Страницы

24.12.2012

Bu dünyada darıxıram, öz dünyamda çox oluram

Laçın Məmişov

Dostar ricam, inciməyin, nədən qəfil yox oluram
Bu dünyada darıxıram, öz dünyamda çox oluram

Bu dünyanın mal sevgisi, öz dünyamın hal sevgisi
Haldan çıxarır nəfisi, öz dünyamda tox oluram

Fani dünya malı miras, aldın alacaq o qisas
Nə daş atmıram fələyə, nə hədəfdə ox oluram

Hayqıracam, bağıracam, hamınızı çağıracam
Görəsiniz çiçəklərə necə ətir-qox oluram

Laçın dünya xarabadı, qəm yükünə arabadı
Qalsam çirkin təkərinə əyri-dəli ox oluram

Комментариев нет:

Отправить комментарий