Страницы

22.11.2012

Sülhəddin Əkbər iç üzünü göstərdi

Açıq Cəmiyyət Partiyasının sədri hakimiyyyətə gələcəkləri təqdirdə talışların Heydər və İlham Əliyevlərə rəhmət oxuyacaqları anonsunu verdi

Xəbər verildiyi kimi Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin təsis edilməsi Azərbaycan cəmiyyətində bir mənalı qarşılanmayıb. Azərbaycan Ziyalılar Birliyinin sədri kino-rejisor Eldəniz Quliyev yeni yaradılan təşkilata münasibətdə müsbət mövqe sərgiləmiş, bunu mövcüd problemlərin həll olunmasında əsaslı bir addım olaraq Azərbaycana süni problem yaratmaq istəyən qruplar, separat dəstələr üçün bir ibrət dərsi olacağına istinad etmişdir.
Saxta deputat Hadı Rəcəbli isə ilk addımındaca təşkilatı qaralamışdır. Nəzərə alsaq ki, Hadı Rəcəbli YAP-çıdır, ölkəmizdə hökm sürən avtoritar rejimin "vintçik"lərindən biridir, korrupsiya piramidasının orta təbəqəsində olan yerlərdən birini zəpt edib və 15 illlik fasiləsiz olaraq saxta Milli Məclisin saxta mandatı ona həvalə olunub, onun mövqeyi başa düşüləndir.
Hadı Rəcəblinin məlum mövqeyini bölüşənlərdən biri də bu gün onunla ideoloji cəhətdən qarşı cəbhədə dayandığını elan edən Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərdir. Qeyd edildiyi kimi bu adam "Açıq Cəmiyyət Partiyası" adlanan bir siyasi qrumun rəhbəri kimi özünü təqdim edir. İlk baxışdan belə bir siyasi partiya hər şeydən əvvəl cəmiyyətdə mövcüd olan problemlərdən ən azı açıq şəkildə danışmağı qarşısına məqsəd qoymalıdır. Yeni yaranan təşkilata münasibət də isə söhbət Azərbaycanın köklü xalqlarından biri olan talışların Azərbaycan dövlətçiliyində bərabərhüquqlu əsaslarla iştirakından gedir. "Açıq cəmiyyətçi" ölkənin bütün əhalisinin demoktarik proseslərdə iştirakına dəstək vermək və belə bir təşkilatın yaranmasını alqışlamaq əvəzinə, Birliyin təsisçilərinə az qala indiyə qədər törədilmiş bütün anti-bəşəri cinayətlər üzrə ittiham sürməyə cəhd edir.  O, bir az da irəli gedərək belə bir Birliyin təsisini dünyanın böyük siyasi gücləri olan Rusiyanın, İranın işi kimi qələmə verir. Görünür gündə bir təşkilatın, xüsusən siyasi spektrin əks cinahlarında mövqe tutan siyasi partiyaların rəhbərliyində yer alan bu şəxs məhz həmin siyasi güclərin istəyi və göstərişi ilə yerdəyişmələr edir və ona elə gəlir ki, cəmiyyətdə digər şəxslər də məhz onun kimi hərəkətlər edirlər.
20 ildir Azərbaycan diktator Heydər Əliyevin diktə etdiyi prinsiplər əsasında idarə edilir. Separatizmin klançılıq, reqionçuluq, traybalizm kimi formalarına söykənən Əliyev idarəçiliyinin başlıca prinsipi hakimiyyəti hər vəclə əldə saxlamaqdan ötrü ölkə əhalisini qarşı-qarşıya qoymaq, buna görə bütün vasitələrdən, xüsusən Azərbaycanın milli-etnik tərkibindən  yararlanmaqdır. Son 20 ilin təcrübəsi göstərir ki, ölkədə demokratiya ab-havası baş qaldıran kimi dərhal milli-etnik məsələ süni şəkildə separatizm damğası ilə qabardılır və demokratik proseslərdən diqqəti yayındırmaq məqsədilə onlardan süni düşmən obrazı yaradılır. Bu Heydər Əliyevin çox böyük ustalıqla işləyib hazırladığı mexanizdir. Ölkənin demokratik qüvvələri hələ ki, bilərəkdən və ya bilməyərəkdən bu havaya oynamaqda davam edirlər. Azərbaycan coxmillətli dövlətdir. Bütün köklü xalqlar Azərbaycan dövlətçiliyinə şərikdir. Ölkənin bütün vətəndaşları cəmiyyətin demokratikləşməsində iştirak etməlidirlər. Vətəndaşa milli, etnik, dini, cinsi və digər çox saylı əlamətlərə görə fərq qoyulmamalıdır. Bunlar adi elementar qaydalardır. Əgər partiya sədrinə bu elementar normalar məlum deyilsə, onda o, hansı mənvi haqla özünü demoktaiya qurucusu kimi xalqa sırımaq istəyir?  
Özünü Azərbaycan iqtidarına müxalifətçi kimi təqdim edən Sülhəddin Əkbər həmən iqtidarın milli-etnik siyasətini  "Azərbaycanda etnik azlıqların qızıl dövrü" adlandırır. Əslində o, bununla özü-özünü ifşa edir, şüuraltısında daşıdığı fikirləri birüzə verir. Məlumdur ki, Əliyev rejimi illərdir Avropa Şurası qarşısında ölkənin köklü xalqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, qulaq ardına vurur. Bu iqtidarın dövründə talışların yeganə mətbu orqanı olan "Tolışi Sədo" qəzetinin baş redaktoru professor Novruzəli Məmmədov həbsxanada qətlə yetirilib, onun ailə üzvləri müəmmalı şəkildə öldürülüb. Həmin vəzifədə mərhum professoru əvəz edən riyaziyyaşı alim Hilal Məmmədov qondarma ittihamlarla həbsə atılıb, taleyi çox böyük sual altındadır. Bütün bunları Sülhəddin Əkbər "qızıl dövr"adlandırırsa, onda onun başçılıq etdiyi partiyanın iqtidara gələcəyi təqdirdə ölkənin köklü xalqlarının başına hansı müsibətlərin gələcəyini təsəvvür etmək o qədər də çətin deyildir.

talish.org

Комментариев нет:

Отправить комментарий