Страницы

24.12.2012

Ey Kaş Qocalmayasan Canım Ay ANA

Omid Nəccari

Ey Kaş Qocalmayasan Canım Ay ANA
Gözlərinin nisgilinə qurbanam
Hər sözünə söhbətinə tay yanam
Sızıltına , xoş sazına mən varam
Ey Kaş Qocalmayasan Canım Ay ANA

Dolur gözüm , gözlərinə baxanda
Şux qamətin xatirimə salanda
Çiçəklənən ağac oldun boranda
Ey Kaş Qocalmayasan Canım Ay ANA

Adın gəlir, bikəs yetim kövrəlir
Dünya səndən dil açmağı öğrənir
Laylayında misilsiz bir nəğmədir
Ey Kaş Qocalmayasan Canım Ay ANA


Peşman olmur ANA deyən dodaqlar
Barmaqların tellərimi daraxlar
Sən olmasan gözlərim də qan ağlar
Ey Kaş Qocalmayasan Canım Ay ANA

Ayaqların yastığımdır, başıma
Alışmışam , öğrənmişəm bağrına
Təbəssümün, güc veriri canıma
Ey Kaş Qocalmayasan Canım Ay ANA

Sən getmə ki ,aləm sənə baş əysin
Məhəbəti ,beşiğində törətsin
Bərəkətin , quru çölü gövətsin
Ey Kaş Qocalmayasan Canım Ay ANA

Sığınaram dizlərinə ,böyrünə
Vaxtsız zaman , ANA düşüdü göylümə
Qal yanımda, ehtibar yoxdu ölümə
Ey Kaş Qocalmayasan Canım Ay ANA

Комментариев нет:

Отправить комментарий