Страницы

16.11.2012

Şəlalə Cavanşir. Torpaq altında qalan dilimiz


Ana dilim
Sən basqı altında qaldın
əzildikçə dirəniş gücün artdı
sən ölkəmizə oba -oba, kənd- kənd, şəhər-şəhər sıxışdırıldın
sıxışdırıldıqca
bağrımıza təpildin, köksümüzdə yuvalandın

səni, fuzulinin qəzəllərində sevdik, qorqud dədənin qopuzunda
sən bizim soyumuzun, kimligimizin canlı tablosu oldun
yox olmadın , yox olmayacaqsan
yurdumuz dağıldı ,dağıdıldı
torpaq altında qaldı türkçə hayqıran analarımız
torpaq altında qaldı türkçə hayqıran dədələrimiz
torpaq altında qaldı türkçə hayqıran gəlinlərimiz
torpaq altında qaldi türkçə hayqıran gənc igidlərimiz
yardımlarına gələn olmadı .olmaz oldu
boğuldular ,torpaq altında qalıb boğuldular
çünkü türkçə hayqırdılar
türkçə hayqırdılar son nəfəsləri ilə analarımız
türkçə hayqırdılar son nəfəslərində uşaqlarımız
türkçə bağırdılar gənc igidlər
türkçə hayqırdıqları üçün öldülər
türkçə bağırdıqları üçün öldülər
uçuqlar altında qaldın dilim
uçuqlar altında qaldın türkçəm
uçuqlar altında qaldın ölkəm
uçuqlar altında qaldın ana dilim
yurdum uçuq – xərabələrə dönüşdü
dönüşdürüldü
yaralar açıldı yurdumun bağrında
ürəyi param- parça oldu ölkəmin
bağrı dəlik – deşik oldu fuzuli qəzəllərinin
könlünə atəş qoyuldu kaşqarlı dilinin
qaranlığın dalğalandığı ölkəmdə
beşiklərində öldülər balaca uşaqlar
ağzına daş təpldi türkçə dil açan balaca uşaqların
herisdən ,vərziqandan , əhərdən ,qaradağdan
qara xəbər yayıldı
qarabağın qara xəbərlərinə qaralar qatıldı
türkçə ağular söylədi
ağbirçək analar
türkçə ağladı analar
sən ölmədin , mənim türkçəm
sən yaşayırsan bağrımızda
sən yaşayacaqsan ağlımızda
sənin üçün , yalnız sənin üçün yaşayanlar var ana dilim
sən bizim gerçək qurtuluş bayrağımızsan türkçəm
qəlbimizdə dalğalanan bayrağımızsan .
bayrağımızsan.

Комментариев нет:

Отправить комментарий