Страницы

09.11.2012

Gürcüstandan özəl açıqlama: Pentaqon Borçalıda İran əleyhinə məxfi aerodrom tikib

ABŞ Gürcüstanın bir sıra ərazilərində, o cümlədən Azərbaycanlıların kompakt yaşadığı Marneuli ərazisində məxfi aerodrom tikib. Məqsəd yaxın vaxtlarda İrana qarşı intensiv hərbi əməliyyatların gerçəkləşdirilməsi üçün arxa baza yaratmaqdır. Milaz.info portalının məlumatına görə, bu diqqətçəkən bəyanatı gürcü yazıçısı, publisist və ictimai xadim, müxalifət təmsilçisi Elizbar Cavelidze “Kviris xronika” (“Həftənin xronikası”) qəzetinə müsahibəsində bəyan edib. Onun sözlərinə görə, prezident Saakaşvilinin son aylar Gürcüstanın bütün ərazilərini gəzməsinin səbəbləri bəllidir:
“Hər yerdə 20 yerlik xəstəxanalar və hava limanları tiklir. Bu, Fars körfəsində gözlənilən müharibəyə hazırlıqdır. 20 yerlik bu xəstəxanalar Amerika layihəsidir.
Fars körfəzində ABŞ və İran arasında böyük müharibə başlayır və 5 milyard dollar bu 20 yerlik hərbi qospitalların tikintisinə ayrılıb. Bu hospitallar əsasən Amerika pulları hesabına tikilir. Kulevdə sualtı gəmilər üçün limanın tikintisi əbəs yerə deyil. Lazika isə Amerika hərbi şəhərciyi olacaq. Artıq Marneulidə məxfi aerodrom tikilib”.
“İranla hərbi münaqişə başlayan zaman Tehran Amerikanın hərbi obyektlərinə raketlər buraxacaq. O zaman ölkəmizi kim müdafiə edəcək?”, - deyə E.Cavelidze bəyan edib.
Onun ehtimalına görə, “Saakaşvili ona nail olacaq ki, Rusiya Kulev və Anaklini Gürcüstandan alacaq və bütün Sameqrelo regionu sual altında qalacaq”.
Qeyd edək ki, Gürcüstanda hospital sektorunun inkişafı layihəsi çərçivəsində tibb-sığorta şirkətləri ölkənin regionlarında 150 yeni xəstəxana tikəcəklər. 2011-ci ilin dekabr ayı ərzində Gürcüstanın bir sıra rayon mərkəzlərində 30-dan artıq yeni xəstəxana və tibb mərkəzlərinin açılışı olub.

Комментариев нет:

Отправить комментарий