Страницы

24.11.2012

Tənhalıq elegiyası


Vasif Əlihüseyn

Könlüm

Sevə-sevə külə döndü,
Sənsiz tənha qalan könlüm.
Neçə kərə gözlərimlə,
Sənə dedim yalan könlüm.

Unutduğum ilk bahardı,
Bir qız sevdim, dedim yardı.
Elə şirin sözü vardı,
Etdi səni talan könlüm.

Nə üz çevir, nə də alış,
Bu qismətdi, sən də barış.
Gəzib belə qarış-qarış,
Yaşa könlüm, dolan könlüm.


Tənhalıq elegiyası

         Ürəyim
         keçmişimdə qalıb.
         Xatırlayır səni
         ayrılıq dolu misralar.

          Bilirəm,
          yenə bir sevgi 
          şeirimdən
          cingildəyir qulaqların.

           Düşür əlinə
           qəzet köşkündəki
           son səhifə.

           Yenə bir
           “Get” şeiri
            Qovur səni 
            yaddaşımdan.

Vasif Əlihüseyn Əlifağa oğlu 1985-ci il sentyabrın 25-də anadan olub. Moskva Sosial Dövlət Universitetinin “Filalogiya” kaulitəsini bitirib. Bakı Slavyan Universitetinin “Yaradıcılıq fakulitəsi”nin tələbəsidir. “Ayrılığın rəngi” adlı şeirlər kitabının müəllifidir. “Pərvanə” və “Yeni era” ədəbi məclislərinin üzvüdür. Elektron ünvanı: vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий