Artıq bir ilə yaxındır ki, Azərbaycanda milli televizya filmlərinin istehsalına start verilib. Milli teleməkanımızın müxtəlif kanallarında onlarla serialın, televizya filminin nümayişi paylaşır. Bu filmlər isə tamaşaçılar tərəfindən heç də birmənalı qarşılanmır. Məsələyə münasibət bildirmək üçün “SPACE Tv”-nin istehasal etdiyi və işçi adı hələ ki, “CƏNNƏTƏ SƏYAHƏT” olan serialın senari müəllifi, peşəkar kino-senarist, yazıçı-dramaturq Əyyub QİYASLA görüşdük. Görüşümüz isə dekabrın 21-nə, “”QİYAMƏT GÜNÜ””nə təsadüf etdi.
-Əyyub müəllim, işlər necə gedir? Nə vaxt “Cənnətə səyahət” edəcəyik?
-İşlər yaxşıdı. Yardıcılıq işləri öz qaydası ilə davam edir. Amma bir az yorğunluq var, o da keçib gedər. O ki, qaldı “CƏNNƏTƏ SƏYAHƏT”ə mən bu gün inamla deyə bilərəm ki, bu serial Azərbaycan tele-məkanında xüsusi yerlərdən birini tutacaq, buna əminəm.
Bunu ona görə demirəm ki, senarini mən yazıram, bunu ona görə deyirəm ki, serialın yaradıcı qrupunun işə necə məsuliyyətlə yanaşmasını görürəm. Hər şeyin peşəkar səviyyədə getdiyini görürəm. Və ən başlıcası bizim qəhrəmanlarımızın həyatdan götürüldüyünün, müxtəlif xarakterli və müxtəlif ovqatlı obrazların dinamik şəkildə bir-birini əvəz etdiyini görürəm. Əsas qəhrəmanımız 7 yaşlı Bakı məktəblisi Rüfət Məmmədovdur. Rüfətin son dərəcə istedadlı olması, kamera qarşısında sərbəstliyi bizim layihənin uğurunu daha da artırır. Çox güman ki, serial yeni ilin əvvəllərindən ekranlara çıxacaq.
-Niyə belə gec? Başqa kanalların hərəsində bir-neçə serial verilir. Sizin serial isə səhf etmirəmsə ilin əvvəllərindən başlayıb. Nümayişin belə gəcikməsinin səbəbi nədir ki?
-Bunu hamı bilir ki, “SPACE Tv” –nin rəhbəri tanınmış kinorejissor, xalq artisti Vaqif Mustafayevdir. Tamaşaçılar Vaqif müəllimdən həmişə ən yaxşısını görüblər bu vaxta qədər. Bugünkü tələblər də kanal üçün belədir. Biz ən yaxşısına imza atmağı qarşımıza məqsəd qoymuşuq. Bütün yaradıcı qrup işin məsuluyyətini yaxşı bilir. Biz yaxşı filim çəkmək istəsəydik çəkdiyimiz serial çoxdan nümayiş olunardı. Biz çox yaxşı film çəkirik. Çox yaxşı filmin işi də çox olur. Bəzən 2 gün, 3 gün dincəlmədən işləyirik, amma nəticəni görəndə bütün yorğunluq canımızdan çıxır. Amma, narahat olmayın, yəqin ki, yeni ilin əvvəllərindən serialın nümayişinə başlayacağıq, çünki, artıq işin böyük hissəsi, çətin hissəsi görülüb.
-Çəkilişlər harada gedir? Və, sirr deyilsə kimlər sizin serialda rol alıb?
-Çəkilişlər əsasən Bakıda, Bakı ətrafındakı kənd və qəsəbələrdə gedir. Şamaxıda, Pirquluda çəkilişlərimiz olub, elə dünən axşam da serialın beş bölümünün İstanbul çəkilişlərindən qayıtmışıq. İstanbul çəkilişlərinə mən, quruluşçu rejissorumuz Nadir Diridağlı, operatorumuz Faiq Əliyev və Bakıdan aktyorlarımız, qəhrəmanımız Rüfət Məmmədovla Azad Əbilzadə, İstanbulda isə Türkiyəli gənc sənətçi dostlarımız Ayşin Sevince Gülerer, Emre Öztekin və İpek Sönmez qatılmışdılar. “SPACE Tv”-nin layihəsi çərçivəsində İstanbula getmək, çətin və məsuluyyətli bir işi uğurla başa vurmaq hər birimizi sevindirdi. Bizim balaca Rüfət İstanbul küçələrində bütün istanbulluların diqqətini çəkdi, onların sevgisi və qayğısı ilə əhatə olundu. Sonuncu çəkiliş günündə türkiyəli sənətçi dostlarımız göz yaşlarını belə saxlaya bilmədilər. Bizim işimiz, hər şeyin peşəkar səviyyədə təşkil olunması və balaca Rüfətin, Azad Əbilzadənin səmimi oyunu, istedadlı aktyor ifaları onların diqqətindən yayınmadı. Nadir Diridağlının bir rejissor kimi verdiyi quruluş tapşırıqalrı yüksək səviyyədə olduğundan türkiyəli sənətçi dostlarımız etiraf etdilər ki, bu bir-neçə gün içində bizdən çox şey öyrəndilər. Serialın mövzusu da onların diqqətini çəkdi.
