Страницы

23.11.2012

ƏSİL-NƏSLİNİ unutmuşlar haqqında MANİFEST

Elnur Nəhmətov

Faiq   Balabəylinin “Lənətlənmiş həyat”  povestini iki dəfə oxumağa cəhd etmişdim. Hər dəfə də bir əmma çıxmışdı; işin çoxluğundan problemlərlə dolu həyatımızda əsər oxumağa vaxt qalıb ki...
Kaş oxumayaydım. Mənə elə gəlir ki, əsər ürəyi zəif olan insanları, sözün əsl mənasında, məhv edə bilər. Ürək parçalayan mənzərələr, reallığı əks  etdirən səhnələr insanı çox  təsirləndirir.
Həyatın mənasını namusla yaşamaqda görən baş qəhrəman namussuz insanların şikarına çevrilir.

Qızının adını Xoşbəxt qoysa da, onu xoşbəxt edə bilməyən ata vicdansız, əclaf insanlardan ardıcıl olaraq zərbələr alır.Bu alın yazısı deyil, bu yaramaz hakim orqanların bu xalqın vətəndaşlarına olan münasibətidir.
 Məmmədin daxili aləmi, körpə övladına olan münasibəti ,başına gətirilən haqsızlıqlar ürək yıxır,ürək parçalayır. Bulud     kimi dolur ürək. Əsərdən “can qurtarmaq” istəyirsən. Əsərin finalında gözlərdən süzülən yaş “kişi ağlamaz” fikrini tamamilə məhv edir. Ağlamamaq mümkün deyil.
Realist nəsrin ən yaxşı nümunəsi sayıla biləcək bu əsərdə jarqonlardan, varvarizmlərdən, ümumiyyətlə, nəsrin tələblərinə uyğun ola biləcək hər bir detal öz əksini tapıb. Süjet xətti haqqında da heç bir irad ola bilməz. Lakin vulqar söz və  ifadələr əsərdə olmasaydı, daha yaxşı olardı.
Azərbaycanlılar  “Bu zalım dünyada doğulma” adlı hind serialına baxdı.  Bu zalım dünyada doğulan elə bizlərik, bundan qaçmaq  mümkün  deyil.  Əsəri   oxumağı  hər bir şəxsə tövsiyə edir, həyatda ehtiyatlı  olmağa  səsləyirəm.
Müəllifə  isə  yaradıcılıq  uğurları  arzulayıram.

Комментариев нет:

Отправить комментарий