamiya” kitabımda qeyd edir ki, “məktubdakı bütün ifadələr demək olar ki, emosiyalarla doludur: onlar bəzən elə mövzuya toxunurlar ki, bizim üçün qaranlıqdır, oradakı işarələr isə yalnız öz ünvanı üçün aydındır... Onların terminləri arasında həddən ziyadə sirli xüsusi deyimlər mövcuddur” (А. Л. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, səh.27,28). Araşdırıcı V. Vişnyov “Makedoniyalı İskəndər Şərq poeziyasında” məqaləsində, antik ədəbiyyatın bilicisi Karleylyudan sitat gətirərək yazır ki, “Homerin “İliada”sında elə bir söz yoxdur ki, biz onu Homerin başa düşdüyü kimi başa düşək”. Şumer mətnlərini araşdıran tarixçi alim İ. M. Dyakonov isə belə nəticəyə gəlir ki, hər bir Şumer fəsli ayrılıqda müstəqildir və onlar Akkad eposunun əsasını təşkil edirlər. Lakin onlar mexaniki birləşmə ilə birləşməmişlər: axırıncının bütün fəsilləri “çox dərin düşünülmüş kompozision rabitədədir və bir müəllif tərəfindən düzülüb qoşulmuşdur” (В. К. Афанасьева, «Гильгамеш и Енкиду», М., 1979, səh.115). Qədim yazıların sanki bir müəllif tərəfindən yazılması nəticəsinə akademik A. T. Fomenko da gəlir. Lakin bu bir nəfərin min illər boyu yaşayıb yazması paradoksu alimi çıxılmaz vəziyyətdə qoymuşdur. Bu o deməkdir ki, qədim yazılar bizə məlum olmayan məntiqlə yazılmışdır.
Nəticə 1. Qəbul olunmuş tarix səhvdir və mətnlər düzgün başa düşülməmişdir. Mənbələr xüsusi məntiqlə yazılmışdır və sanki bir fərd tərəfindən düzülüb qoşulmuşdur.
Firdovsi «Şahnamə»sində yazır: «Mənim sözlərimdə tapılmaz yalan, nə əfsun, nə əfsanə yazdım inan. Ağılla oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər». Kitabında divlərdən, möcüzələrdən yazan Firdovsinin belə yazması onu göstərir ki, qədim həqiqətlər rəmzlərlə yazılmışdır və onları dərk etmək üçün rəmzləri açmaq lazımdır. Yəhudi fəlsəfəsinin banilərindən olan Aleksandriyalı Filon da xüsusi qeyd edirdi ki, Tövratı başa düşmək üçün alleqoriyalarda gizlənmiş gizli mənanı dərk etmək lazımdır.
Sufi müdriklərinə görə Quranın da dörd qat batini, yəni gizli mənası var ki, dördüncü qatını Allahdan başqa heç kəs görə və anlaya bilməmişdir. Əl Fərabiyə görə qədim sirləri dərk etmək üçün  ilk növbədə dil haqqındakı elmi başa düşmək lazımdır. Dildən sonra varlıqlara verilmiş  adların qanunlara, deyimlərin və danışıqların quruluşuna və s. fikir vermək lazımdır. Üçüncü isə məntiqdir ki, məntiqi fiqurlara görə, rəvayət edən cümlələrin düzülüşünü dərk etmək və ondan nəticə çıxarmağı öyrədir. Dördüncü elm poetikadır ki,  nitqlərin ardıcıllığını, keyfiyyətinə görə tanınmasını, yəni tənasübü, müəyyən zamanını və s. bilmək lazımdır. Məhz bu elmlərdən sonra Fərabiyə görə hesabat, yəni riyaziyyat elmi gəlir. Fərabi bildirir ki, bunları bilən müdrikliyin şərabını içəcək, həqiqətə məhəbbəti artacaq, məhz bu vasitələrlə, Allahın köməyi ilə gizlinləri dərk edəcək və sənə xeyir olanları qavrayacaqsan (Ал-Фараби, «Существо вопросов», böl.2). Deməli, qədim yazıların batini mənalarını dərk etmək üçün bu yazılara xüsusi məntiqlə yanaşmaq lazımdır.
Tarixçi M. Xorenatsiyə görə bütün müqəddəs yazılar yalnız seçilmiş adlanan yəhudilərə aiddir, adi insanlar isə nifrətə layiq olduqları üçün yazılarda qeyd olunmağa layiq deyillər (М. Хоренаци, кitab I, böl.5). XVI əsrdə yaşamış Varmiya yepiskopu, kardinal Qoziyə görə isə Tövratı ümumiyyətlə xalqa oxumağa vermək - müqəddəs şeyi itə vermək, mirvarini donuzun qabağına atmaq deməkdir (И. Агранцев, «Петр Великий – хан крестосцев?», M., 2005, səh. 357). Sufilər dahisi ibn Ərəbiyə görə də qədim mənbələr kamil insanlar üçün nəzərdə tutulmuşdur və yalnız bu seçilmişlər nəsli yazıların adi mənasının içindəki həqiqi mənanı dərk edə bilərlər. Adi insanlar isə, təbiət və şəhvət idarə edən, məntiqsiz olduqları üçün bunları dərk edə bilməzlər (Ибн Араби, «Геммы мудрости», böl.25). Eyni məntiq yəhudi, xristian və s. mənbələrində də xüsusi nəzərə çatdırılır. Konteney, Assur-Babil ədəbiyyatı haqqında yazır: “Həqiqətən də biz uyğun sahənin tam izahı ilə əlaqədar bir dənə də olsun nəsihət xarakterli inşa tapa bilmərik. Kahinlər çalışırdılar ki, xalqa elə inşalar çatdırsınlar ki, onların əsl mənalarının dərki üçün mütləq şərhçiyə ehtiyac olsun. Mətndə tez-tez bu ifadələr təkrarlanır: “Yalnız xəbərdarı sən bununla tanış edə bilərsən, xəbərdar olmayanlar bunları bilməməlidir!” (Е. Церен, «Библейские холмы», М., 1966, səh.26). Deməli, müqəddəs yazıların gizli mənaları da vardır ki, onlar adi insanlara yox, qədim sirlərdən xəbərdar olan seçilmişlərə aiddir və yalnız onlar bu yazıların gizli mənalarını dərk edə bilərlər.
Nəticə 2. Mənbələr rəmzlərlə yazılmışdır və onların adi insanlara qətiyyən aidiyyəti yoxdur. Bütün yazılar müqəddəslər hesab edilən seçilmişlər nəslinə aiddir.
Sufizmin araşdırıcısı Kuşayrinin yazdığına görə xəbərdarlar, şərhçilər -  seçilmişlər adlanan sufilərdir ki, onlar əsasən sözün kökünü təyin edir və müqayisə edirlər. Eyni fikri şərqşünas Uilyam Cons da təsdiqləyir. O yazır ki, bütün mistik təlimlər sonda vahiddir və onu, müqəddəs fars və hind poemalarında minlərlə metafor və poetik fiqurla izhar edirlər. Əslində isə bütün bunlar hamısı bir şeydir və dilin müxtəlifliyi, sözün kökü ilə bağlıdır (Ернст Карл, «Суфизм», сайт: http://www.universalinternetlibrary.ru/book/ernst/2.shtml). Qədim yazıların mənalarının sözün kökü ilə bağlı olmasını digər tədqiqatçılar da xüsusi qeyd edirlər. Onların yazdığına görə qədim Misir, finikiya, yəhudi, aramey və s. dilləri yalnız samitlər üzərində qurulmuşdur. Konsonant kök və yalnız o fikrin daşıyıcısı, ifadələrin mənalarının göstəricisidir. Saitlər isə mənanın hansı qrammatik formaya bürünməsini göstərən xidməti rol oynayır («Культура древнего Египта», М., 1976, səh.301). İ. D. Amusin “Rukopisi myortvoqo morya” kitabında qədim yazıların oxunuşunun çətinliyi ilə əlaqədar yazır: “İş ondadır ki, aramey, yəhudi yazıları digər semit yazıları kimi, qrafiki olaraq yalnız samit səslərlə göstərilir. Mürəkkəb sait səslər sistemi isə təsəvvür olunur” (И. Д. Амусин, «Рукописи мертвого моря», М., 1960, səh.130). Belə çıxır ki, qədim yazılardakı mənanı samitlər daşıyır, saitlər isə yalnız bağlayıcı rolunu oynayır.
