Страницы

29.11.2012

Furuğ Fərruxzad - Sonralar

ölümüm bir gün gərçəkləşəcək
ışıq dalqalarından aydın bir baharda
tozlu dumanlı uzaq bir qışda
yada coşqusuz ve haraysız bir payızda
ölümüm bir gün gərçəkləşəcək
şirin və acıla dolu normal bugunlərdən birində
başqa günlərə sayaq boş və dəyərsiz bir gündə
dünən və bugünlərin bir kölgəsi
bulanıq dəhlizlər  kimi gözlərim
yanaqlarim soyuq mərmərlərə tay
ansızın bir yuxu məni içinə çəkəcək
boşalacayam ağrı harayından
dəftərim üzərində sürünür
əllərim siir sihrindən  yoxsun olaraq
xatirlayiram əllərimdə
alovlanırdı siirin qanı bir gün
topraq məni özünə doğru çağırır həran
yetişirlər yoldan ki məni toprağa gömsünlər

ah bəlki gecə yarısı sevənlərim
qəmli  məzarımın üstünə  bir çiçək qoysunlar
məndən  sonra başqa bir səmtə gedirlər birdən
dünyamın qaranlıq pərdələri
tanış olmayan bəzi gözlər sürünür
dəftər və kağızlarım üzərinə
kiçik otağıma ayaq basırlar
məndən sonra,xatirəmlə biganəsən
güzgüdə qalır izi
bir saç teli,əl naxışı,bir daraq
özemdən qaçıram və özümdə qalıram
yerdə qalan nə varsa dağılır
qayığın yelkəni kimi ruhum
uzaqlarda görünür
səbirsizliklə hızlanırlar ardıcıl
gündüzlər və həftələr və aylar
gözüm bir məktubun intizarında
baxa baxa qalır yolların gözünə
ama artıq soyuq cismimi
basır ehatə edən topraq
sənsiz,qəlbinin döyüntülərindən uzaq
ürəyim çürüyür orda,topraq altında
sonralar adımı yağış və yel
yavaşcasına yuyur daşın simasından
məzarım itgin qalır yolda
ar və ad əfsanələrindən yoxsun.

Çevirən : Şəlalə CAVANŞİR

Комментариев нет:

Отправить комментарий