Страницы

31.12.2012

Kasıbların bayramı

Mərdan Əzimov

Kasıbların bayramı yaxınlaşır.
Bu gündən artıq Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliy günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü demirəm, amma Yeni İldə bu bizim ölkənin kasıb təbəqəsi nəyi var “tərliyir”. Aylarnan tər qurumur. Həftələrnən pis qoxu hiss olunur. Yavaş-yavaş qoxu da itir, tərdə quruyur. Amma elə iz buraxır ki, hər yada düşəndə tüklər biz-biz durur...
Nə isə. Demək olar ki, artıq bayramdır. Amma hələ də çox adam “tərləməyib”.
Hələ tezdi, məncə "tərləməyə" hələ vaxtları var. O vətəndaşlarımıza tövsiyyəm nə edirlər etsinlər, amma çox "tərləməsin"lər. Məlumdur ki, ölkəmiz kəskin qış günlərini yaşıyır. Canlarınnan uzaq, tərləri bədənləri uçun böyük fəsadlar əmələ gətirə bilər. Birdə yeri gəlmişkən, "tərim" qurumamış, tərli-tərli hamının bayramlarını təbrik edim, sonra gec olar. Əsas can sağlığıdı canınızı qoruyun, qalan hər şey yaxşi olacaq.

Комментариев нет:

Отправить комментарий