Digər tərəfdən qədim dövrün araşdırıcıları, mütəxəssisləri bildirirlər ki, qədim Misir ədəbiyyatında diqqəti cəlb edən fənd qədim müəlliflərin, müxtəlif süjetli nağılların ümumi bir çərçivəyə salınması məharətidir ki, buna da dünya ədəbiyyatında ilk dəfə məhz Misirdə rast gəlinir. Sonralar bu, demək olar ki, bütün dünya xalqlarının yazılarında geniş istifadə olunmağa başladı. Qədim müəlliflər stilistik fəndlərə: təkrara, söz oyununa, eyni səs və ya eyni hecanın təkrarına, “üzvlərin paralelliyinə” də əl atırdılar («Культура древнего Египта», М., 1976, səh.317). Bu o deməkdir ki, qədim mənbələrdə, bir obrazda bir neçə qəhrəmanların gördüyü işlər birləşdirilir.
Eyni zamanda, tədqiqatçıların sözlərinə görə, qədim Misirdə “bütün görünən və görünməz, o cümlədən insan, köhnə şahlıqda maddi göstərilirdi. İnsanın mənəvi həyatı da, o dünyadakı varlıqlar kimi, cismani daxilin, əsasən də ürəyin fəaliyyəti kimi başa düşülürdü” («История древнего Востока», том II, М., 1988, səh.378). Bu isə o deməkdir ki, qədim yazılarda, Göydə - Allahlar elində baş verən hadisələr də fiziki aləmdəki kimi, yəni real hadisə kimi göstərilir. Belə olan halda, qədim yazılarda həmin hadisənin hansı dünyaya aid olması sualı ortaya çıxır. Bu yazıların hansı dünyaya aid olmasını bilmək üçün isə Fərabinin yazdığı kimi rəmzlərin mənasını, dilini, üslubunu və s. təyin etmək lazımdır.
Nəticə 3. Bütün qədim yazılarda məna samitlərdə “gizlənmişdir” və yalnız bu samitlərin nə məna ifadə etdiyini bilən, qədim yazıların əsl mənasını dərk edə bilər. Bu yazılarda müxtəlif süjetli nağıllar ümumi bir çərçivəyə salınmışdır ki, bunların izahı üçün şərhçiyə ehtiyac var.
Ölü dənizi ərazisindəki İerixonun ən qədim təbəqəsini araşdıran arxeoloqlar sübut etmişlər ki, ən qədim və ya qədim dövrün insanı, İbrahimə və Musaya qədər cavan ölmüşlər, çox nadir hallarda qocalırmışlar (Е. Церен, «Библейские холмы», М., 1966, səh.24). Lakin təxminən altı min il bundan əvvəl, hansısa naməlum səbəbdən cəmiyyət və elm sürətlə inkişaf etməyə başladı, quldarlıq cəmiyyəti yarandı, bütün dünyadakı inkişaf böyük sürət aldı. Məhz bu zamandan sonra ölməz Allahlar, bahadırlar, müdriklər və indiyə qədər açılmamış sirli obrazlar yanardı. Təsadüfi deyil ki, ilk düşünən insan da məhz bu dövrdə əmələ gəldi. Bütün miflər, nağıllar, rəvayətlər də bu zaman yaranmağa başladı. Bu isə o deməkdir ki, qeyd olunan ani dəyişiklik hansısa böyük bir hadisə ilə bağlıdır ki, bütün bu nağıl və rəvayətlər də bu hadisənin rəmzləridir.
Əflatun da özünün “Politik” (269с) əsərində bildirir ki, bütün qədim yazı və deyimlər bir hadisə ilə bağlıdır ki, zaman keçdikcə onlar yaddan çıxmışdır. Digər yerdə o Solonun sözlərinə istinadən bildirir ki, bizim elimiz qədimdə çox böyük və təəccübə layiq işlər görmüşdür və yalnız zamanın gedişi və insanların ölümü ilə bağlı bunlar yaddan çıxmışdır (Платон, «Тимей»,21е). B. A. Turayev də bu mənada yazır ki, Assurbanipal kitabxanasından tapılan mətnlərdə Romul, Kir, Musa və Sarqonun oxşarlığını sübut edən çox maraqlı faktlar var (Б. А. Тураев, «История древнего Востока», I cild, Л., 1935, səh.93).  Persey, Odissey, Zevs, Oziri və s. qəhrəmanların da eyni obrazda çıxış etmələri, Əflatunun bütün rəvayətləri bir hadisə ilə bağlamağının sübutuna işarədir. Belə çıxır ki, həqiqətən bütün yazılar hansısa bir mistik hadisə ilə bağlıdır.
Nəticə 4. Təxminən altı min il bundan əvvələ qədər insanlar heyvan kimi yaşamışlar və məhz hansısa bir sirli hadisədən sonra cəmiyyət və bütün dünyadakı inkişaf böyük sürət almışdır. Bütün qədim yazılar da bu böyük və mistik hadisəyə həsr olunmuşdur.
Bütün xalqların eyni hadisədən yazması o deməkdir ki, bu hadisə insanların dünyaya səpələnməsindən əvvəl baş vermişdir. Tövrat yazır ki, ilk əvvəl dünyada bir dil və bir ləhcə var idi. “Şərqdən gələnlər” özlərinə “ad qoymaq üçün” “başı göylərə çatan” Babil qülləsini tikdilər. Allah gəlib bu qülləyə baxdı və onların başqa bir qüllə tikmələrinin qarşısını almaq üçün dillərini dəyişib dünyaya səpələdi (Библия, Быт.11:1-8). Buradakı Şərq rəmzi ən qədim mənbələrdə əsasən Ərəbistana və Albaniyaya aid edilir. Lakin Ərəb (Ereb) rəmzi özü qədim yunan mifologiyasında xaos mənasındadır və göyləri bildirir. Eyni zamanda Şərq rəmzi də dahi azərbaycanlı Şihabəddin Yəhya Sühravərdinin “Şərq” fəlsəfəsində ruhlar mənbəyi, yəni mələklər dünyası mənasında işlədilir və göyləri bildirir (Ислам, «Рассветное познание восточного шейха», сайт: http://angel.org.ru/2/sohrpred.html). Qədim Misir mənbələrinə görə isə Şərq - Allahların vətəni və Günəş Allahının doğulduğu yerdir.
Digər tərəfdən, e. ə. VIII əsrə aid Assuriya yazılarında Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri») ölkəsinin adı çəkilir (И. Дьяконов, «История Мидии», М-Л., 1956, səh.219-221). Belə çıxır ki, “Şərqdən gələnlər” dedikdə Midiya ərazisində mövcud olmuş Albaniya göylərindən gələnlər nəzərdə tutulmalıdır. Məşhur araşdırıcı C. Frezer də bunu təsdiq edərək bildirir ki, Silvi şahlarının banisi öləndən sonra Allaha çevrilərək Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur (Дж. Фрезер, «Золотая ветвь», М., 1986, səh.147). Deməli, “Şərqdən gələnlər” adi insanlar yox, Allahla bağlı olan varlıqlardır.
