Страницы

28.12.2012

Qarlı gündə

Könül Allahverdiyeva

Bir səhər Murad yuxudan oyandı ki, qar yağıb. O, bacısı Aytəni yuxudan oyatdı və bacısından bayıra çıxb qartopu oynamağı xahiş etdi. Aytən isə dedi:
-Murad indi məktəbə getməliyik. Gedək, gələndə oynayarıq.
Uşaqlar məktəbə getdilər. məktəbə tez getdiklərinə görə demək olar ki, heç kim yox idi. Muradla Aytən bir az qartopu oynayıb sinifə girdilər. Bir azdan bütün şagirdlər və müəllimlər də gəldilər. hər tənəffüs Muradla Aytən çıxıb uşaqlarla qartopu oynayırdılar. Aytən isə sevincli və həyəcanlı idi. Çünki məktəbdən evə gedəndə Muradla qartopu oynayacaqlar.
Dərs qurtardı. Uşaqlar evlərinə tələsirdilər. Onlar da həmçinin. dərs bitəndən sonra eəv gəldilər. paltarlarını dəyişdilər. yeməklərini yeyib, dərslərini hazırladılar. Yenidən çölə çıxıb qartopu oynamağa hazırlaşırdılar ki, telefon zəng çaldı. Telefonu Murad götürdü.
Zəng vuran Muradın dostu Eldəniz idi. Aytən:
-Murad, - dedi – gəl gedək, mən hazıram.
-Yox, Aytən, mən dostlarımla oynayacağam.
Aytən çox pis oldu. Qardaşının onunla oynamaması onu çox üzürdü. O da Murad gedəndən sonra gəlinciyi ilə oynamağa başladı. Aradan qısa bir müddət keçmişdi ki, Murad yenidən geri qayıtdı. Aytən soruşdu:
-Murad nə oldu, niyə qayıtdın?
-Çöldə qar əriyib. Hər yer palçıqdır.
Aytən pəncərədən çölə baxdı. Qardaşının düz dediyinə əmin oldu. Aytən həm kədərlənir, həm də sevinirdi. Ona görə kədərlənirdi ki, bu qış qardaşı ilə qartopu oynaya bilməyəcək. sevinirdi ki, yaz gəlir. Ağaclar çiçək açacaq, hər tərəf yaşıllıq olacaq.

Комментариев нет:

Отправить комментарий