İstanbul çəkilişlərinin davamı isə tezliklə Bakıda olacaq və türkiyəli aktyor dostlarımız yaxın günlərdə Bakıda bizim layihə çərçivəsində çəkilişlərə qatılacaqlar.
O ki, bizim aktyorlardan, bu serialda Vidadi Həsənov, Kəmalə Hüseynova, Nuriyyə Əhmədova, Abas Qəhrəmanov, Ayşad Məmmədov, Şahin Nəsirli, Dağlar Rüstəmov və onlarla istedadlı, tanınmış aktyor rola alıb. Türkiyəli tanınmış aktyor Levent Taşçı, teleaparıcı kimi tanıdığımız Nailə İslamzadə, populyar müğənni Roza Zərgərli də bizim serialın oyunçu qrupuna daxildirlər.
-Bilmək olarmı serialın mövzusu nədir?
-Əlbətdə... Serial bir Qarabağ qazisinin ailəsindən, daha doğrusu onun yetim qalmış iki oğlunun taleyindən gedir. Qarabağ savaşında odun-alovun içuindən sağ-salamat çıxan qəhrəmanımız avtomobil qəzasında həyat yoldaşı ilə bərabər həlak olur və onların iki övladları qalır. Ağıllı, savadlı olan böyük oğlu Süleyman pis mühitə düşdüyündən məhv olur, amma dəcəl, balaca, qorxmaz və tədbirli Əmiraslan isə qarşısına çıxan bir çox çətinliklərdən ağlının, uşaq təfəkkürünün və atasından aldığı igidlik, qorxmazlıq dərslərinin bir növ imtahanını verməklə çıxa bilir. Bu serialın elə bir bölümü yoxdur ki, orada tamaşaçı bir-birini əvəz edən dinamik hadisələrdən, həyəcan və maraq dolu kadrlardan yayına bilsin. Biz bu serialı seial çəkmək məqsədi ilə deyil, bu etibarı bizə edənlərin etimadlarını doğrultmaq, tamaşaçıya yüksəy səviyyəli mənəvi zövq vermək və film estetikasını nümayiş etdirmək məqsədi ilə çəkirik.
-Sağ olun, Əyyub müəllim. İnanıram ki, romanlarınız, bədii əsərləriniz kimi bu serial da maraqla qarşılanacaq. Sizə uğurlar arzulayıram. Və... bir tamaşaçı kimi, xahiş edirəm ki, bizi çox da intizarda saxlamayasınız.
-Baş üstə...
-Və son olaraq, bir şeyi soruşum. Bu gün dekabr ayının 21-dir. Bu təqvimi necə yaşadınız? İçinizdə qiyamət günü qorxusu var idimi?
-Qətiyyən! Bu gün adi iş günlərimdən biri kimi keçdi. Onu etiraf edim ki, mənim allahın hər bir günündən qorxum var! Çünki hər gün axirətdə verəcəyimiz imtahan üçün bizə verilən mükafatdır. O ki, qaldı böyük günə, onun zamanını Allahdan başqa bir kimsə bilməz! Bu bəzi allahsızların növbəti şoularından biriydi. Bu şou da uğursuzluqla sonuclandı. Yaxşısı budur ki, insanlar belə axmaq şeylərə inanmaqdansa allahın yolunu tutsunlar, haqsızlıq etməsinlər. Sevgini və səmimiyyəti bir-birlərinə çox görməsinlər.
-Başqa sözünüz varmı?
-Var!Yeni iliniz mübarək olsun!
Müsahibəni İbrahim Sel aldı.
21 dekabr 2012-ci il.

Комментариев нет:
Отправить комментарий