Qədim Misir yazılarında Al-ban rəmzi “Benu Eli” mənasında işlədilir ki, buradakı Benu rəmzi Geliopolda yaşayan quş rəmzində olan Ba ruhu deməkdir. “Piramida mətn”lərinə görə, Qədim şahlıqda Ba – Allahların və fironların malik olduqları güc və qüdrət təcəssümüdür. Əlləri və başı insanınkı kimi təsvir olunan Ba quşu insan fiziki öləndən sonra da yaşayır və yaddaşını, ağlını özündə saxlayır. İslamda Vallah, yəni Va-Allahı adlanan bu quş mətnlərə görə Geliopolda, bütün tarixin əvvəlcədən yazıldığı kitabı (İslamda “Lövhi Məhfuz”) qoruyur. Quranda (17:13) da ruh quşa bənzədilərək bildirilir ki, “Biz hər bir insanın quşunu onun boynuna bərkitdik”. Belə çıxır ki, Albaniya dedikdə Allah mənasında olan quş rəmzli Ba ruhlarının yaşadığı ruhlar dünyası nəzərdə tutlmalıdır. Bütün bunlar onu göstərir ki, “Şərqdən gələn” dedikdə ruhlar dünyasından gələnlər başa düşülməlidir.
A. Oppenheym “Qədim Mesapotamiya” kitabında açıq yazır ki, Mesapotamiyanın məşhur şahlar nəslinin, yəni Kutilər sülaləsinin hakimiyyəti mifik dövrlərdən - “şah (çar) hakimiyyətinin Göydən yerə endiyi dövr”lərdən başlanır (А. Л. Оппенхейм, «Древняя Месопотамия», М., 1980, səh.146). Əl Kufinin “Kitab əl-fütuh” əsərində isə nəzərə çatdırılır ki, Göydən yerə enmişlər - Salman ibn Rəbiyə və İran əhalisindən onunla gələnlərdir («Azərbaycan tarixi üzrə qaynaqlar», B., 1989, səh.59). Belə çıxır ki, göydən gələnlər dedikdə, Kutilər nəsli olan Salman ibn Rəbiyə və onunla gələn İran əhalisi başa düşülməlidir ki, məhz onlar Babil qülləsini tikmişlər.
Nəticə 5. Bütün qədim yazıların həsr olunduğu yeganə hadisə, göydən gəlmiş Kutilər, yəni Allahlar nəslinin ucaltdığı Babil qülləsinin tikilməsi hadisəsidir.
Kuti rəmzi sufilikdə, yəni qədim dilçilikdə də Xuda, yəni Allah mənasında işlənmişdir. Kitabi-Dədə Qorqud abidəsindəki Qor-qud rəmzi Qor-Xuda mənasındadır ki, ingilis dilində Qad rəmzi Allah deməkdir. Allahlar nəsli dedikdə isə qədim mənbələrdə Allahın ilk əvvəl yaratdığı Göy insanları nəzərdə tutulur.
Tövrata görə Allah iki növ insan yaratmışdır ki, Filon Aleksandriyalı bu haqda yazır: «Təşkil olunmuş insanla (Tövrat, I kitab.2:7), Allahın obrazı ilə əvvəl yaranmış insan (Töv. I kit.1:27) arasında çox böyük fərq var. Çünki, hissiyatla bağlı yaradılan, yəni təşkil olunmuş insan, artıq keyfiyyətə aiddir və bədənlə ruhdan ibarətdir ki, kişi və qadın təbiətinə görə ölümlüdür. Obraza uyğun yaradılan isə – hansısa ilkin obrazdır və ya nəsil, və ya  möhürdür, ağıllı, bədənsizdir: nə kişi, nə də qadın təbiətinə görə məhv olmayandır: «Yer» (Töv. I kit.2:7) və «Göy» (Töv. I kit.1:27) insanı. Göy adamı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer adamı isə qanunsuz materiyadan yaranmışdır ki, onu Musa peyğəmbər «kül» adlandırmışdır. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer adamı isə usta vasitəsi ilə düzəldilmişdir» (А. Л. Хосроев, «Александрийское христианство», M. 1991, səh.110). Burada “usta” dedikdə Göy insanları nəzərdə tutulur. Əflatunun yazdığına görə də yer insanlarını Allah özü yox, onun ilk yaratdığı Göy insanları yaratmışlar: «Buna görə Mən sizə yaranışın başlanğıcını və toxumunu təqdim edirəm; qalanları ilə siz özünüz məşğul olub, ölümlülük ilə ölümsüzlüyü birləşdirib canlı varlıqların yaranışını qurtarın, sonra onlara qida hazırlayın, qidalandırın və onları qaytarın, ölümdən sonra isə onları yenidən özünüzə qəbul edin» (Platon, «Timey» 41B,D,S).
Quranda (25:54) da sudan və gildən yaradılmaqla iki növ insanın yaradılması nəzərə çatdırılır. Qurana görə Rəhman Allahın ilk yaratdığı insana, mələklərin səcdə etməsini əmr etməsi o deməkdir ki, O məhz Göy insanlarını yaratmışdır. Mənbələrdə Göy rəmzi məhz türklərə aid edilir ki, bu da Göydən gəlmiş Allahlar nəslinin məhz Gög türkləri olması deməkdir.
Nəticə 6. Allah ilk əvvəl Gög türklərini, onlar isə adi insanları yaratmışlar.
Sufizmdə türk [TRK] dedikdə tərikə [TRK] yolunu tutmuş sufi qardaşlığı olan türüklər [TRK] nəzərdə tutulur. Tərikə yolu burada dini kamilləşməyə, Allahın dərkinə, yəni həqiqətə aparan yol mənasındadır. Quranda (46:30) da yol mənasında işlənən “tərikə” rəmzini Qəzali - həqiqi biliyə çatma, Allaha mistik yaxınlaşma mənasında qeyd edir.
Sufiliyə görə Haqqa, yəni İlahi mühit olan ilkin materiyaya qovuşmaq istəyən türük (türk), tərikə silsiləsinin pillələrini qalxaraq kamilləşir və nəhayət mütləq reallıq olan Həqiqət, yəni “Əsil miskinlik və tam yox olma vadisi” pilləsinə qədəm qoyur. Bu pillə özlüyündə iki fazadan – “fəna” (itirilmə) və “bəqa”, yəni bəglik (əbədi mövcudluq) fazasından ibarətdir. Fəna fazasında türk özü-özünün bu dünyadakı mövcudluğunu hiss edərək İlahi mühitə, yəni ilkin materiyaya (Allaha) qovuşur. Bəqa (baka) fazasında, yəni bəglik səviyyəsində isə o əbədi Allahda olur. Bu səviyyədə o ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Deməli, Bəqa səviyyəsinə yüksəlmiş insan tam kamilləşir və ilkin materiyadan istədiyi varlığı yaratmaq qabiliyyətinə malik olur. İbn Sina “Biliklər kitabı”nda bildirir ki, insan bir saat ərzində bütün elmləri ardıcıl – başlanğıcdan sona qədər dərk edə bilər. Qəzaliyə görə isə, daxili biliyə malik sufilər ekstaz və zahidlik yolu ilə hətta ulduzlar arasındaki məsafəni də ölçə bilir. Bu o deməkdir ki, bütün inkişaf məhz türkün tərikə yolu hesabına baş vermişdir. Dilimizdəki türkəçarə sözü də “tərikə vasitəsi ilə çarə” fikrini ifadə edir ki, bu da varlıqların daxilinə nüfuz edib ondan informasiya almaq mənasındadır.
Qədim Misir mətnlərinə görə, Allahla təmas, yəni Bəqa səviyyəsi Buto/Abtu şəhərində - Abidosda olmuşdur. Abidos rəmzi “Abid-issi” mənasındadır ki, buradakı Abid - bodi (Buto/Abtu) rəmzi sufilikdə “tam kamilliyə çatmış”, “gizli sirləri bilən” və həm də “ev” (bit – beyt) mənasındadır. Sufilikdə «tam kamilliyə çatmış» abidin «ev»i dedikdə insan bədəni nəzərdə tutulur. Əl Fərabi “Sualın mahiyyəti” kitabında Xeyirxahlıq şəhərindən söz açır və bu şəhəri - kamil, sağlam bədəni olan insan kimi göstərir: “Bu insan – kamillik səviyyəsinə çatıb ağıl olmuş və fəaliyyətdə olan təfəkkürə çevrilmişdir. Bu insanın təsəvvür qabiliyyəti təbii üsulla ən ali kamilliyə yüksəlmişdir». Fərabi, fəaliyyətdə olan təfəkkür (“fəal ağıl”) dedikdə ilkin materiyanı nəzərdə tutur. Deməli, “Abidosda Allahla təmas” rəmzi, insanın Bəqa səviyyəsinə yüksəlməsi mənasındadır. Bütün bunlar o deməkdir ki, bəşəriyyətə həyat vermiş ilkin materiyaya ilk dəfə məhz sufi türükü (türk) səyahət etmiş və ilkin materiyanı özünə tabe edərək onunla vəhdət təşkil etmişdir.
