Страницы

24.12.2012

İbrahim Sel: “Götedən-mötedən savad olmaz!”

Müsahibimiz Azərbaycanda ən çox oxunan, qalmaqallı profliqa.blogspot.com resursunun admini İbrahim Seldir

“Bizim professionallığımız erməni həmkarlarımızı qat-qat üstələyir, sadəcə bizdə oxucu yoxdur”

“Bizim müxalifətin sevimlisi Hillari Klinton cavanlığında aktiv lezbiyanka olub”

“Bütün murdarlıqlar dünyaya Amerikadan yayılır”

-Sizcə bloggerlik jurnalistikadırmı və bizə lazımdırmı?
-Müasir dünyada ictimai-siyasi durum elədir ki, əgər bütün jurnalistika belə məhv edilsə, təkcə bloggerlik saxlanılsa, media, bütünlüklə sivilizasiya bundan heç nə itirməz. Məsələn, ABŞ kimi iri kapitalist ölkələrində müxalifət yoxdur, bizdəki kimi hakimiyyətin “B” variantları var, yəni bir cibdən idarə olunan yalançı müxalifət başkanları var. Orda əsl, real müxalifət məhz bloggerlər sayılır. Ölkə intellektualları, mütərəqqi ictimaiyyəti məhz bu blogları oxuyurlar, onların auditoriyasını təşkil edirlər. Amerikada böyük Bloggerlər hərəkatı – Bloqodrom formalaşıb, təəssüf ki bizdə bu barədə məlumatlı deyillər.
Bizdə oxunan məlumatlar hamısı Si-En-En, Bi-Bi-Si kimi iudey informasiya mərkəzlərindən alınmış xəbərlərdir. Əsl Amerikanı tanımaq, iç üzünü bilmək üçün isə məhz dediyim bloglardakı xəbərləri oxumalısan. Müasir dünyanın Çe Qevaraları da məhz həmin bloggerlərdir. Rusiyada bloggerlər var ki, kult yaradıb, onların blogları məşhur saytlardan az ziyarət olunmur. Professor Stoleşnikovun davamçıları İverologiya Kafedrası yaradıblar, ordan virtual mühazirələr keçirlər. Bizdə bu cür sistemlər təəssüf ki hələ formalaşmayıb.

-Ədəbi-mədəni mühitdə ən ciddi, ziddiyyətli problemlər, məsələlər hansılardır?
-Problemlər bildiyiniz kimi o qədər çoxdur ki, saatlarca danışmaq, hətta bu barədə kitab da yazmaq olar. Amma nə faydası, danışmaq yenə özümüzə qalacaq. Masonlar təhsili necə məhv ediblərsə, ədəbiyyatın da məhv olması, həvəsin azalması üçün əllərindən gələni ediblər, çoxsaylı maneələr yaradıblar. Bizim professionallığımız erməni həmkarlarımızı qat-qat üstələyir, sadəcə bizdə oxucu yoxdur. Hal-hazırda bir nömrəli problem sanballı aylıq ədəbiyyat dərgisinin olmamasıdır. “Yazı” jurnalı nəşr olunur, amma təəssüf ki kvartal çıxır, bütün ədəbi mühiti və hadisələri əhatə edə bilmir. AYO-nun “Alatoran”ı sırf postmodernizm üstündə köklənib, klassik və ya konspiroloji istiqamətləri qəbul etmək istəmir. “Ulduz” jurnalını da son zamanlar veriblər ayseləlizadəkimilərin əlinə, normal ədəbi mətn ortalığa qoya bilməyən hansı zövqə malik olacaq, necə normal, oxunaqlı jurnal buraxacaq, baş açmaq olmur. Elçinin öz buraxdığı jurnal onlardan qat-qat güclü idi, bir məziyyəti o idi ki virtuallığı, internet ədəbi mühiti əks etdirmirdi. Sadaladığım kriteriyaları özündə birləşdirən jurnal, zənnimcə ədəbi mühitin inkişafı üçün böyük cığır açardı.

