Ağlama, sən ağlasan Pünhan da ağlar, ağlama,
Bir zaman görsən əgər köksümdə dağlar, ağlama.
Sanma qəm qəddim əyər, qəmdən ola qəddim əyər,
Haqq olan dünya qəmin çiynində saxlar ağlama.
Qəlbinə həkk eylədin hər kəlməmi nəqqaş kimi,
Od tutub indən belə yansa varağlar ağlama.
Qovdular bağbanı bağdan, düşdü bağ yad əllərə,
Gəlməsə bağdan, gül açmaz təşnə bağlar ağlama.
Haqqı hifz etməkçün Allah tutdu üstün hicrəti,
Harda olsan bil səni qəlbim sorağlar ağlama.
Haqqı nahaqdan ayrılan gün ruh da göylərdən qopar,
Yerdə öz cismin tapar haqdır o çağlar ağlama.
Bir zaman haqq yerdə imiş sonra qalxmış göylərə,
Bir də ensə aşiqiynən əhd bağlar ağlama.
Çox fəqirin qəm çırağı Pünhanın qəlbindədir,
Ağlasan qorxum odur sönsün çırağlar ağlama.
Комментариев нет:
Отправить комментарий