İslamda insanla Allahın vəhdəti deyəndə “xulul” rəmzi ortaya çıxır ki, bu rəmz eyni zamanda “tökmə”, “axma” mənasındadır. Əsasən ifrat şiələrin üstünlük verdikləri “xulul” rəmzi – bir şeyin digərinə keçməsi, digər şeydə təzahürü kimi də mənalandırılır. Şiələr bu mənada Allah ruhunun bilavasitə Əliyə keçməsinə inanırdılar. Azərbaycan tarixində bu rəmz Babək kimi məlumdur ki, bu da sufiliyin əsas rəmzlərindən biri olan “Bəqa” (Bəg) rəmzindən yaranmışdır. Ba-Bək rəmzi qəsim Misir mətnlərində və sufilikdə “Ba-Allahı” kimi, İslamda isə “Vallah” kimi məlumdur. Qədim Misir yazılarına görə Amon Allahı ərşə yüksəldiyi zaman, onun “Ba” ruhu bədənindən çıxmış və göydə əvvəlcədən yaratdığı “Ra” günəşi ilə birləşərək Ra-Amon (Ra-Əman), yəni Rəhman Allaha (Ra-Ba – Rəb) çevrilmişdir. Qədim mənbələrdə və sufilikdə ruhun Allaha səyahəti (suluq rəmzi) üçün bədəndən çıxması, onun “azad olması” adlandırılır və “quffu” rəmzi ilə qeyd edilir. Məşhur sufi müdriki Bəhaulla yazır: “Kaf və ya Qaf – “quffi” (“azad ol”) mənasındadır, yəni ki, “ehtirasının tamah etdiyi şeydən azad ol: sonra isə öz Allahına tərəf addım at”... Qaf - “quffi” mənasındadır, yəni ki, “məhdudiyyətə bürünməkdən azad ol ki, müqəddəslik dayanacaqları haqqında bilmədiklərini biləsən”. Belə çıxır ki, Babəkin azadlığı uğrunda mübarizəsi heç də adi insanın nökərçilikdən azad olması uğrunda deyil, insanın kamilləşməsi üçün Allaha səyahəti, yəni sufi tərikəsinin pillələrini qalxması uğrunda, ruhun bədəndən azad olması üçün gedən mübarizəsidir.
 Xulul rəmzi İslamda “ittihad” – “birləşmə”, “axma” mənasını verən terminlə eyni mənalı hesab olunur. İttihad iki mənada: insani və İlahı mahiyyətlərin birləşməsi (“ittihad əl-ləhut bi-n-nəsut”) və sufinin vəhy zamanı ruhunun və ürəyinin Allahla birləşməsi (fəna, bəqa) mənasında işlənir. Mahiyyətcə eyni olan bu rəmzlərin fərqi ondan ibarətdir ki, sufi – bəqa, yəni bəglik səviyyəsinə müvəqqəti daxil olub çıxırsa, İlahi mahiyyətlərin birləşməsi zamanı (“ittihad əl-ləhut bi-n-nəsut”) sufi birdəfəlik Allahla vəhdət təşkil edir, yəni o bəgə çevrilir ki, bu zaman o ilkin materiya ilə əbədi birləşir. Deməli, “ittihad əl-ləhut bi-n-nəsut” rəmzi, yəni insani və İlahi mahiyyətlərin birləşməsi – insanın Allaha çevrilməsi deməkdir.
Mogilyan və Gültəkin abidələrinin ilk sətirlərində deyilir: «Mən Tanrı tək Tanrı yaratmış bilici türk xanı... Mən Tanrı tək Göydə yaranmış bilici türk xanı...».  Bu o deməkdir ki, göydəki Rəhman Allahını məhz türk xanı yaratmışdır. “Moyun Çor” abidəsinə görə də ilkin materiyadan El yaratmış insan türk xaqanıdır: “Tanrıda olmuş, İl etmiş (El yaratmış) bilgə (müdrik) xaqan... Tolis...» (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon-Yenisey abidələri”, B., 1993, səh.134). Deməli, insani və ilahi mahiyyəti birləşdirərək Allaha çevrilmiş ilk insan türk xanı olmuşdur. Yəhudilərin Allah mənasını verən El rəmzi də elə göydə yaradılmış Allahın Eli mənasındadır və məhz türk xaqanı tərikə yolunu keçərək tam kamilliyə çatmış və ilkin materiya ilə vəhdət təşkil edərək ondan göydə El yaratmışdır. Əgər yuxarıda qeyd etdiyimiz elm və cəmiyyətin birdən və tam kamil surətdə inkişaf etməsini nəzərə alsaq, razılaşarıq ki, bu inkişafın da səbəbi məhz sufi türüklərinin tərikə yolu olmuşdur.
Nəticə 7. İlkin materiyaya ilk dəfə məhz türk xanı səyahət etmiş, onu dərk edərək kamilləşmiş və onunla vəhdət təşkil edərək göydə ondan El və s. yaratmışdır.
Dünyanın yaradılışının Geliopol variantına görə, göydə yaradılmış ruhlar dünyası, bir-birini əvəzləyən yaranışlarla törənmişdir. İlkin Nun sularındakı təpəyə əvvəl “hər şey” mənasını verən Atum Allahı yüksəlmişdir. O Özündən Şu və Tefnut cütlüyünü, yəni hava və nəmlik rəmzli obrazlarını yaradır. Bunlardan Qeb və Nut, yəni göydəki Qeyb aləmi və sistemləşdirilmiş yeni Göy yaradılır. Amon Allahının ruhu mənasında olan Şu “qalxaraq” göyü qaldırır və Qeb torpağından ayırır. Qeb və Nut öz növbəsində Oziri/Osiris (Azər), İsida, Set və Neftidanı yaradırlar. Quranda da Ra-Əmanın, yəni Rəhmanın ilkin materiyadan Nut göyünü sistemləşdirməsi və onu qaldırıb saxlaması, göydə Qeb torpağını, yəni Qeyb aləmini, dağları yaratması qeyd olunmuşdur (Quran, 4:154, 5:21, 7:171, 21:30-34, 22:65, 35:41, 43:11).
İlkin materiyanın, yəni efirin qanunlarına görə, burada bir şey yaratmaq üçün söz, fikir və əməldən (magik ritual) istifadə etmək lazımdır. Buna görə də Amon Allahı özünü Ptah, yəni Fateh adlandıraraq, “ürəyində əmələ gəlmiş fikri sözlə ifadə edərək” milyonlarla qurban ruhlarının göydə toplanması hesabına göyü Nut göyünə çevirmiş və orada Qeb ruhlar dünyasını yaratmışdır. Beləliklə, ümumilikdə Atum adlanan (Adəm) və yer kürəsindəki bütün varlıqları özünə daxil edən Allah yaranır ki, onun ürək və dili isə mənbələrdə Yafət (Apet) kimi qeyd olunun Ptah (Pta) Allahıdır. İslamda Qeb aləmi Qeyb və Kəbə kimi, Kitabi-Dədə Qorqudda isə Qaba aləm kimi qeyd olunur.