-Sizcə Azərbaycan ədəbiyyatında yaşanan bu günkü boşluqda dünya ədəbiyyatından bixəbərliyin rolu varmı? Bizim yazarlar dünya ədəbiyyatını niyə oxumurlar?
-Niyə oxumurlar ki? Oxuyurlar, Markesi oxuyurlar, Umberto Ekonu oxuyurlar və başlayırlar ülləmalıq eləməyə! Əsəf Qaraqaplanı indi də cühud kalkası Kafkanın son məktubu dəli eləyib. Bunlar da savadı Götedən öyrənir. Ay yoldaş, götedən-mötedən savad olmaz! Həyatı doğru başa düşmək və normal yazıçı olmaq üçün Markesi oxumaq azdır. Necə ki bizim Pərviz Yusif kimi sənətkar gedib xarici oxucuya çatmır, xaricdəki oxucu da əsl Azərbaycan ari ədəbiyyatının varlığından xəbərsiz qalır. Real vəziyyət budur ki, bizimkilər xaricdəki əsl ari ədəbiyyatı tanımırlar. Çünki tərcümə rıçaqlarını əlində saxlayan iudey təşkilatları onların burda təbliğ olunmasında maraqlı deyirlər. Qabımızı nə tökürlərsə onu da yeyirik. Həmin təşkilatlara – Qlobal Hakimiyyətin infrastrukturuna bizim üstün insan kimi formalaşmağımız yox, öz leksikonları ilə desək “qoy” kimi formalaşmağımız gərəkdir. Odur ki gedin Qərbin 3-cü dərəcəli yazarlarını oxuyun nə qədər oxuyursuz, bir irəliləyiş olmayacaq. Bizim kitabxanalar və satış məntəqələri məhz Qərbin süleymanrəhimovşinası ilə doldurulub.

-Biz tənqidə nə dərəcədə dözümlüyük? Sizin ünvanınıza olan ən doğru və ən yanlış tənqid hansı olub? Ən son kimi tənqid etmisiz və ən son sizi kimi tənqid edib?
-Mən tənqidə dözümlü adamam. Əgər tənqiddə qərəz yoxdursa, o tənqid qəbulolunandır. İstənilən tənqidi materiala baxan kimi bilmək olur, o qərəzli yazılıb, ya ürəkdən gələn oxucu fikirləridir. İradə Musayeva adlı müasir tənqidçi var, onu maraqla oxuyuram. Cavanşir Yusifli bu yaxınlarda Sayman Aruzu tənqid etmişdi, bax o həqiqi hisslərdən gələn bir professional oxucu yanaşması idi. Amma bir də görürsən ki, biri güney ədəbiyyatını tənqid edir, amma o tənqidin altında güneylilərə nifrət yatdığını mən gözəl bilirəm. Azərbaycanı bəlalara salanlara qarşı nifrət qalıb bu yanda, bunlar da qəzəbin rakursunu güneylilərə yönəltmək, süni nifrət yaratmaq istəyirlər. Mən onlara dəfələrlə demişəm, sizin İrana, farsa nifrət oyununuzun arxasında əslində Güney Azərbaycan türklərinə nifrət dayanır. Bunu onlara dəfələrlə sübut etmişəm, özləri də təsdiqləyiblər. Bir qrup adam düşüb ortaya, həqiqi dəyərlərimizi, müqəddəs simvollarımızı ləkələmək istəyirlər. Kişilik torpaqlarımızı hədəf götürüblər. Həmin nifrətin isə özəl səbəbləri vardır ki, başqa geniş söhbətin mövzusudur.

