Страницы

23.11.2012

Seymur Abbas: “Daşı dələn damcı olmaq”

Seymur Abbas “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Allah bəndəsi.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Seymur Abbas.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Azad adam.

- Dost…
- Yaxşı şeydir, amma azdır, çox az.

- İlk sevginiz?
- Azadlıq.

- Əsas ixtisasınız?
- Kulturoloq.


- İstifadə etdiyiniz nəqliyyat növü?
- Avtobus, amma kənddə at, şəhərdə velosiped istəyərdim.

- Sevdiyiniz maşın markası?
- Maşın- “Zinger” -nənəmin tikiş maşını, avtomobil isə BMW.

- Sevdiyiniz brend?
- Neftçala balığı, kürüsü.

- Sevdiyiniz saç düzümü?
- Qısa.

- Sevdiyiniz rəng?
- Yaşıl və sarı.

- Ən çox bəyəndiyiniz ölkə və şəhər?
- Vətənimdir, vətənimdir, vətənim.

- Sevdiyiniz yemək?
- Anamın bişirdikləri, əsas da kartof və balıq qızartması.

- Ən çox istifadə etdiyiniz söz?
- Niyə?

- Leksikologiyanıza yad olan söz?
- İnamsızlıq.

- Sizi nə həyacanlandıra bilər?
- Axtardığımı tapmaq.

- Ən çox sevdiyiniz kitab?
- “Nəhcül Bəlağə”, oxumaqdan doymuram.

- Ən çox sevdiyiniz yazar?
- Eren Erdem.

- Ən çox bəyəndiyiniz ifaçı?
- Moen.

- Ən çox bəyəndiyiniz musiqi janrı?
- Həzin musiqilər, bəzən də marşlar.

- Özünüzdə qeyri-adi istedad hiss edirsizmi?
- Bəli, məsələn güclü fotoqrafik yaddaş.

- Mənfi xüsusiyyətiniz?
- "Tez-Bazar"a sığmaz.

- İdeal insan necə olmalıdır?
- Peyğəmbər kimi.

- Özünüzü ideal insan hesab edirsizmi?
- Xeyr.

- Sizi özünüzdən nə çıxarda bilər?
- Özündən çıxmanın yox, özünə qayıtmanın tərəfdarıyam.

- Həyat fəlsəfənizi ifadə edin.
- Heç kimə qul olma, Allah səni azad yaradıb!

- Siz xoşbəxtsinizmi?
- Xeyr.

- Bədbəxtliyin xüsusi düsturu varmı?
- Var.

- Hər şeyin sonu üçün əvvəlinə münasibətiniz necə olur?
- Hər şeyin əvvəli əvvəldə qalır.

- Ölüm niyə ölmür?
- Bizi diriltmək üçün.

- Dinlərə münasibətiniz?
- Haqq birdir, qalanları təhrif olunub.

- Kimdən və nədən xilas olmaq istərdiniz?
- Azadlığı boğan hər kəsdən və hər şeydən.

- Falçıya inanırsızmı?
- Xeyr.

- Daş olmaq yaxşıdır, yoxsa daşlaşmaq?
- Heç biri, daşı dələn damcı olmaq.

- Sevinciniz nə qədərdir?
- Kədər ümmanındakı bir damcı qədər.

- İnsanların hansı xüsusiyyətlərinə dəyər verirsiniz?
- Alicənablığa.

- Bağlayıcılardan çoxmu istifadə edirsiniz?
- Çox.

- Çayı içmək ürəyinizcədir, yoxsa keçmək?
- Heç biri, yönləndirmək.

- Gülməyi xoşlayırsız, yoxsa güldürməyi…
- Gülümsəməyi və gülümsətməyi.

- Mənə sualınız.
- Niyə?

Tural Balabəyli

Комментариев нет:

Отправить комментарий