Qurana görə Kəbə evində, yəni Qeb aləmində ilahi od yaradılmışdır ki, Allah bu evi İbrahim üçün sərin, zərərsiz ölkəyə çevrilmişdir (Quran, 37:97, 2:125-127). İbrahim peyğəmbər tərəfindən göydə yaradılmış və cənnətə çevrilmiş bu bina onun nəslinə verilmişdir (Quran, 10:93, 2:22, 4:54, 66:11).
Oğuz dastanlarında bu ruhlar dünyası, Musa peyğəmbərin Vəhy çadırı adlandırdığı Göy çadırı rəmzində qeyd olunur ki, bu çadırı qurmaq üçün Oğuz xaqan 90 min qoyun, 900 min dayça qırdırır. Qədim Misir mətnlərində görə isə bu qurbanların sayı dörd yüz min öküz, bir milyon dörd yüz iyirmi iki min qoyun qurbanından ibarətdir.
Ruhlar dünyası haqqında ən geniş məlumat isə qədim Misir mətnlərində verilir. Bilavasitə ölənlərin ruhlarının o dünyadakı həyatına həsr olunmuş qədim Misirin “Ölülər kitabı”nın CX (110-cu) bölümü, “Ölüm şahlığınıa giriş və çıxış” adlanır və burada bildirilir ki, “Dinclik (hüzur) sahələri” adlanan olan ölüm şahlığında əkin əkmə, məhsul yığma, susuzluğu dəf etmə, güc qazanma, cismani məhəbbətlə məşğul olma mümkündür və yerdə edilənlərinin hamısı orada da edilir (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.623,524). Bu isə o deməkdir ki, türk xanı insan ruhunun minilliklər xoşbəxt yaşaması üçün yaratdığı göydəki Eli çoxlu sayda qurban hesabına formalaşdırmışdır.
Nəticə 8. Məhz türk xanı özünü Yafət adlandıraraq, magik rituallar və qurban hesabına göyü sistemləşdirmiş və orada Qaba Aləm adlandırılan El yaratmışdır.
Göy türkləri bildirirdilər ki, onları Göyün Allahı olan Tenqri qoruyur. Sufilikdə və qədim Misir dilçiliyində Tenqri rəmzi “Nut göyünün Qor Allahı” mənasını verir. Deməli, türkləri, Qədim Misirdə Nut göyünü sistemləşdirən və özünə tabe edən Ra-Amon (İslamda Rəhman) Allahı qoruyur. Qədim dilçilikdə Ra rəmzi ilə Qor rəmzi eyni məna daşıdığı üçün Tenqri rəmzi ilə Tanrı rəmzi eyni mənalıdır. Buna görə də Göy türkləri özlərini təkcə insanların şahı yox, eyni zamanda təbiətin də şahı hesab edirdilər.
Ra-Amon dedikdə, yazdığımız kimi qədim Misirdə Göydə yaradılmış Ra günəşi ilə birləşən Amon Allahının ruhu nəzərdə tutulur. Bəqa səviyyəsinə ucalmış firon Amon ilk əvvəl ilkin materiyadan bir il müddətində Ra Günəşini yaratmış, özünün fiziki ölümündən sonra isə onun ruhu göyə qalxaraq Ra “Günəş”i ilə birləşmişdi. Bu hadisə qədim Misir rəvayəti olan “Sinuxetin nağılı”nda da qeyd olunur. Burada Sexotepibrenin, otuzuncu ilin, subasmanın üçüncü ayının yeddinci günündə göyə ucalaraq Günəş diski ilə birləşməsi qeyd olunur. Quranda bu hadisə, yəni Allahın Göyə - ərşə yüksəlməsi belə təsvir olunur: «O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini Göyə yönəldib, onları yeddi Göy olaraq düzəltdi…  Allah Göyləri (Nut göyünü – F. G. B.) dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu (Quran, 2:29, 13:2, 20:5). Firdovsi “Şahnamə”sində bildirir ki, Cəmşid bir dənizi keçib Göyə ayaq açır və göydə Kəyan taxtı qurub, divin çiynində taxta çıxaraq fəzada günəştək qərar tutur. C. Frezerə görə O məhz Alban dağlarının üstündəki fəzada qərar tutmuşdur. Belə çıxır ki, qədim mənbələrdəki Günəş Allahı, göydə günəşə bənzər dairəvi disk formasında yaradılmış və nur saçan qədim Misirin Ra Günəşidir.
Mətnlərdə Ra-Əman, yəni Ra-Amon Allahı - Ər-Əman/Ərman kimi qeyd olunur və onun ərşə yüksəlməsi də Xelatla, yəni Azərbaycanla əlaqələndirilir. Hürufi deyimlərinin birində də nəzərə çatdırılır ki, “Vəhdətin Günəşi ilk kəs Azərbaycanda görünmüşdür”. Yazılanlara görə, Xelata (Gilad) gələn türk məmlükü Sökmən (Nəsirəddin Mühəmməd Sökmən II) burada özünü Şahi-Ərmən adlandırır ki, bu da Ər-Əman, yəni Ra-Amon deməkdir. Xelat eyni zamanda gürcü çarlarının da qəbrinin yerləşdiyi yer hesab olunur (K. Гандзакеци, «История Армении», М., 1976, səh.282, 234). Z. Bünyadov isə bildirir ki, Xilatın və Ərzincanın sahibi şah-Ərmən Nəsirəddin Mühəmməd Sökmən II, atabəy Cahan Pəhləvanın qızı ilə evləndi və onun ölümündən sonra Xilat Azərbaycan atabəylər ailəsinin malikanəsinə çevrildi (“Историческая  география Азербайджана», Б, 1987, səh.95). Atabəy (atabəg) rəmzi sufilikdə ilkin materiya ilə vəhdət təşkil edənlərin, yəni Allaha çevrilmişlərin atası mənasındadır ki, bu rəmz ən qədim Misir yazılarında bütün Allahların atası olan Ra-Amona (Ra-Əman – Rəhman) aid edilir. Xilatın həm Azərbaycan atabəylərinin malikanəsi olması, həm ərmənşahlar nəsli sayılması və həm də gürcü çarlarının qəbrinin burada yerləşməsi, Xilat şahlarının Qədim Misir Allahlarının nəsli olması deməkdir.
Nəticə 9. Tenqri/Tanrı dedikdə türk xanının Bəqa fazasında göydə yaratdığı Ra (Ər) Günəş Allahı ilə birləşmiş Əman Allahının ruhu başa düşülməlidir ki, mənbələrdə bu birləşmə Rəhman, Ərmən və s. adlanır.
Göyləri özünə tabe etmiş türk şahı yerdəki qanunları da göylərin qanunlarına uyğun yaradır. Bu qanuna görə bəşəriyyətin həyatverici qüvvəsi - Əflatunun “Xora” adlandırdığı ilahi od, yəni ilkin materiyadır. Yer kürəsindəki bütün varlıqlar məhz ilkin materiyanın təzahürüdür. İnsanlarda bu - sinir sistemi kimi, digər varlıqlarda isə energetik sahə və s. kimi formalaşmışdır. İlkin materiyanı idarə etməyi öyrənən şəxs istədiyi formada istədiyi canlını yarada bilir. Onu idarə etməyi öyrənmək üçün isə, tərikə yolunu keçib ekstatik vəziyyətdə ona daxil olmaq lazımdır. Tərikə yolunun ən son pilləsi olan bəqa (bəg/baqa/boq rəmzləri) pilləsinə daxil olan sufi ilkin materiyadan istədiyi suala cavab ala və istədiyi varlığı yaratma texnologiyasını öyrənə  bilər və s. Buna görə də yalnız o, yəni səbəb diqqətə alınmağa layiqdir. Nəticənin yaradılması da səbəbdən aslıdır. Deməli, bu dünyada yazıya alınmağa layiq də yalnız əsas səbəb olan ilkin materiya və onu özünə tabe edərək onunla vəhdət təşkil edən Allahdır.