-Nə zaman və hansı yazıçının ev muzeyində olmusunuz?
-Xarici ölkələrdə olarkən muzeyə və kitabxanaya getmək heç vaxt ağlımdan keçməyib. Əgər dili bilmirsənsə, həmin ölkədə ədəbi məkanda olmağın nə mənası var ki? Və yaxud Türkiyədə muzeyə getmək adama nə əqli fayda verə bilər? Orda da bizdəki kimi muzeyi süleymanrəhimovkimilərə açarlar, pərvizyusiflərə yox! Odur ki mənası yoxdur. Mənim Azərbaycanda müqəddəs məkan bildiyim bir yer var, o da Axundov kitabxanasıdır. Zənnimcə o məhv olsa, Azərbaycan xalqı çox şey itirər. Xalqımız əqli yaddaşı Axundov kitabxanasıdır. Həmişə əlimdə siyahı olur, ildə bir dəfə də olsa Axundov kitabxanasına gedib, həmin mənbələri dəqiqləşdirirəm. Təəssüf ki bizim dissertantlar Axundov kitabxanasına Novruz şənliyindən, ya da gəlinlik paltarından dissertasiya işi yazmağa yollanırlar, normal elmi araşdırma aparanlarımız yox dərəcəsindədir.
-Bu günlərdə Berlində keçrilən gey-paradda 700 mindən çox mavi iştirak edib. Dünya mətbuatı geylərin artması haqqında həyacan təbili çalır. Sizcə bu durum Azərbaycanda necədir? Sizin müşahidələriniz ölkəmizdə də geylərin artması nəticəsinə gəlirmi?
-Məktəblərdə seksual rəngarənglikdən danışmaq, tarix dərsliklərinə qeylərin mədəniyyətindən bəhs edən fəsil daxil etmək, cəmiyyətin inkişafında qeylərin və lesbiyankaların tarixi xidmətlərini göstərmək tələb kimi qarşıya qoyulur. Kaliforniya ştatının qubernatoru Arnold Şvartsneger ştatın senatorları tərəfindən irəli sürülmüş qanunu təsdiq etməyə məcbur oldu. Qanun layihəsinin təşəbbüskarlarından biri Demokratik partiyadan olan senator Ş.Kuel özü açıq lesbiyankadır. O demişdir: “1995-ci ildən biz məktəblərdə qey, lezbiyanka, biseksual və transseksual uşaqlar üçün yaxşı şərait yaradılması üzərində işləyirik”. İşlər o istiqamətdə qurulur ki, hamı qeyri-ənənəvi oreantasiyaya malik olmağa can atsın. Məktəb proqaramlarına eyni cinsdən olanların münasibəti haqqında dərslər salmaq barədə qərarlar qəbul edilir. Başqa sözlə desək, məktəbi homoseksual ideologiyanın mənbəyinə, ocağına çevirirlər. “Qeylərin tarixi xidmətləri”, o cümlədən, “seksual müxtəlifliyin” vacibliyini bilməklə yaxşı qiymət almaq olar... Bəli, bütün bunlar Amerika gerçəkliyinin çox cüzi bir hissəsidir, həm də Amerikada qəbul olunmuş həyat tərzidir. ABŞ bu “dəyərləri” normal hesab etməklə yanaşı onun bütün dünyada qəbul edilməsinə istiqamətlənmiş siyasət yeridir. Qəzetlər yazır ki, 1997-ci ildə “132 açıq homoseksualistlər ABŞ-da siyasi vəzifələt tutmuşlar”. Bu hələ yalnız açıq homoseksualistlərdir. Bəla get-gedə dünyanı bürüyür.

