Страницы

19.11.2012

Əhməd Vəhidi: "İslam dünyası İsrailə cavab verməlidir"

"İslam dünyası İsrailin Qəzzada törətdiyi cinayətlərə cavab verməlidir." FaktXeber.com-un verdiyi məlumata görə, bu fikri İranın müdafiə naziri Əhməd Vəhidi səsləndirib. İranlı nazirin sözlərinə görə, sionist rejimin cinayətlərinə son qoymaq üçün İslam dünyası ondan intiqam almalıdır.
Qeyd edək ki, İranın müdafiə naziri Əhməd Vəhidi həmçinin bildirib ki, İsrailin Qəzzada azyaşlı uşaqları, xanımları və yaşlı insanları öldürməsi beynəlxalq cinayətdir.
Bu arada İranın dövlətinin Qəzzaya parlament üzvlərindən ibarət nümayəndələr göndərəcəyi məlum olub. Arıq İranın xarici işlər naziri Əli Salehi deputatların Misir ərazisindən Qəzzaya daxil olması üçün rəsmi Qahirə ilə danışıqlar aparır.

Azad Əhmədov                  faktxeber.com

Комментариев нет:

Отправить комментарий