Lakin Ra-Əman, yəni Rəhman Allah ilk əvvəl ilkin materiyadan özü qüdrətində olan Adəmi və onun nəslini də yaratmışdır ki, onlar da təbiətə fiziki təsir etmə qabiliyyətlərinə malik olmuşlar. İbn Ərəbi Allah rəmzində yaradılmış Adəmi - Amon Allahı ilə ilkin materiyanın vəhdəti kimi göstərir. Qəzali bu kosmik insanı Məhəmməd peyğəmbər kimi təsvir edir. Sufiliyin “Vəhdət əl-Vücud” sisteminə görə isə övliyalar nəsli olan pir, bəg, seyid, şıx və s. Azəri müqəddəsləri məhz bu kosmik insanın prototipidirlər. Bu isə o deməkdir ki, təbiətə fiziki təsir edə bilən kaduslar, yəni müqəddəslər nəsli də yazılarda qeyd olunmağa layiqdirlər.
Bildirmək istərdik ki, sufilikdə və qədim elmdə zaman mövhumu mövcud deyildir. Bu elmdə tarix – Allahın dünyanı yaratması prosesi ilə sonu arasındakı məqamlar mənasındadır. Buna görə də tarix [TRX] rəmzi sufilikdə tərikə [TRK] rəmzi ilə eyni kökdəndir. Bu o deməkdir ki, mənbələrdəki tarixi şəxsiyyətlər, Allahın müəyyən məqamlığı ilə bağlı olan obrazıdır. Başqa sözlə hər bir tarixi şəxsiyyətin gördüyü iş, Allahın bu dünyada gördüyü işlərin bir hissəsinin rəmzidir.
Tarix rəmzi ingilis dilində “history” (his story) kimi yazılır və “O kişinin tarixi” mənasını verir ki, buradakı “kişi” anlamında Allah başa düşülməlidir. Əgər nəzərə alsaq ki, yuxarıda qeyd etdiyimiz kimi, bütün qədim yazları sanki bir nəfər düzüb qoşmuşdur, razılaşarıq ki, bu bir nəfər elə Rəhman Allahın özüdür. Bu günə qədər baş verənləri də, bundan sonra olacaqları da məhz Rəhman Allah ilahi məntiqlə əvvəlcədən yazdığı “Lövhi-Məhfuza” uyğun həyata keçirir. Nəsəfinin yazdığı kimi Allahın işi məhz bundan ibarətdir.
Nəticə 10. Göyləri özünə tabe etmiş türk xanı, bəşəriyyətə həyat vermiş ilkin materiya ilə, yəni Allahla vəhdət təşkil etmiş və onun adını özünə götürmüşdür.
Türk xanı, Göydə Ra günəş Allahı və El ruhlar dünyası ilə eyni zamanda insan ruhunun parçalanmayaraq ürəkdə yığışmasını, bütöv ruh kimi bədəndən çıxmasını və quş rəmzində göyə “uçmasını” da təşkil etmişdir.
Misirşünas U. Bac yazır: “Totun sözləri və kahinin duaları insan bədənin mahiyyətinin “saxu”ya çevrilməsini məcbur edir və o göylərə qalxır. İnsan bədənində yaşayan ruh saxu-ya keçir və bu çürüməyən bədən göylərdə ruhun bədənini təşkil edir, necə ki, yerdə fiziki bədən ruhun yerdəki evidir” (У. Бадж, «Египетская религия. Египетская магия», М., 2000, səh.143). Bu o deməkdir ki, insan ruhunun göyə qalxması, magiya ilə, ritualla müəyyənləşdirilmişdir. Sufilər dahisi ibn Ərəbi də açıq bildirir ki, insan öldükdə yalnız onun cismi məhv olur, ruhunu isə Allah özünə götürüb, ruhlar dünyasında ona yer verir. Ərəbi xüsusi olaraq nəzərə çatdırır ki, ruhun Allaha qayıtmasını, Allah əvvəlcədən müəyyənləşdirmiş və onun qanununu yaratmışdır (Ибн Араби, «Геммы мудрости», böl. 18,4, сайт:  www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm).
Sufilikdə Hu (Xu) rəmzi Allah mənasında işlənsə də bəşəriyyətin yaranışına səbəb olan və yer kürəsini əhatə edən ilkin materiya mənasındadır. İnsan doğulanda bu nurun bir “damla”sı insan bədəninə düşür və ona həyat verir. Əgər Ra-Amon Allahına qədər qədim insan öləndə onun ruhu da parçalanıb məhv olurdusa, Amon Allahının, onu söz, fikir və magik rituallar vasitəsi ilə ürəkdə (Ab) formalaşdırdıqdan sonra ruh parçalanmır, ürəkdə toplanır və kəpənəyin pup halında öz qabığından, quşun isə yumurtasından çıxdığı kimi ürəkdən çıxır. Ürəkdə (Ab) yerləşən Ba ruhu dedikdə isə, insanın həyatı boyu topladığı biliyi və yaddaşı nəzərdə tutulur. “Ölülər kitabı”nın mətnlərinin birində ölən Allahdan xahiş edir ki, O ona ürəkdəki Ba ruhunu və mənəvi Xu (Hu) ruhunu saxlamaqda kömək etsin (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.352,215,216,274). Buna görə də qədim Misir mətnlərində ruhlar dünyası eyni zamanda “Ürəklər evi”, yəni Ab/Ba Eli (Baal rəmzi) adlandırılır və ölən Allahdan xahiş edir ki, “mənim ürəyimi “ürəklər evi”ndə et” (orada,  səh.755). Tanınmış sufi Bəhaullanın yazılarında “Ürəklər evi” – “Ürək şəhəri” kimi qeyd olunur və bildirilir ki, bu sufiliyin ən ali məqamı ilə bağlıdır və sufiliyin son vətənidir (Бахауллa, “Сем долин”, сайт:  http://lib.ru/BAHAUL/sevenval.txt).
Yazdıqlarımızdan belə çıxır ki, saxu, yəni mənbələrdəki sak (skif) rəmzi, yeni forma alaraq göyə qalxmış ruhun rəmzidir. Bu isə o deməkdir ki, yuxarıda qeyd etdiyimiz Sökmən rəmzi Saxu-Əman mənasında Amon Allahının göyə qalxmış ruhunu bildirir. Ruhun bir formadan digərinə keçməsini Ovidiy “Metamorfoza” adlandırır və eyni adlı kitabının başlanğıcında bildirir ki, məhz Allahlar ruhun yeni forma almasını təşkil etmişlər. Baxu, yəni ilkin materiya (Hu/Xu) ilə birləşmiş Ba (ağıl, yaddaş) ruhu isə mətnlərdə Amon Allahına və onun göydə yaratdığı Misir torpağına aid edilir. Sufilikdə Baxu rəmzi Bəqa (bəg) səviyyəsini, mənbələrdə isə Boq/Baqa kimi yazılaraq Allahı bildirir. Lakin Misir dilçiliyində və sufilikdə Bəqa [BQ] rəmzi eyni zamanda Qeba [QB] kimi də oxunur ki, bu da qədim Misirdə göydə yaradılmış Qeb torpağı (islamda Qeyb) mənasındadır. Əgər nəzərə alsaq ki, Bəqa - sufilikdə ilkin materiya ilə vəhdəti, yəni Allaha qovuşmanı bildirir, razılaşarıq ki, Qeb/Qeba aləmi sufi məqamlığı ilə, yəni ekstatik vəziyyətlə yaradılmışdır.
Qədim Misir mətnlərinin birində deyilir: “Bu gün insanların və Allahların sevinc günü idi, çünki “Allah gözəl tabutda yatdı” ki, sonradan yuxudan ayılıb Feniks quşu kimi göyə uçsun” (Б. А. Тураев, «История древнего Востока», Л-1935, II том. səh.225). Digər bir mətndə isə ölən firon haqqında bildirilir ki, o qırğı kimi enli sinəyə malik olur, onun qanadları qızılquşun qanadları kimi uzanır və hamı onun göyü keçib getməsinə baxır. Mənbələrin digərində Ra-Amon (Ra-Əman) Allahı bildirir ki, öz xidmətçisinə istədiyi yerə quş kimi uçmağı verir, onun ruhunun parçalanmasına imkan verməyəcəyini bildirir.
