Narıngül
Şəxsiyyəti ilə yaradıcılığı arasında heç bir porodoksa yer qoymayan və sevilə -sevilə oxunan Dostoyevski insan temperamentinin bir çox növlərini özündə cəmləşdirən maraqlı bir insan tipi idi. Onun romanlarının substansiyası məhz qəlbi sevgi və ehtirasla dolu olan böyük Dostoyevski şəxsiyyəti idi və bu böyük yazışı öz fərdi-psixoloji xüsusiyyətləti ilə romanlarındakı insan surətlərindən xeyli irəlidə dayana bilirdi. Tanınmış rus yazıçısı və tənqidçisi L.Qrossman tərəfindən məharətlə qələmə alınmş “Dostoyevski portret”inin qarşısında dayanaraq insan xarakterinin ən inçə cizgilərinə heyranlıqla tamaşa etməmək, ecazkar insan dühası qarşısında mat qalmamaq qeyri-mümkündür. Bu insan - portret deyərdim ki, insanlıq tarixinin ən möhtəşəm əsərlərindən biridir və bu portretin əsas ştrixlərindən biri sevgidir.
Bütün ömrü boyu yaradıcı olan Dostoyevski öz sevgisində də yaradıcı idi. Sevgi təzahür istiqamətindən asılı olmayaraq makimalizmdir və Dostoyevski insan həyatının bütün hallarında maksimalist idi.
Yaradıcı və maksimalist Dostoyevski sevgi üçün çox yararlı bir insan tipi idi. O, həyatındakı qadınların hər birini özünəməxsus çılğınlıq və nəvazişlə sevirdi. Dostroyevski sevgidə çox zəhmətkeş idi.
Onun çoşğun emosiyası, qəlbinin bir yerdə qərar tutmayan, məcrasından çıxıb aşıb - daşan duyğu seli və ehtirası bir qadına olan istək çərçivəsində sərhədlənə bilməzdi. Dostoyevski tez - tez aşiq olurdu. Həyatındakı qadınların sayı bunun sübutudur: Mariya Dmitriyevna, Apollinariya Suslova, Anna Vasilyevna, Anna Qriqoryevna ... İstedadı ilə ərafdakıları heyran edən, öz parlaq dühasıyla başqalarından seçilən və ucada dayanmağı bacaran dahi yazıçı sevgi qarşısında açiz idi. Sevgi, gözəllik və mərhəmət - bunlar onun keçə bilmədiyi baryerlər idi.
O, bu acizliyini çəkinmədən etiraf edirdi: ”Mən daha heç bir şey haqqında düşünmürəm. Təki onu görüm, onun səsini eşidim... Mən bədbəxt divanəyəm. Bu cür sevgi xəstəlikdir. Mən bunu hiss edirəm” .( L Qrossman). Etiraf böyüklükdür...
Dostoyevski sevgisi məlum obyektə yönələrək öz sonluğunu tapan bir sevgi deyildi. Bu daim can atan, dəyişən, narahat bir sevgi idi. Dostoyevski öz sevgisində də çəkilməsi mümkün olan bütün əzabları yaşayan, iztirablara tab gətirən bir insanlıq mücəssiməsi idi.
Sevgi yenilməyi sevir. Başqa çarə yox.. İtirmək təhlükəsi olan yerdə enməkdən başqa yol qalmır. Bir halda ki, qarşıda sərt divardır... Sevgidə güzəşt insanın öz hisslərinə enməsidir. O, öz sevgisi uğrunda hər cür enişə, “yerlə-yeksan” olmağa hazır idi:
”Dostoyevski soyuq bir ümidlə, aciz və sust halada qızdan xahiş edirdi ki, onunla dostluq etsin , görüşlər təyin etsin, məktublaşsın. “ Bəlkə, hər halda, İtaliyaya gedək? Mənim dostum, qorxma, mən sənin ancaq qardaşın olacağam...” (L Qrossman).
Melonxolik insanlar sevgiyə qarşı daha həssas olurlar. Və daha böyük coşquyla sevirlər. Bəlkə də, bu insanlar üçün sevgi həm də darıxmaq hissini yox etmək instinktidir. Eşqdə həyəcan, təşviş, qorxu və bunun nəticəsi olan uğursuzluq. Təbiətcə melonxollik insan tipinə yaxın olan Dostoyevski sevgisində tez-tez uğursuzluğa düçar olurdu. Bəlkə də, bu uğursuzluq onun sevə bilməməyində idi. O, həm dəlicəsinə sevir, həm də sevgi adlanan nəsnənin qayda - qanunlarına riayət etmirdi. Onun sevgisində həmişə nə isə düzgün olmurdu. Çoşğun xəyalpərəst və gözəllik vurğunu olan Dostoyevski real olanlardan yan keçir, qeyri-adi və uzaq olanlara üz tuturdu. Həyatındakı qadınlar isə real idilər və onlar hər dəfə ürəkdən, bütün varlığı ilə sevən bu aşiqi çətin vəziyyətdə qoyur, özlərinə başqa sevgili tapırdılar. Görünür, ehtiraslı qadın qəlbinin çox vaxt şeytani tamah hissinə də açıq olması öz işini asanlıqla görür və bu məhz yazıçının payına düşürdü. Hər dəfə sevdiyi qadının başqasıyla olan eşq məcarasını dinləmək, ona şəfqətlə məsləhətlər vermək Dostoyevski taleyinə yazılmış bir sınaq yazısı idi. Amma bu fədakar aşiq heç vaxt geri çəkilmir, bütün qəlbi ilə mübarizə aparırdı.
