Страницы

21.11.2012

Dönük dostlar

Səadət Cahangir

Dönük dostları,
dəyişmiş
telefon nömrələri kimi
silin kitabınızdan,
daha onlar-
çağıranda özgə səs,
açanda özgə qapı,
özgə nəfəs...
Silin,
adsız adamlar,
adsız,
etibarsız
nömrələr
nəyinizə gərək...
Bir gün
çaşıb arasanız,
xəttin o başından-
“bu ünvanda belə adam yox,
nömrə başqasına satılıb”-
deyiləcək.


Tənhalıq…

Tənhalıq nədi, bilsən
tutulanda göy üzü
yuxusunda necə görür
qağayılar dənizi…

sərinlik gətirərmi
susamış yarpaqlara
gecələr bir quşcuğazın
islanmış ayaqları?..

nə ölüncə yaşarsan,
nə olacağın qədər,
demə asan heç nə yox,
ağlayacağın qədər...

tənhalıq nədi, bilsən
kiriyəndə durmağa
bircə əl tapılmaya
başını qaldırmağa...

Комментариев нет:

Отправить комментарий