Quranda (17:13) da ruh quşa bənzədilir: “Biz hər bir insanın quşunu onun boynuna bərkitdik və qiyamət günü onun üçün qarşılayacağı geniş açılmış kitab çıxaracağıq”. Kitabi-Dədə Qorqudda Qazan xan «Tülü quşun yavrusu” adlandırılır və o özü bildirir ki, onun “Ağ sunqur quşu erkəyindən bir kökü vardır”. Bu kitabda ərənlər quş kimi təsvir olunurlar və onların bir yerə getmələri “qondu” sözü ilə ifadə olunur. Kitabdakı: “Əzrail göyərçin kimi quş olub uçdu”, “ağ saqqallı baban yeri uçmaq olsun” və s. bu tip ifadələr onu göstərir ki, burada söhbət əsasən ruhlar dünyasından gedir.
 “Piramida mətnləri”ndə ölənlərin ruhları mənasında olan bu quşların, budaqlarını əymiş hündür firon əncirinə qonması təsvir olunur. Qədim Misirin “Ölülər kitabı”ndakı naxışda, ağacda boy atmış qadın ilahəsinin, əlində içməli və yeməli şeyləri ağacdakı ruhlara uzatması təsvir olunur (Б. А. Тураев, «История древнего Востока», Л-1935, I том, səh.189-191). Bu isə o deməkdir ki, ölənlərin quş rəmzli ruhları o dünyada “dünya ağacı”nın (həyat ağacı) vasitəsi ilə qidalanırlar.
Nəticə 11. İnsan ruhunun minilliklər boyu göydə xoşbəxt yaşaması üçün Rəhman Allah ruhun bədəndən çıxandan sonra ona qayıtmasının qanununu yaratmışdır.
Quran görə bütləri Allaha çevirən, yəni Göy türklərini yaradan İbrahim peyğəmbərin atası Azərdir (Quran; 6:74). Əgər qədim Misir rəvayətlərinə görə ilk qadın və kişini duluzçu dəzgahında Xnum Allahı düzəldirsə, məhz Oziri (Osiris), yəni Azər Allahı insanları heyvan səviyyəsindən çıxarıb, onlara elm, mədəniyyət və s. verir. Esxilin “Qandallanmış Prometey” əsərinə görə də bütün inkişafın səbəbi - türklərin əcdadı olan Yafətin oğlu Prometeydir. Məhz o, uşaq kimi ağılsız insanlara düşünmə qabiliyyəti vermiş, onlara elm, mədəniyyət və s. öyrətmişdir (Esxil, “Qandallanmış Prometey” 490-520). Prometey haqqındakı rəvayətdə isə bildirilir ki, Baş Allah Zevsin icazəsi ilə Prometey, öz əlləri ilə gildən, Allahlardan zəif, lakin düşünmə qabiliyyətinə malik insan düzəldir. Zevs isə bu insana ruh verib onu dirildir. Belə çıxır ki, Allahların Göydən gələnlər nəsli Gög türklərinin Azəri qoludur.
Həməviyə görə Azər pəhləvicə “od” deməkdir. İslamda Azər rəmzi həm mələk və həm də “odun himayəçisi” mənasını verir ki, Azərbaycan ədəbiyyatında “nuri-Azər”, yəni “Azər odu” rəmzi mövcud olmuşdur. Nəzərə alsaq ki, rəvayətlərdə Qafqaz dağlarına qandallanmış Prometey yerə məhz ilahi od gətirmişdir, razılaşarıq ki, məhz bu ilahi odun vasitəsi ilə Allah insanlara düşünmə qabiliyyəti vermişdir.
Bu gün pir, bəg, seyid, şıx və s. adlandırılan Azəri müqəddəsləri iddia edirlər ki, biz adi insanlar deyilik, çünki biz Allah nurundan yaranmışıq. Əgər adi adam ölənə qədər yeyirsə, biz öləndən sonra da yeyirik. Pirlər, seyidlər nəslinin adlarının qarşısında “Mir” rəmzinin yazılması onların “Mar”, yəni Midiya maqlarının nəsli olmasına işarədir. Bu isə o deməkdir ki, Azəri türklərı məhz ölümsüz hesab edilən Göy türklərinin nəslidir.
Misirşünas Xornblauer hesab edir ki, Osiris, yəni Oziri/Azər yerli yox, məhz ön Asiyadan gəlmədir (М. А. Коростовцев, «Религия древнего Египта, М., 1976, səh.124). Devid Rol bildirir ki, “Misraim” (ərəb. Masr), yəni Misir – “Asr və ya Asardan törəmiş” deməkdir ki, buradakı Asar rəmzi də Rola görə məhz Osiris, yəni Oziri/Azər Allahı mənasındadır (Д. Рол, «Генезис цивилизации, Откуда мы произошли...», Ексмо, М., 2002, səh.549, 441). Belə çıxır ki, Misir ölkəsi dedikdə - Oziri/Azər Allahının vətəni başa düşülməlidir ki, bu da ön Asiyada yerləşir. Tövrata görə Azər eli - amoreylər, yəni mar-midiyalılar ölkəsidir ki, İzrail (AzərEli – F. G. B.) də burada yaşamışdır (Библия, Чис.21:32). Tarixçi B. A. Turayev də təsdiqləyir ki, amoreylər, yəni marlar (midiyalılar) ölkəsi olan Kadeş (Kadus) – Aziru (Azəri) şahlığıdır (Б. А. Тураев, «История древнего Востока», том I, Л., 1935, səh.304). Bu isə o deməkdir ki, Misir Allahları elə Kadus müqəddəslərinin əcdadlarıdır və bilavasitə Midiya marlarının torpağında yaşamışlar. Misirin digər adının Ta- Meri olması, onun həqiqətən də Ata-Mar, yəni Midiya müqəddəslərinin ölkəsi olması deməkdir.
Digər tərəfdən yunanlar qədim Misiri – “göydəki Kem/Kam ölkəsi” adlandırırdılar (С. В. Кузнецов, «Религия древнего Египта», сайт: http://egypt.boom.ru/egyptboom/polka/konsp/22.htm). Qədim Misirdə kahinlər də eyni zamanda xam, yəni qam, şaman adlandırılırdı («История древнего Востока», том II, М., 1988, səh.351). Kitabi-Dədə Qorqudda, Qazan xan öz yurdunu “Qom qomlamım qoma yurdum” adlandırır ki, bu da yurdun “qamlama, şamanlıq yolu ilə yaradılmiş Qam yurdu” olması deməkdir («Китаби – Дəдə Горгуд», Б., 1988, səh.44). Belə çıxır ki, həqiqi Misir ölkəsi - Midiya maqları olan marların şamanlıq, ekstaz, yəni sufilik yolu ilə yaratdıqları göydəki ruhlar dünyasıdır. Əhdi-Ətiqdə, Yezekiil peyğəmbərin kitabında da Misir və Assur rəmzləri dünya ağacı timsalında Allahın ilkin materiyadaki, yəni göydəki eli mənasında göstərilir (Библия, Иезек.31:3,4,7). Bu isə o deməkdir ki, qədim mənbələrdə yuxarı Misir dedikdə Azəri müqəddəslərin göydəki eli, aşağa Misir dedikdə isə onların yerdıki vətənləri olan Azərbaycan nəzərdə tutulmalıdır. Yəqubi Arranı “Yuxarı Azərbaycan” adlandırır (Yəqubi, “Buldan”). İosif Flaviy ( I əsr) isə bu mənada “Yuxarı Midiya” ifadəsini işlədir («Азярбайъан тарихи», Б., 1994, səh.135).
Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında bildirilir ki, “Oğuzun içində Tamam vilayəti zahir olmuşdu”. Bu o deməkdir ki, bir Elin içində ikinci El yaranmışdı. Belə çıxır ki, bəg ərənlərin Tış El, İç El adlandırdıqları El, türklərin yerdəki və göydəki Elləri olan Yuxarı və Aşağa Misir mənasındadır.
Nəticə 12. Göydə Qam Elini, yəni Yuxarı Misiri – göydən gəlmiş Gög türkləri olan Azəri müqəddəsləri qamlama vasitəsi ilə yaratmışlar.
Prometey rəmzi sufilikdə Pir-Maday mənasındadır ki, bu da Midiya Piri, yəni Midiya fironu deməkdir. Qədim Misir mənbələrində də firon rəmzi yox, məhz “pirao”, yəni pir rəmzi qeyd olunur və Şah, Allah, Allahın evi və s. mənalarını verir. Belə çıxır ki, əsl pirlərin vətəni məhz Azərbaycandır. Prometeyin göydən od, yəni İlahi Azər nuru gətirməsi, onun ilahi od gətirmiş Musa peyğəmbərlə eyni olması deməkdir. Musanın Faran səhrasında səyahəti və göydən ilahi od gətirərək ondan göydə Vəhy çadırı, yəni ruhlar dünyası yaratması Tövratda açıq yazılmışdır. Oğuz eposunda Musa peyğəmbər rolundə Oğuz xaqan özü çıxış edir.
Mənbələrdə Faran səhrası (indiki Piran) özündə həm Sini və həm də Kadis, yəni Kaduslar torpağını birləşdirir. Kaduslar isə Quranda Madyan, Tövratda isə Madiam kimi qeyd olunan Midiya əhalisidir. Z. Freydə görə Musa peyğəmbər Kadeş, yəni Kadus kahinlərinin əcdadı sayılır. Sin səhrası digər mənbələrdə Süni və Sünik kimi də qeyd olunur ki, Təbrizli Arakelin “Tarixlər kitabında” bu rəmzlər göydə yaradılmış səhra mənasındadır (А. Даврижеци, «Книга историй», М., 1973, səh.24). Bu kitabda zahidlərin və din adamlarının Böyük səhra tikməsindən, ora səyahətdən və oradakı yaşayışdan danışılır ki, bu da ruhlar dünyasının Midiya dağlarının üstündə yaradılması deməkdir. Belə çıxır ki, mənbələrdə “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” dedikdə Midiya dağları (Aşağa Misir) və onun üstündə, göydə yaradılmış Sin səhrasında (Yuxarı Misir) ekstatik vəziyyətdə dolaşan Midiya maqları başa düşülməlidir. Midiya maqlarının Sünik eli isə eyni zamanda Gel elidir ki, mənbələrə görə Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra məhz Gel adlanmağa başlayır. Bu isə o deməkdir ki, Qüds dedikdə Kadus başa düşülməlidir ki, yəhudilərin və müsəlmanların müqəddəs mənasını verən kodeş/kuddus/əqdəs rəmzləri məhz kadus rəmzi mənasındadır. Xristian müqəddəslərinin də aqi/aqia adlandırılması, onların, müsəlmanların “ağa” adlandırdıqları Azəri müqəddəslərinin nəsli olması deməkdir.
Yazdıqlarımızdan belə çıxır ki, Gög türklərinin Əbədi El adlandırdıqları Böyük səhra da məhz Midiya dağlarının üzərində yaradılmış ruhlar elidir.
Nəticə 13. Alban dağlarının Göyündəki ruhlar dünyasını, yəni El-i İlahi oddan məhz Midiya fironları olan türk kadus bəgləri, yəni Azəri müqədəsləri yaratmışlar.
Qədim Misir yazılarına görə Gel eli də Yuxarı və Aşağa Geldən ibarətdir və bura, yəni Geliopol - Günəş Allahı Ra-nın vətənidir. Geliopoldan çıxan Ptah Allahı indi də yaşayır və məhz burada Osiris, yəni Azər Allahının bədəni uyuyur. Ölənlərin ruhları da məhz burada yeni sima alıb ruhlar dünyasına köçür. Digər tərəfdən məhz buradakı Biqqe məbədgahında Ba Allahı (İslamda Vallah) bildirir ki, “O, bütün olmuş və olacaqların yazıldığı kitabı qoruyur”.
Yunan mifologiyasina görə məhz Gelə gələn Herakl burada yarı-ilan, yarı-qadın olan Yexidna ilə cütləşmiş və ondan “əjdahadan doğulmuşlar” (Ağafirs, Gelon və Skif ) yaranmışdır. İppolit bu cütləşməni Allahın - qadın rəmzli ilkin materiya ilə (Edem və İzraillə) cütləşməsi kimi göstərir ki, buradan mələklər nəsli yaranır. Akkad dövrünün möhürlərində, kassit yazılarında və s. sənədlərdə isə yarıilan, yarıinsan olan bu varlıqlar “ücdə iki insan, üçdə bir Allah” adlandırılırlar ki, mənbələrdə Gilqameş də məhz belə təsvir olunur (В. К. Афанасьева, «Гильгамеш и Енкиду», М., 1979, səh.136, 35). Sonrakı mənbələrdə isə  ilandan, yəni “əjdahadan doğulmuşlar” dedikdə bilavasitə midiyanın marlar nəsli nəzərdə tutulur. Tarixçi Təbrizli Arakel “əjdahadan doğulmuş” Midiya maqlarını “Osman şahlarının nəsli” adlandırır. M. Xorenatsi isə Gelarkünidə, yəni Gel elində yaşayan Sisaka (sak/saxu) nəslini Aranşahlar nəsli adlandırır ki, bu da İran şahlarının nəsli deməkdir (Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, səh.228).
Qədim mənbələrə görə Göy çadırının (“vəhy çadırı”) yaradıldığı Geliopol, yəni Gel şəhəri Yaqub peyğəmbərin ailəsinə verilmişdir. Strabona görə ən qədim dövrdən Gel şəhərində, yəni Geliopol məhəlləsində fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər yaşamışlar (М. А. Коростовцев, «Религия древнего Египта, М., 1976, səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib olunmuşdur (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.310). Əflatuna görə isə dövləti xoşbəxtliyə yalnız Gel filosofları çatdıra bilər.
Mənbələrdə Mesapotamiya və xaldey astroloqları maqlar hesab olunur və ən qədim dövrlərdən onlar Midiya və Fars ölkəsinin kahin təbəqəsinin nümayəndələri sayılır. Xaldey [XLD] rəmzi də Gel rəmzindən yaranmışdır və “Gel-Ata” [GL-T] fikrini ifadə edir. Bu rəmz mənbələrdə Gilad/Xilat/Kelt/Qalut/Qalaad/Qall və s. kimi, ərəb mənbələrində isə rəmz Cil/Calut və s. kimi qeyd olunur. İslamda bu rəmz Qulat kimi də məlumdur və imam Əlinin qardaşı Akilin, yəni Agelin (Gel) nəsli hesab edilir. Buxarinin hədisinə görə isə Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Akilə [KL], yəni Gelə [GL] çatmış evdir. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır. Məhəmməd rəmzi sufilikdə “Midiya maqı” fikrini ifadə edir ki, bu rəmz həm “dünya”nı yaradana, həm axirətdə gələn Mehdiyə aid edilməlidir. Azərbayan tarixində axirətdə gələn Mehdi rolundə əsasən Şah İsmail Xətai çıxış edir.
Nəticə 14. Bütün mənbələrə görə insanın yaranması və bəşəriyyətin inkişafı bilavasitə Azərbaycanın Gel eli (Gülüstani-İrəm) ilə bağlıdır və bu elin sirlərinin açılışı qədim dünyanın bütün sirlərinin açılışı olacaqdır.
Bütün bunlar haqqında daha geniş məlumatlar və təkzibolunmaz faktlar müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir” (www.gilarbeg.com).

firudin@gilarbeg.com
о 192 (525x700, 87Kb)

Комментариев нет:

Отправить комментарий