Страницы

10.11.2012

Günel Eyvazlı. Qorxu

Qorxmaq -  elə qorxulu hissdir ki, adam yadına belə salanda qorxur.
Dindarın bir kəndi din bayrağı altında barmağına dolaması, həkimin, xəstənin sağlamlığı ilə oynaması, uşaqların ağlaması. Atılmış körpələrin iniltisi, oğurlanmış bəbəklərin orqanlarının alver, pul mənbəyinə çevrilməsi, çörək olub doyurması. Qadınların bir əppəy üstündə, yekəqarın kişilərə alçalması. Qadınların azalması, kişilərin azalması çox qorxuludur.
Yaşamaq, ölümlə müqayisə olunanda, məhkəmə qarşısında bir qadının hüquqları tapdananda, boşananda, övladını nə ilə doyduracaqsan sualı verilməyəndə, Gender hüququndan ağız dolusu danışan kişilərn mənafəyini bu söz-söhbətlərin arxasnda görmək.
Cəmiyyətin şilləsi ilə, qapazı ilə döyülmək, pensionerlərin bankomatdan əlləri əsə -əsə çıxardıqları pulları, qəpik-quruşu işıq, ev puluna ödəmək, pul yazmasın deyə qış gecələri istilikdən məhrum olmaq, illərdi göz dağı olmuş SSR-i dövründən qalmış əmanətlərin verilməsi xəbərini eşitmək, məhdud bankların qarşısında əzilmək, dövlətin o üzünü, bu üzünü söymək, neft ölkəsində müflis yaşamaq o qədər qorxuludur ki. Çox qorxuludur.
Atılan fişənglər, atəşfəşanlıq, göyə dumanlanmış hüquqlarımızı tüstülədir.
Çox qorxuram. Gözümüz görə-görə kor kimi, qulağımız eşidə-eşidə kar kimi yaşamaq çox qorxuludur.

Комментариев нет:

Отправить комментарий