Son nəşr olunan bir kitab, ingilislərin dünyanın 90%-ni işğal etdiyini ortaya çıxardı
Günəş Batmayan İmperatorluq… 19-cu əsrin sonlarında Britaniya imperatorluğu bu adla xatırlanırdı. Səbəbi isə Avstraliyadan Kanadaya, Hindistandan Cənubi Afrikaya qədər dünyanın hər tərəfində Britaniya bayrağının dalğalanması idi.
İngiltərədə nəşr olunan bir kitab isə tarixi boyunca ingilislər tərəfindən işğal edilmiş ölkələrin sayının imperatorluğun tarixində göstəriləndən daha çox olduğunu yazır. Stuart Laycock tərəfindən yazılan ‘All the Countries We’ve Ever Invaded - İşğal etdiyimiz bütün ölkələr” adlı kitabın çıxışı, yazarın 11 yaşındakı oğulunun verdiyi sualla bağlıdır: “Britaniya neçə ölkəni işğal edib?”
Bu sualdan sonra 2 il araşdırma aparan Stuart Laycock, nəticələri görüncə özü də şoka düşür: “İşğal sayı açıqlanınca heyerətə düşdüm. Daha əvvəl bilmədiyim yerlər və hadisələr qarşıma çıxdı. Bunlar həqiqətən məni şoka saldı”.
Kitabda işğal edilmiş ölkələrin hamısnın Britaniya İmperatorluğuna bağlı olan yerlər deyil. Hərbi əməliyyatlarla işğal edilmiş amma nəzarət altında saxlanılmamış ölkələr, ingilis dənizçiləi və ya dəniz quldurlarının təlim keçirdiyi yerlər, satın alınaraq və ya təhdidlə idarə edilən ölkələr də siyahıya salınmışdır. Belə bir vəziyyətdə, ingilislərin tarix boyunca dünyanın 90%-dən çoxunu işğal etdiyi aydın olur.
Hal-hazırda BMT-yə üzv olan 192 ölkəni və üzvlüyü olmayan Vatikan kimi ölkələr də əlavə olunduğu halda 200-dən çox ölkəni araşdıran Laycock, yalnız 22 şanslı ölkənin ingilislərdən canını qurtardığnı yazır.
Avropa qitəsində ingilislər tərəfindən işğal edilməmiş yeganə ölkə İsveçdir. Əsrlər boyu Rusiya imperatorluğunun işğalı altında olan Belarusu da ingilislər işğal edə bilməyib. Andorra, Lixtenşteyn, Luksenburq və Vatikan kimi kiçik Avropa ölkələri də İngiltərənin işğalına məruz qalmayıb.
Asiyada ingilislər tərəfindən işağl edilməmiş yerlər daha çoxdur. İngilislərin əli Rusiya və Çin arasında qalan Monqolustan, Tacikistan, Qırğızıstan və Özbəkistana çatmamışdır.
Burundi, Mərkəzi Afirka Respublikası, Çad, Konqo, Mali və Fil Dişi Sahili də ingilislərin işğalına uğramayan Afrika ölkələridir. Ancaq bu ölkələrin də uzun müddət Fransa və Belçika kimi Avropa ölkələrinin müstəmləkəsi olduğunu xatırlatmaq lazımdır.
Mərkəzi və cənubi Amerikadakı bir çox ölkələr İspaniya müstəmləkəsi olub. Boliviya, Qvatemala, Paraqvay istisna olmaqla, bu ölkələr də ingilis işğalından yaxa qurtara bilməyib.
Qərbi Afrika sahilindəki Sao Tome ilə Böyük Okeandakı Marşal adaları da İngilis işğalı görməyən ada dövlətləridir.
http://qafqaznews.com
Комментариев нет:
Отправить комментарий