-ABŞ dövlət katibi Hillari Klinton çıxışlarının birində geylərin, lezbiərin, biseksualların və transseksualların hüquqlarını müdafiə etmələrini, onlara köməklik göstərib dəstək vermələrini Ağ Ev xarici siyasətinin prioriteti olduğunu bildirmişdi. Sizcə bütün dünyada cinsi azlıqların artmasında bu siyasətin də rolu var?
-Bəli, cinsi şizofreniya ildən-ilə daha kəskin şəkil alır. Amerikanın “Mens journal” jurnalı iyirmi ən görkəmli kişilərin adlarını dərc etmişdir- onların arasında bizim müxalifətin sevimlisi Hillari Klintonun da adı vardır. Amerika mətbuatında gedən çoxsaylı məqalələrə görə o cavanlığında lezbiyanka olmuş və ona görə də ABŞ lezbiyankalar cəmiyyətinin kumiri, pərəstişkarı hesab olunur. O həmişə homoseksualistlərin, lezbiyanların keçirdikləri paradlarda iştirak edir, belə yürüşlərdə passiv lesbiyankalar başının üstündə “Hillari” yazılan plakatlar aparırlar. “Fəal” lesbiyankalar isə ədliyyə naziri Janet Rionun və bir neçə yüksək vəzifəli demokratların portretlərini aparırlar, çünki deyilənlərə görə Janet Rio Hillarinin həyatında olan “ilk kişi” olmuşdur- bu hadisə tələbəlik illərində baş vermişdir. Odur ki Hillari “xanım”ın canfəşanlığı başadüşüləndir. ABŞ-ın homoseksual dalğası artıq başqa kontinentləri də bürümüşdür. Jirinovski düz deyir ki, bütün murdarlıqlar dünyaya Amerikadan yayılır. Artıq dünyanın bir çox ölkələrində seksual azlıqlar utanmadan, çəkinmədən yürüşlər keçirirlər. Aydındır ki bu cür siyasət yuxarılardan təşkil olunur və məhz ailə institutuna qarşı çevrilmişdir.

-Xaricdən gətrilmiş ərzaqların tərkibində hormonal dəyişikliyə uğradan qatqıların olduğu bildirilir. Siz ərzaq seçərkən xarici və ya yerli mal olmasına üstünlük verirsizmi?
-Hamınızı Elçibəyin vaxtında ölkəmizə soxulmuş, genosidlə məşğul Türkiyə kürdlərinin “Teksun” kimi firmalarını boykot etməyə çağırıram. “Teksun”a Yalamadan o yana, Astaradan da bu yana heç yerdə rast gəlməzsiniz, Azərbaycanda isə çayından tutmuş yağına kimi nə desən buraxırlar! Hal-hazırda regionda ekoloji cəhətdən təmiz ərzaq məhsulları buraxan yeganə ölkə İrandır. Çalışın ki, mağazalarda satılan ərzaqlardan istifadə etməyəsiniz. Sübut edilib ki, bizdəki qidaların 95 faizinin geni dəyişdirilmiş olmaqla insan səhhətini darmadağın edir. Hətta un məhsulları belə təhlükəlidir. Elə buna görədir ki, artıq 50 yaşa qədər yaşamaq belə çətinləşib. İmkanlı şəxslər ölkədən kənardan ərzaq gətirir özləri üçün. Bütün növ içkilər, şirələr, toyuq əti və sairə təhlükə mənbəyidir, xüsusilə uşaqların debilləşməsinə gətirib çıxarır. Gmo yeməklərlə balalarınızı çumo vəziyyətinə salmaq istəyirlər. Kimin imkanı varsa öz həyətinin suyundan, toyugundan başqa heç bir şeydən istifadə etməsin. Bu məsələni hətta kənd təsərrüfatı naziri etiraf edib. Adi diş pastası “Kolqeyt” tərkibində olan ziyanlı maddələrə görə dünyanın bir çox ölkələrində qadağan olunub, İtaliya dövləti bu yaxınlarda 20 min “Kolqeyt” diş pastasını satışdan yığışdırıldı, bizdə isə gündən-günə daha geniş reklam olunur. Yazar dostlarımızın hamısına rusların “Lesnoy balzam”ı ilə dişlərini sürtməyi məsləhət görmüşəm: həm ucuz, həm də keyfiyyətlidir.

Asim Məmmədov

Комментариев нет:

Отправить комментарий