Страницы

26.11.2012

Vüsal HİCRANOĞLU - Təbiət

Gözəl xınalı kəklik,
Quşların şən nəğməsi,
İnsanı valeh edir,
Gur axan çayın səsi.

Böyük xalıya bənzər,
Yamyaşıldır çəmənlər.
Qəlb oxşayan naxışı,
Nərgizlər, yasəmənlər.

Gəzirəm aram-aram,
Təzələyir yaddaşı.
Sirli abidələrdir,
Burada addımbaşı.


Dağın qarın əridir,
Al günəşin şöləsi.
Deyirəm nə gözəldir,
Bizim Odlar ölkəsi.

Комментариев нет:

Отправить комментарий