Onun ilk və ən möhtəşəm sevgisi 35 yaşında ikən Kuznetskdə tanış olduğu Marina Dmitriyevnaya olan eşqi idi. Katorqa sürgünündən yenicə qayıtmış, qəlbi yaşamaq eşqi və yaradıcılıq həvəsi ilə çoşub daşan ədibin bu sevgisi ona eşqin bütün əzablarını daddıra bilmişdi. Dostoyevski bu qadını sevərkən o, ərdə idi və ərli bir qadını sevən yazıçı elə ilk andan öz qucağını iztirablara açmalı olmuşdu.
Dostoyevski həyatının bu qadına bağlı olan anı insan qəlbinin ehtirasdan bayıldığı, ağıl və idrakın öz hökmünü itirdiyi bir an idi. Əri öldükdən sonra yazıçının qarşısında yaşıl işıq yansa da, bu qadın tezliklə onu yenidən başqa bir əzab səddini aşmağa vadar etmişdi. Bu dəfə sevgilisi bəsit təfəkkürlü, sadə dünyagörüşlü bir əyalət müəllimini böyük mütəffəkirin qarşısına çıxartmışdı. Başqa bir sevgilisi - Apollinariya da bu “mükafatı” ondan əsirgəməmiş, ona yetərincə sevgi iztirabları bəxş etmişdi. Hər an xəyanətə hazır olan bu qadın qəlbindəki təlatümlü Dostoyevski sevgisinə dəlicəsinə vurulduğu bir fransız tələbənin sevgisini də qatmış və bu “qatkını” təmizləməyi inadkar aşiqin ixtiyarına buraxmışdı.Yenə eyni təzadlar, eyni iztirablar.... Lakin bu iztirablar həyatın özü qədər nəşəli və möhtəşəmdi.
Öz mübarizəsindən əl çəkməyən Dostoyevski inadla və usanmadan bir zərrə işığa üz tutaraq özünə nəfəslik açmağa nail olurdu. Böyük iradə sahibi və fədakar aşiq tanrının ona bəxş etdiyi enerji və istedad ilə hər şeyi yoluna qoymağı bacarırdı. Bütün bu psixoloji keçid mərhələlərində onun daha bir istedadı və insani keyfiyyəti üzə çıxırdı. O, ədibi lovğa və təkəbbürlü bir tələbə ilə dəyişməyə hazır olan Mariya Suslovanın şıltaqlıqlarına dözür, onu intihardan çəkindirir, dəli kimi sevdiyi, ilk eşqi Mariya Dmitriyevnanın ərə getməyə hazırlaşdığı adama - Verqunova kömək etməyə çalışırdı.. Yazıçı nüfuzlu Vrangelə məktub yazaraq Verqunova yaxşı bir iş tapmağı xahiş edirdi. Eyni zamanda, əndazəsini aşmış fədakarlığına görə özünə “bəraət” qazandırırdı. .”Bunların hamısı o qadın üçündür, yalnız onun üçün. Heç olmasa o, yoxsulluq içində qalmayaydı”. Bu xətt Dostoyevskinin həyat salnaməsində insanlığın ən ali mərtəbəsi kimi dəyərləndirilir və bütün mübarizələrin kökündə, insan həyatınin ən ali məqamı olan sevgi dayanırdı. Sevgi məcaralarının ən kritik anlarında belə Dostoyevskinin güçlü iradəsi təslim olmur, inadla çıxış yolu axtarırdı.
O, dəlicəsinə sevdiyi qadını – Mariya Dmitriyevnanı itirmək ərəfəsində, hər şeyin tamamilə yox olduğu vaxtda, ümidsizliyin bir addımlığında mümbarizəyə atılır. Onu həyatın müflisləşmiş üzünə sürükləyən, qumar kazinolarına aparn güclü iradəsi bu dəfə sevgisi uğrunda mübarizədə sərkərdə rolunu oynayır və qələbə qazandırır.
Bütün bunlarla yanaçı, Dostoyevski də tanrının yaratdığı adi insanlardan biri idi. Uzun –uzadı sevgilərdən çıxmış, yorğun, taqətsiz Dostoyevski ömrünün son mərhələlərində onu anlayan sevgidən çox dostluq, şəfqət umduğu, sevgilidən daha artıq ata kimi qeydinə qalacaq qadına üz tutur. Bütün hisslərin sonu lal, sakit bir məcraya yönəlməyə məhkumdur. Yoxsa həyatın səsini dinləmək olmaz, insan öz səsi içində boğula bilər. Ədibin həyatındakı sonuncu qadın, məhz sonuncu olan, Anna Qriqoryevna onun həyatını sahmana sala bilmişdi. Onu sakit bir məhəbbətlə sevən bu qadın əvvəlcə bir stenoqraf kimi ədibin əsərlərinə, sonra isə dağınıq insan həyatına ustalıqla əl gəzdirdi. Bu evlilik onun dəli eşq salnaməsinin son akkordu idi. Bu həm də, ehtirasdan sağ - salamat çıxmış insanın reallığa qayıdışı idi.
Bu qadın ona uşaq bəxş etdi, son nəfəsinə qədər onun qayğısına qaldı. İnsan təkamülünü həyat yoluna təslim etdi.

Комментариев нет:
Отправить комментарий