Страницы

25.12.2012

Kim nə deyər bizdə olan qeyrətə?!

Mirzə Ələkbər Sabir

Gəlirəm yazmağa bir kəlmə, tutursan əlimi
Qorxuram, ya nə üçün? – çünki kəsirsən dilimi
Ey əcəb, men ki sədaqət yolunu azmayıram
Hələ gördüklərimin dörddə birin yazmayıram!

Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəlli bütün millətə!…

Dindirir əsr bizi, – dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz;
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömmüş yerə minbərdəkilər!


Söylə, təqsiri nədir, tapdalayırsan yazığı?
Böylə işlər çox olur, cümləsi şeytan işidir!
Etdiyin cürmünü şeytan adına çıxma, onun
Yox bu işdən xəbəri, söylə: müsəlman işidir

Комментариев нет:

Отправить комментарий