Страницы

09.11.2012

"Minilliyin kölgəsində, yaxud 2000 ilin dayandırılması" əsərindən

Vüqar Xəzəralının tərcümələri

Jan Bodriyar

Parisdə Boburdakı (Jorj Pompidu mərkəzindəki) saatlar yüzilliyin sonunun mükəmmək simvoludur(ya daha doğrusu idi). Zamanın geriyə hesabı millionlarla saniyə ilə ölçülürdü. Bobur saatları bizim indiki müasirliyin zaman parametrlərinin ləğvini təsvir edir. Zaman daha mütərəqqi ardıcıllıqla başlanğıc nöqtəsindən hesablanmır. O daha ehtimal öz bitmə nöqtəsindən hesablanır. Yavaşıdılmış bomba mexanizmi kimi. Zamanın sonu – daha tarixin simvolik bitməsi deyil, ama yorğunluq, geriyə hesab əlamətidir.
Daha biz tərəqqiyə və istehsala layihəvi baxışla uyğun yaşamırıq. Tarixin sonuncu illuziyası yox oldu, çünki tarix indi sonuncu rəqəm hesabına qədər yuvarlandı (eyni ilə bəşəriyyətin sonuncu illüziyası insanın genetik təzahürünə yuvarlandığdakı kimi). Saniyələrin indiki andan sona sarı hesablanması, sonun yaxın olduğu mənasını verir, sonun artıq o biri tərəfdə sona çatdığını bildirir.
Yeri gəlmişkən, Boburdakı saatların öz taleyi də maraqlıdır. Onları altı ay əvvəl çıxardılar və seyfə yerləşdirdilər, harada ki onlar sonadək işləyəcəklər. Ama onları daha heç kim görə bilməyəcək. Elə bil ki siyasi hakimiyyətlər, bu canlı(axan) geriyə hesabı görünə bilməsindən, ola biləcəkdən qorxurlar( onları Eyfel qülləsində stendlə əvəzlədilər, ama o minilliyin sonuna qalmış günləri göstərir, hansı ki bu daha az dramatikdir). Onlar ola bilsin qəfil millenarist təşvişdən qorxurdular. Kim bilir? Bəlkə, müasir həyatın gerçək zamanının daha xronoloji zamanla əlaqəsi yoxdur. Səbəblərindən asılı olmayaraq saatlar yox oldu, və bu doğrudan da 2000 ci ilin gəlişini dayandırmaq, onu geriyə çağırıb ambara, bütün ola biləcək nəticələrdən uzaq göndərmək gəhdinə oxşayır. Boburda 2000 ci il olmayacaq.
Biz 2000 ili gözləyirik və nəfəsimizi saxlayırıq. Hansı bir şeydən danışsaq belə, istər - İnternet, qloballaşma, Avropa, vahid valyuta, klonlaşma, qalmaqallar, - yeganə vacib nəticə: yüzilliyin sonudur. Bütün başqa hadisələrin təxirə salınmasına görə biz minilliyin sonuna minnətdar ola bilərik. Bu məhz o hadisədir ki, ehtimal etmədiyimiz nəticələri ola bilər. Bu faktiki olaraq hadisə yox, rəqəmlərin maqiyası ilə yaranan qeyri-hadisədir. Bu 1000 ci ildə olduğu tanrının şahlığının sehrli gözləntisi deyil. Ama hər halda millenarist, yəni tarixətrafı ya da qeyri-tarixi bir gözləntidir.
Biz 2000 ci İlin gözləntisindəyik, sanki o yaxınlaşan bir asteroiddir. İstənilən seçkilər bütün başqa siyasi həyatı bir il öncədən dondurduğu kimi, minilliyin kölgəsi də yüzilliyi özünə sovuran boş yarğan yaradır. 2000 ci il bütün tarixi tələbləri, tarixi nişanların pozulmasına qədər(20 yüzil daxil) korrektə edir. Biz arxivlərdə eşələnirik. Biz köhnə hesabları sahmana salırıq. Biz yaddaşımızı( 2000 ci İli o artıq qədəm qoymuş təkin gözləmə yaddaşımızı da) təzələyirik. Biz yazırıq və pozuruq ki yüzilliyi siyasi korrekt nəticə ilə bitirək. Bu, əslinə qalanda, tarixi təmizlənmə məsələsidir. Bütün 20 əsr sual altında. Və bu yeni deyil. Heç bir əvvəlki yüzillik bunu etmirdi. Onların etdikləri, tarix idi. Bizim etdiyimiz - tarixin sınağıdır. Müəyyən mənada biz 2000 İlə inanmırıq. İnsanlar planları, platformaları, 2005, 2010 ya da 2020 ci illər haqda danışanda , biz doğrudan da onlara inanmırıq. Bu gələcək deyil, bu xəyaldır. Bu başqa aləmdir, çünki bizim üçün zamanda simvolik qırılma, şüurda simvolik qırılma yaradır. Xəyalımıza gətirə biləcəyimiz yeganə şey,- bizim üçün çox ağır olan və üstəlik yenə və yenə başlayan, tariximizdən qurtulmaqdır. Və biz istənilən başqa, kənardan, qıraqdan gələn tarix arzulayırıq. Bu fantaziya, ətrafımızda hər şeyi dəyişə bilən, minilliyin gizli düsturudur. Nə isə qaçılmazdır, biz bunu hiss edirik. Nə siyasət nə də iqtisadiyyatda. Nə isə zamanın özü ilə bağlı, zamanın rəqəmsal təmizliyi və onun simvolik bitməsi ilə bağlı. Hətta öncəgörülən hadisə, öncədən görülə bilməz. Potensial bədbəxt hadisə. Bu artıq bütün dünyada milliyonlarla kompyüterlərin proqramlaşdırılması üçün əsl katastrofdur. Biz elə bir olayın yedəyindəyik ki, o nəinki ancaq gələcəyi sovurur, və hətta indiki hadisələrin mənasını tüpürür, və vaxtaşırı, yaddaşı və tarixi püskürür.


Çevirdi: Vüqar Xəzəralı                     (Ardı var)

Комментариев нет:

Отправить комментарий